Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                        Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO .....                       
Tarix : 12-08-2024, 07:27
“GƏNCLİYİN RƏNGLƏRİ” - Dünyamıza xoş gəldiniz!

“GƏNCLİYİN RƏNGLƏRİ” - Dünyamıza xoş gəldiniz!


Şəkidə Beynəlxalq Gənclər Günü münasibətilə “Gəncliyin rəngləri” adlı rəsm sərgisinin keçirilməsi şəhər ictimaiyyəti, sənətsevərlər və şəhərin qonaqları üçün əsl sürpriz oldu. Sərgidəki əsərlərlə tanış olan qonaqlar mərasim boyunca səsləndirilən bir-birindən gözəl, rəngarəng musiqilərin sədaları altında rəqs edib şənləndilər, sərgidən xoş təəssüratlarla ayrıldılar.

M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən, Şəkimizin ən mənzərəli yerində qərar tutan“Narınqala” Folklor evinin təşkilatçılığı ilə istedadlı gənc rəssam Gül Narın Gənclər gününə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı oldu. Qeyd edək ki, may ayında Nakam adına Şəki Mərkəzi Kitabxanasında böyük uğurla keçirilmiş ilk fərdi sərgisi ilə sənətsevərlərin görüşünə gələn gənc rəssam Gülnar Məmmədli Baş Zəyzid kənd tam orta məktəbinin X sinif əlaçı şagirdidir. Bu gün baş tutan ikinci sərgisində Gül Narın 80-ə yaxın rəsm əsəri nümayiş olunurdu.
Şəhər ziyalılarının, məktəblilərin, pedaqoji kollektivlərin böyük sevgi ilə qatıldıqları sərgi dünyanın müxtəlif ölkələrindən Şəkimizi gəzməyə gəlmiş çoxsaylı turistlərin diqqətini xüsusilə cəlb etdi. Əcnəbi qonaqların hər biri gənc rəssamın bütün əsərləri haqda ayrı-ayrılıqda müəllifin öz dilindən açıqlamasını eşitmək istəyirdi. Hətta gənc rəssamın əsərlərini almaq istəyən çox sayda qonağın "arzusu gözündə qaldı". Çünki nümayiş olunan əsərlər satılmırdı.

Böyük coşqu ilə keçən təqdimatda çıxış edənlərin hər biri Gül Narın geniş ictimaiyyətə təqdim edilən müxtəlif mövzulu əsərlərinin onun parlaq gələcəyindən xəbər verdiyini xüsusilə vurğulayırdı.
Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət Məhərrəmli, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov və digər ziyalılar çıxış edərək, gənc istedadların fərdi qabiliyyətlərinin üzə çıxarılmasına dövlət qayğısından danışdılar, Gənclər Günü ərəfəsində belə bir möhtəşəm sərginin keçirilməsinə vəsilə olduqları üçün “Narınqala” Folklor evinin əməkdaşlarına təşəkkürlərini bildirdilər. Gənc və istedadlı rəssam Gülnar Məmmədlinin yaradıcılığını yüksək dəyərləndirərək, onun beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edə biləcək rəssam kimi gördüklərini dilə gətirdilər, gələcəkdə daha böyük uğurlar arzuladılar.
Sərginin musiqili qonaqları B.Ələsgərova adına klubun direktoru, müğənni Sərdar Yunusov, şəhər 3 saylı musiqi məktəbinin tar müəllimi Dursun Eyyubov, onun övladları - gənc xanəndə Rəmil Eyyubov və nağara ifaçısı Rəvan Eyyubov idi.

Sərginin çoxsaylı tamaşaçılarından təəssüratlarını öyrəndik. Qonaqlarımız Azərbaycanın dilbər guşələrindən olan Şəkinin həm öz gözəllyindən, həm insanlarının mehribanlığından, səmimiyyətlərindən ağızdolusu danışaraq, belə bir yüksək səviyyəli sərgidə tamaşaçı qismində iştirak etdiklərinin sevincini bölüşdülər. Əsərlərdən zövq aldıqlarını, doyunca rəqs edib əyləndiklərini dilə gətirdilər.
Arzu xanımın dedikləri: “Hər şey yüksək səviyyədədir. Belə gözəl əsərlərdən heç olmasa birini almaq istərdik, təəssüf ki, satılmır, dedilər. Eybi yoxdur, gələcəkdə əldə edəcəyimizə ümid edirik. Sağlıq olsun. Uğurlar arzulayırıq. Həqiqətən, çox gözəl əsərləri var rəssamın...”
Biz də öz növbəmizdə Gül Nara gələcək yaradıcılığında daha böyük uğurlar arzulayır, “Narınqala” Folklor evinin müdiri Zeynəb xanıma, folklor evinin metodisti, aparıcı Yasin bəyə və folklor evinin mehriban əməkdaşlarına sərginin təşkilində göstərdikləri fəallığa görə səmimi minnətdarlığımızı bildiririk. Regional Mədəniyyət İdarəsinin rəhbəri Nargilə xanım Rəhmana “Narınqala” Folklor evinin səmimi kollektivinin əməyindən razılığımızı bildirməyi özümüzə borc bilirik. Azərbaycan mədəniyyətinin, folklorunun inkişafına göstərdikləri xidmətə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik, əziz mədəniyyət işçiləri!




Q.Məhərrəmli


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!