Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 15-04-2016, 17:36
Palma ordeni ilə təltif olunmuş alim xanım



Fəlsəfə İnstitutunun Fransa Respublikasının Akademik Palma ordeni ilə təltif olunmuş alim xanımı
.



Məlum olduğu kimi müsəlman şərqində ilk dəfə 1918-ci ildə Azərbaycanda parlamentar respublika yaranmışdır. Bu tarixi hadisə 19 mart 1919-cu ildə Parisdə keçirilən sülh konfransında Fransa və bütün beynəlxalq aləmin Azərbaycanı Demokratik Respublika kimi tanıması ilə sonuclandı.

Amma yuxarıdakı qürur verici tarixdən təxminən 100 il əvvəl Qraf De Süzanenin Qafqaza səyahəti zamanı Abbasqulu Ağa Bakıxanov ilə görüşünün özü bir tarix deyildimi? Aleksandır Dümanın rəssam Mone ilə birgə Qafqazlara səyahəti zamanı şairə Xurşudbanu Natəvanla görüşüb, bu xanım və övladları ilə təmiz fransız dilində apardığı söhbətlərdən aldığı vəsfə gəlməz təəssürat, Şəki xanlığının vəliəhdi Məhəmməd xanın ona bağışladığı xəncərin hesabına Qafqazları tərk edənə qədər rastlaşdığı bütün insanlardan gördüyü təmənnasız xidmət və ehtiramları, bir azərbaycanlı kişisinin Azərbaycanda verdiyi sözün üzərində Londona belə gedərsə yenə duracağını qeyd etdiyi “Qafqaza səyahət”əsərində işıqlandırması da bu iki xalqın arasındakı möhtəşəm əlaqələrə işıq tutacaq misallardan daha ötə olub xalqımıza məxsus xüsusiyyətlərin Avropanın ən mədəni ölkəsinin ziyalıları tərəfindən qeyd edilməsi deməkdir. Yaxud filosof Renanla Əhməd Ağa oğlunun Parisdə görüşərək günlərlə apardığı söhbətlərin nəticəsində Renanın “Mən, mənə Şərqin böyüklüyünü tanıtdıran Ağa oğluna ömrümün sonuna qədər minnətdar olacağam” deməsi ilə bitməsi də bu xalqların nümayəndələrinin hansı sferalarda söhbətlər aparıb ortaq məxrəcə gələ bilməsinin bariz nümunəsidir.
Daha sonralar General Şarl De Qolun 1944-cü ildə Bakıya 1 günlük səfəri zamanı Azərbaycan Klassik Operasının bünövrəsini qoyan Üzeyir Hacıbəyli ilə görüşü, 1937-ci ildə Ceyhun Hacıbəylinin səyi nəticəsində Arşın malalan operası”nın Parisin Femina teatrında səhnələşdirilməsi də bu siyahıya əlavə edilməlidir.
Palma ordeni ilə təltif olunmuş alim xanım

Tarix 12-si aprel 2016-cı il idi və bizlər bu daimi yenilənən əlaqələr fonunda Fransanın Azərbaycandakı səfirliyinə bizim üçün, Azərbaycan ziyalıları üçün əlamətdar olan bir günə yığışmışdıq. İllərlə bizimlə bir İnstitutda çiyin-çiyinə, çalışan xanıma, filologiya elmləri doktoru, AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Beynəlxalq əlaqələr şöbəsi”nin müdiri Zöhrə Əliyevaya Fransa Respublikasının Akademik Palma ordeninin təqdim olunması mərasiminə yığışmışdıq. Paytaxtımızın mərkəzi küçələrindən birində yerləşən möhtəşəm səfirlik binası Azərbaycan Fransa əlaqələrinə xidmət etmiş daha beş fransızdilli maarifpərvəri təltif edəcəkdi. Azərbaycan elm və təhsil sahəsinin bir çox mötəbər insanları bu gecənin dəvətli qonaqları idilər. Bizim dairəmizdə Akademiyanın müxbir üzvü hörmətli Nərgiz xanım Axundova, AMEA Filologiya İnstitunun “ Ədəbi beynəlxalq əlaqələr şöbəsi”nin müdiri Gülər xanım Əlibəyli, AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Elmi irsin öyrənilməsi və torlanılması şöbəsi”nin müdiri Sənubər xanım Həşimova, məşhur teleaparıcı və jurnalist Zöhrə xanım Əliyeva, rəssam və araşdırmaçı Cəmilə Həşimova, Zöhrənin ailə üzviləri, bir fransızdilli tələbəsi var idi. Hamımız bu günün xoş həyəcanını yaşayırdıq ki, Azərbaycan Təhsil nazirinin müavini Firudin Qurbanov sonra isə xanım səfir qonaqları salamladılar. Səfir xanım Oreliya Buşez elə birinci növbədə Zöhrə Əliyevaya bu ödülün nə üçün verilməsi barəsində açıqlama verdi.
Palma ordeni ilə təltif olunmuş alim xanım

Xanım səfir: Mən, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun “Beynəlxalq Əlaqələr Şöbəsi”nin müdiri, köhnə fransız dili müəlliməsini salamlamaqdan şadam. Xanım Zöhrə Əliyeva Azərbaycan və Fransa arasında mədəni və elmi əlaqələrin inkişafına verdiyi töhfəyə görə bu gün Fransanın Akademik Palma ordeni ilə təltif olunur. Bu ordenin 200-dən çox yaşı vardır ( yeri gəlmişkən qeyd edək ki, bu orden 1808-ci ildə imperator I Napoleon Bonapartın göstərişi ilə Paris Universitetlərinin və bəzi liseylərinin akademik və professorları üçün təsis edilmişdir. Hazırda Akademik Palma ordeni ilə həm müəllimlər və tədris ictimaiyyətinin üzvləri, həm də tədris işinə aidiyyəti olmayan, lakin təhsilə sanballı töhfələr vermiş şəxslər, habelə Fransanın hüdudlarından kənarda yaşayan, Fransa mədəniyyətinin başqa ölkələrdə yayılmasına fəal kömək edən digər ölkələrin vətəndaşları da təltif oluna bilər-Ş.M). Xanım səfir qeyd etdi ki, çox xoşbəxtdir ki bu ordeni keçmiş fransız dili müəlliməsinə və 20 ilə yaxın bir zaman ərzində Fransa Azərbaycan mədəni və elmi əlaqələrinin möhkəmləndirilməsi üçün çalışan bir xanıma təqdim edir. O üzünü təltif olunan xanıma tutub dedi: Biz bilirik ki, Siz 1999-2002-cil illərdə Avropa TEMPUS proqramı çərçivəsində “Avropa Dillər Mərkəzi”nin rəhbəri olmuş və bu proqramla ödənişsiz olaraq dövlət xadimlərinin, professor-müəllimlərin fransız dilini öyrənməsinə şərait yaratmışınız. Təbii ki, bu təşəbbüsünüzlə ölkələrimiz arası münasibətlərin daha da möhkəmlənməsinə səbəb olmusunuz. 2008-ci ildə Fransa səfirliyinin təklifi ilə Siz Arl şəhərinə Beynəlxalq Tərcümə Mərkəzinə ezamiyyə edilmisiniz. Bundan da məqsəd maarifçilik dövrü mütəfəkkirlərinin Azərbaycan elm aləminə və oxucusuna məlum olmayan əsərlərinin əldə edilməsi idi. Fransız mədəniyyətinə gəldikdə isə Siz Bakıda Sent – Ekzüperinin “Balaca şahzadə”əsərini və fransız folklor nümunələri əsasında tamaşalar hazırlamışsınız. Universitetlər arası əlaqələr yaratdığınız üçün siz 2013-cü ildə Sorbonna Universitetinin nəzdində olan Milli Elmi Tədqiqat Mərkəzinin və Sofia Anti-Polis Universitetinin fəxri professoru seçilmişsiniz. Bütün bunları nəzərə alaraq mən, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Fransa Təhsil Nazirliyinin tərəfindən mənə verilən yetgiləri əldə rəhbər tutaraq Sizi, xanım Zöhrə Əliyeva “Akademik Palma” ordeni ilə təltif edirəm.
Palma ordeni ilə təltif olunmuş alim xanım

Öz növbəsində təşəkkür nitqi ilə çıxış edən Zöhrə xanım bildirdi ki, uzun illərdir ki, Azərbaycan Fransa əməkdaşlığına verdiyi töhfələri yüksək dəyərləndirən fransız dostlarına, Fransa Respublikasının Azərbaycandakı keçmiş səfiri Paskal Mönyeyə çox minnətdardır. Tədbirə qatılanların diqqətinə çatdırdı ki, o bu ödülü fransız dilini, Fransa mədəniyyətini təbliğ etdiyi üçün, həmçinin 19 ildir ki, Fransa universitetləri ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu arasında mədəni və elmi əlaqələrin genişləndirməsinə və möhkəmləndirilməsinə verdiyi töhfənin sonucu olaraq almışdır. Xanım Əliyeva bir daha vurğuladı ki, bu münasibətlə mükafatlandırıldığı üçün Fransa dövlətinə və bu dövlətin Azərbaycandakı səfiri xanım Oreliya Buşezə zəhmətlərini dəyərləndirən hər bir kəsə, bu tarixi gündə onu tək qoymayan dostlar və rəfiqələrinə, onun alim əməyini qədirşünaslıqla dəyərləndirən və daim ona dəstək olan ailə üzvlərinə dərindən minnətdardır. Zöhrə xanım, bu ödülün bu gün ona təqdim olunması əslində əsirlərdir ki, mədəni əlaqələrini sürdürən iki xalqın bu qəbildən olan əlaqələrinin növbəti təzahürüdür deyə qeyd etdi. Zöhrə Əliyeva dedi ki, Azərbaycan tarixinə nəzər salsaq görərik ki, Azərbaycan və Fransa əlaqələrinin dərin kökləri vardır. Bu köklərin aşkarlanıb ərsəyə gəlməsi üçün mən də öz xidmətlərimi vermişəm. O, XVIII–XIX əsrlərdə Avropa deyəndə Fransa nəzərdə tutulurdu, Fransanın maarifçilik dönəmi ilə ilhamlanmış Azərbaycanda isə böyük bir intelegensiya pleyadası yaranmışdı dedi. Mən isə araşdırmalarımda bu dönəmi xeyli tədqiq etmişəm (Qeyd edək ki, Zöhrə Əliyevanın doktorluq dissertasiyası “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda ədəbi-nəzəri fikir və fransız maarifçiliyi”mövzusuna həsr edilmişdir-Ş.M). Bu araşdırmalarım zamanı maraqlı məlumatlar və faktlar üzə çıxarmışıq. Məsələn Sorbonna Universitetinin Milli Elmi Araşdırma Mərkəzinin sabiq direktoru, professor, şərqşünas Fransua Jorjon məqalələrinin birində yazır ki, bu əsrdə yaşayan ən əsas simalarından biri olmuş, özünün Azərbaycan dilində yazmış olduğu komediyalarından məşhur olan Mirzə Fətəli Axundzadə idi. Bu komediyalar ona Azərbaycan Molyeri kimi şöhrətli ad gətirmişdir. Azərbaycanda fransız dilində yazılmış ilk kiçik həcmli realist nəsr nümunəsi olan bir əsər “Rəşid bəy və Səadət xanım” əsəri isə Qəbələ sultanı Nəsrulla sultanın oğlu İsmayıl bəy Qutqaşınlı tərəfindən ərsəyə gətirilmişdir. O, XX əsrin əvvəlində Fransız yazıçılarını Azərbaycan türkcəsinə çevirmişdir. Xeyli müddət Parisdə yaşayıb fransız dilini yüksək səviyyədə mənimsəyən Abbas Səhhət isə La Fontenin təmsillərini, Alfred Müsse poeziyasını, Jan Ramonun “Bahar nəğməsi”, sentimentalist şair Jül Prüdonun dünya və cəmiyyət sirlərinə həsr olunmuş bir neçə şerlərini eyni zamanda fransız romantiki Viktor Hüqonun “Yatan körpə” şerini Azərbaycan dilinə tərcümə etmişdir. Bu ənənə bugünkü günə kimi davam edir. Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də ilk rəsmi səfəri məhz Fransa respublikasına olmuşdur.
Mətanət Şəkixanova
AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi,
fəlsəfə tarixi üzrə fəlsəfə doktoru, ADPU-niin dosenti.



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!