Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 6-02-2015, 13:29
Bənzəmək istədiyimiz adam...

Onda biz hələ uşaq idik. Ağlımız da təzə-təzə kəsirdi. Müəllimlərimiz, valideyinlərimiz ona oxşamağımızı məsləhət görürdülər. İstedadına güvənən, biliyinə arxalanan bu gənc çoxumuzun kumirinə çevrilirdi. Bəlkə də ona görə idi ki, Qovuşuq məktəbindəki şagirdlərin çoxu ona oxşamağa çalışsa da bu, çoxlarımız üçün elə arzu olaraq qalırdı. O, gözümüzün qabağında beləcə böyüdü. Elə Dərələyəzin Qovuşuq kəndindən Bakıya da elə beləcə getdi. Heç kimi olmadığı Bakıda da kəndimizdə hamının tanıdığı kimi oldu. Bunu isə Nazir Əsədovla bağlı Bakıdan gələn, sürətlə kəndə yayılan xəbərlər deyirdi. Onunla aramızda xeyli yaş fərqi olduğundan təmaslarımız olmurdu. Amma hər il yay vaxtı şəhərdən yurda dönənlər arasında Nazir müəllimin xüsusi yeri olduğunu hamı kimi mən də görürdüm. Və onu da bilirdim ki, Nazir müəllim artıq Lenin adına Pedaqoji İnstitutun müəllimidir. O isə ancaq ona məxsus ola biləcək sadəliyi ilə ali məktəb müəllimi adının doğurduğu görüntünü arxa plana keçirirdi. Bir sözlə, doğmalarının arasında, ata yurdunda anası Əsli bibimlə birgə olanda şəhərin qaynar, gur-gur guruldayan həyatını unutmağa çalışırdı...
“Görən niyə zəng etmir, bəlkə vaxtı yoxdur, bəlkə özüm zəng edim”-deyə nömrəsini yığdım. Özünəməxsus şəkildə “Hə-dedi.-Hardan bildin sənə zəng edəcəyimi? İnşallah gələn 6-cı gün orda-Xızıdayıq”. “Elə mən də onun üçün zəng etmişdim-dedim. Gəlin, gözləyirəm”.
Bənzəmək istədiyimiz adam...

Kefim elə açılmışdı ki... Necə bəyəm? Nazir müəllimlə danışmışam və o bizə qonaq gəlir... Neçə gün idi başının dəstəsi ilə gələcəyi günə hazırlıq görürdüm. Onlarla gedəcəyim bulaq başını da bələdləmişdim. “Kaş bir az tez gələydilər”...Doyunca söhbət edib dərdləşərdik. Vallah onunla hər söhbətdən zövq alırdım. Duzlu, məzəli söhbətlərindən doymaqmı olurdu?
Amma sən saydığını say... Gələn O olmadı. Özünü çatdıran, qəlbləri parçalayan onun ölüm xəbəri oldu. “Naziri itirdik, infarktdan dünyasını dəyişdi”. Səhər tezdən telefonda acı xəbəri belə verdilər. Bəlkə dostlarının uydurmasıdır. Bəlkə qonaq gələcəyi evin bir addımlığında özünün uydurduğu nağıldır. Hər halda saniyənin mində birində ağlımdan keçirdiyim təsəlli dolu fikirlər heyif ki, nə onun zarafatı, nə də dostlarının uydurması oldu. Nazir müəllim doğrudan da bizi həmişəlik tərk etmişdi.
Zəngin dünyagörüşü, hadisələrə vaxtında qiymət vermək qabiliyyəti, insanları düzgün qiymətləndirmə bacarığı... Bunlar idi Nazir Əsədovun vacib keyfiyyətləri. Nə vaxtsa onun haqqında keçmiş zamanda yazacağımı ağlıma belə gətirməmişdim. Saatlarla maraqlı mövzulardan söhbət etməkdən yorulmazdı. Həddindən artıq diqqətcilliyi Nazir müəllimi başqalarından fərqləndirən cəhət idi. Tələbkarlığı məsuliyyətdən irəli gəlirdi. Alicənablığı kamilliyindən xəbər verirdi.
Bənzəmək istədiyimiz adam...
Bənzəmək istədiyimiz adam...

O, Azərbaycanı sevirdi və harada olurduqsa Nazir Əsədov həmin bölgənin tarixi keçmişindən elə maraqla, məhəbbətlə danışırdı ki, elə bilirdin burda doğulub böyüyüb. Tarixi faktlara söykənən elmi izahlar, yurdun hər qarışı haqqında geniş informasiya bu elm fədaisinin öz işinə peşəkar yanaşmasıydı. Tarix elimləri üzrə fəlsəfə doktoru elmi adını elə-belə almamışdı ki... Bütün bunlar uzun illərdən bəri çəkilən zəhmətin bəhrəsiydi. Lahıcdan Xınalığa, Şahdağdan Gədəbəyə, Şəmkirə, Şəkidən Şamaxıya, İsmayıllıya, Qəbələyə, Oğuza hər səfərində doğma yurdu Dərələyəzdən bir oxşarlıq axtarırdı. Hərdən tapırdı. Hərdən isə sadəcə özünü ovundururdu. Doğulub boya-başa çatdığı Qovuşuğun bütün çalarlarını, yurdun gözəlliyini qəlbində yaşada-yaşada Azərbaycanın təbiətini qarış-qarış gəzirdi. Bir dəfə birlikdə Gədəbəyə səfər etdik. Cəmi dörd nəfər idik.Həmkarı Habil müəllim, dayısı oğlu Nurəddin və mən. Əvvəl getməyə tərəddüd etsə də, Gədəbəyə çatandan sonra Nazir müəllimi tanımaq olmurdu. Tamam dəyişmişdi. Gədəbəy dağları sanki onu ofsunlamışdı. Professor özündə deyildi. –İlahi insan necə təbiət aşiqi olar?-deyə fikirləşirdim. Amma Nazir Əsədovu haldan-hala salan Kiçik Qafqazın o üzündən-doğma Dərələyəzdən əsən mehin sehirli əsintisi idi. Məhz axtardığını burda- min bir əzab-əziyyətlə gəlib çıxdığımız bu ucqar dağ kəndində tapmışdı. Gurultulu çay, sıldırım qayalar, keçilməz aşırımlar, zümzümə vuran bulaqlar, bülbüllərin cəh-cəhi, gözoxşayan şəlalələr idi onun tapdıqları. Bir-birini tamamlayan bu təbiət hadisələri eynən Dərələyəzdə -Qovuşuqdakı kimi idi. Bunu bizə elə göstərirdi elə bil təbiət bu halına bir daha qayıtmayacaq. Elə bil Nazir müəllimin ruhu uşaqlığının keçdiyi Qovuşuqda, onun çöllərində, meşələrində idi. Biz hamımız susurduq.
Bənzəmək istədiyimiz adam...[/center]
Nazir müəllim kiməsə isinişəndə ona doğması, əzizi kimi yanaşırdı. O ki qaldı, ömrü boyu üzünü görmədiyi qohumlarını tapaydı... 2013-cü ilin oktyabrında ötən əsrin əvvələrində Dərələyəzdən Şəmkirə köçüb gedən qohumlardan birinin nəvəsinin toyuna dəvətli idik. Evin xanımı mənim atamın, Nazir Əsədovun isə anasının bibisi qızı idi. Məsələ burasındaydı ki, qohumlar heç vaxt biri-birilərini görməmişdilər. Sadəcə bu qarmaqarışıq dünyada kələfin ucu tapılanda çox mətləblərə aydınlıq gəlir. Qohumların varlıqlarını bizə unutduran amansız illər həmçinin çox məqamları ayrı salır. Nazir müəllim yenicə üzlərini gördüyü qohumlarını başına yığıb-“bu filankəsə, bu isə behmankəsə oxşayır” – deyirdi. Təqdimatında zərrə qədər yanılmırdı. Bu isə onun antropologiya elminə yaxından bələd olmasını göstərirdi. Zəngin dünyagörüşü, dəqiq mühakimə yürütmək qabiliyyəti, illər uzunu qazanılan təcrübəsinə əsaslanırdı.
Qəribədir, onun haqqında keçmiş zamanda danışa bilmirəm. Yox, bu hansısa mistika ilə bağlı deyil. Onunla da bağlı deyil ki, Nazir müəllim uşaqlığımızın, yeniyetməliyimizin və gəncliyimizin kumiri olub. Bəlkə onunla bağlıdır ki, hər birimiz, ona oxşamaq istəyən uşaqlar- indiki bığlı-saqqallı kişilər onunla məsləhətləşə bilməsək də bir sualın cavabını tapmağa çalışırıq:
– Nazir müəllim nə cür edərdi?
Şəxsən mənim tapdığım cavablar bir daha onu minnətdarlıqla xatırladır.

Vəli Həsənov


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!