Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 20-10-2021, 13:47
Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur


Türkiyənin Kahramanmaraş şəhərində II Beynəlxalq Şeir və Ədəbiyyat Festivalı keçirilir. Beş gün davam edəcək festival oktyabrın 18-də başlayıb. Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsi tərəfindən təşkil edilmiş Şeir və Ədəbiyyat Festivalına 15 ölkədən tanınmış şairlər dəvət edilib. Azərbaycanı bu Festivalda tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin (BeyTüM) sədri Xəyal Rza təmsil edir.

Bildirib ki, Türkiyə də daxil 100-ə yaxın şairin qatıldığı festivalın açılış mərasimi Mehmet Akif Ersoy Kültür Mərkəzində təşkil edilib. Açılış mərasimində dövlət məmurları, tələbə və şagirdlər iştirak ediblər. Şəhidlərin xatirəsinə sayqı duruşundan və dövlət himnindən sonra Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın festival iştirakçılarına salamlama və təbrik məktubu səsləndirilib. "Çünki söz sağaldır" söyləyən Türkiyə Prezidentinin bu fikri festivalın sloqanı seçilib. Tədbirdə Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör də çıxış edib. Sonra festival çərçivəsində elan edilimiş müsabiqədə müxtəlif nominasiyalar üzrə qalib gəlmiş tələbə bə şagirdlərə mükafatlar təqdim edilib.

Festivalın ikinci günü şeir gecəsində ilk söz Xəyal Rzaya verilib. Yerli televiziya kanalında canlı yayımlanan gecədə tanınmış şair 30 illik Qarabağ həsrətindən, 44 günlük Vətən müharibəsindən, şanlı zəfərimizdən və bu zəfərdə Türkiyə xalqının, Türkiyə dövlətinin mənəvi dəstəyindən söz açıb. Şuşa, Vaqif Poeziya Günləri, onun tarixi haqqında məlumat verən Xəyal Rza orada səsləndirdiyi "Evsiz qapı" şeirini oxuyub.

Festivalın üçüncü günündə müxtəlif təhsil ocaqlarında şarilərə görüş təşkil edilib. Xəyal Rza tələbələr üçün şeirlərini səsləndirib və imzalı kitablarını hədiyə edib.

Qeyd edək ki, festival çərçivəsində universitetlər və məktəblərdə tədbirlər davam edəcək. Oktyabrın 22-də festivalın təntənəli bağlanış mərasimi təşkil ediləcək.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!