İsrail Livana da zərbələr endirib .....                        Zaqatalada faciə: 5 yaşlı uşaq "Kamaz"ın altında qaldı .....                        Qazaxda evə basqın edildi .....                        İranın iki qırıcısı belə məhv edildi .....                        Trampdan İranın danışıqlar təklifinə reaksiya .....                        Azərbaycanda dünya çempionatı keçiriləcək .....                        Netanyahu Xameneiyə sui-qəsdi istisna etmir .....                        Lazım olan hər addımı atmağa hazırıq - Ərdoğan .....                        Belarus vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olundu .....                       
Tarix : 6-03-2017, 18:46
“Söz” ədəbiyyat layihəsi çərçivəsində Xalq Yazıçısı Anarla görüş

Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbiyyat layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarla görüş təşkil olunub.

Butov.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş yazıçının 2016-cı ildə Moskvada nəşr olunan kitabına həsr edilib. “Время” nəşriyyat evinin çap etdiyi “Sizsiz” adlı kitaba yazıçının valideynləri haqqında xatirələri, kinopovestləri (Paris, İvan Bunin, “Şamaxı şahzadəsi- Ünbülbanu”), dostları olan rus ədibləri haqqında xatirələri (Konstantin Simonov, Vasiliy Aksyonov, Rimma Kazakova) və “Gecə düşüncələri” silsiləsi daxildir. Bu il isə “Художественная литература” nəşriyyat evi yazıçının seçilmiş əsərlərindən ibarət ikicildlik nəşr etdirib.

Xalq Yazıçı ilə görüş şairə Nigar Həsənzadənin dialoqu əsasında təşkil olunub. Gecədə Əməkdar artistlər Mehriban Zəki və Mələk Abaszadənin ifasında yazıçı Anarın rus şairlərindən etdiyi tərcümələr səslənib. Bunda başqa müğənni Lalə Məmmədova sözləri Anara, musiqisi Emin Sabitoğluna aid olan mahnını ifa edib.

Tədbirdə, ssenarisi Anara məxsus olan “Təhminə” filmindən kadrlar və ailə videosu nümayiş olunub.

Daha sonra qonaqlar və iştirakçılar Xalq Yazıçısını bu yaxınlarda olacaq doğum günü münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!