Ərdoğandan dost ölkələrlə bağlı mühüm açıqlama .....                        Müəllimlərin nəzərinə! .....                        "Green card"da iştirak ödənişli oldu .....                        Qubada insan sümükləri tapıldı .....                        Narkotik istifadəçisi arayışı “ASAN xidmət”də veriləcək .....                        Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşdü .....                        "Qarabağ"ın qapıçısı: Biz tarix yazdıq .....                        Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM .....                        Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi .....                       
Tarix : 29-06-2021, 21:44
50 nəfər Teleradio Akademiyasında yeni ixtisas öyrəndi

İyunun 29-da Teleradio Akademiyasında növbəti, üçüncü tədris ilinin məzunlarının buraxılışı olub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, üçüncü tədris ilində Akademiyaya 65 dinləyici qəbul olunub, 50-si sertifikatla təltif edilib.
Dinləyicilər müvafiq olaraq aparıcı-müxbir, redaktor, radio redaktoru və aparıcısı, rejissor, montajçı, operator sahəsi üzrə təhsil alıblar.

QSC-nin sədri Rövşən Məmmədov, Akademiyanın rektoru Faiq Hüsiyev məzunların buraxılış mərasimində iştirak ediblər. Dinləyicilərə sertifikatlar təqdim olunub.
Buraxılış mərasimində Azərbaycan Televiziyasının qocaman əməkdaşları iştirak ediblər. Onlar arasında Xalq artisti Ofelya Sənani, tanınmış aparıcı Nərgiz Cəlilova da var.
Məlumat üçün bildirək ki, məzunlara QSC-də təcrübə keçmək imkanı yaradılıb.
Xatırladaq ki, Teleradio Akademiyasının ilk tədris ili ilə bağlı müsabiqə 2019-cu ildə elan edilmişdi. İlk iki tədris ilində iştirak edən dinləyicilərdən 29-u QSC-də işlə təmin olunub.



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!