Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 28-09-2021, 18:30
Şəki Dram Teatrı yeni tamaşaları və qiymət artımını anons etdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci ilin 1 oktyabrından ümumi tutumu 50 faizdən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zalları, kinoteatr və teatrların fəaliyyətinə icazə verilməsi ilə bağlı müvafiq qərarından sonra Şəki Dövlət Dram Teatrı da yeni əsərlərinin tamaşaya qoyulması ilə bağlı işləri sürətləndirib.

Teatrdan Bütov.az-a verilən məlumata görə, teatrda ilin sonuna qədər iki əsər məşhur İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli Hadisə” (rejissor Orxan Həmidli) və çex yazıçısı Karel Çapekin məşhur “Ana” (baş rejissor Mirbala Səlimli) əsərləri tamaşaya qoyulacaq.

Müharibə mövzusunda yazılan dünyanın ən məşhur əsərlərindən olan “Ana” əsəri həm də 44 günlük vətən müharibəsinə həsr olunub. Ən qısa zamanda ərsəyə gətirilməsi planlaşdırılan səhnə əsərləri uzun müddət teatrdan uzaq qalan tamaşaçıların da ürəyincə olacaq.

Seçilən bu əsərlər isə əlbəttə ki, qısa zamanda verilən bir qərar deyildi. Pandemiya dönəmində belə Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinin təşəbbüsü ilə yaradılan rejissor labaratoriyası sayəsində müxtəlif əsərlər oxunub, müzakirə edilib və tamaşaya qoyulmasına qərar verilib.

Bundan əlavə teatrın öz imkanları sayəsində fəaliyyət göstərən studiyada teatr üçün yeni kadrların hazırlanmasına gözəl mühit yaradılıb, bu sahəyə maraq göstərən gənclərə teatrdakı mütəxəsislər tərəfindən aktyor sənəti, nitq mədəniyyəti, rəqs, vokal məşğələsi kimi bir sıra bilinməsi vacib sahələr öyrədilib.

Ötən müddət ərzinə teatr kollektivinin 80 %-dən çoxu peyvənd olunaraq COVID-19 pasportu alıb.

Qeyd edək ki, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin tətbiqindən sonra fəaliyyətə başlayacaq teatrda həm tamaşaçı sayının az olması, həm də mövcud vəziyyətdən çıxmaq məqsədi ilə bilet qiymətlərində 50 % artım olacağı da gözləniləndir.


Paylaş



Bölmə: Mədəniyyət
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!