“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 18-04-2017, 19:57
Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

Azərbaycan Dövlət Musiqili Teatrı may ayında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb.
Butov.az xəbər verir ki, teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb.
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar danışarkən Musiqili Teatrın gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib: “May ayında teatrımızda 26 tamaşanın nümayiş edilməsi nəzərdə tutulur. Mayın 5-dən 30-dək demək olar ki, hər gün 2 tamaşa tamaşaçılara – qonaqlara, turistlərə, yarış iştirakçılarına təqdim olunacaq. Nümayişini planlaşdırdığımız səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Gələn ay ölkəmizə, xüsusilə də idman yarışlarının keçiriləcəyi paytaxtımıza dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların – turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri daxil etmişik. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Ə. Haqverdiyevin “Kimdir müqəssir?”, O. Kazimi və R. Heydərin “Qızıl toy”, R. Hacıyevin “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim olunacaq."
Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə repertuarımızdakı əsərlərin tərcümə edilməsi tamaşalarımızın xarici dillərdə nümayişinə xüsusi şərait yaradır: "Biz artıq bu təcrübədən istifadə etmişik və kifayət qədər də uğurlu nəticələr əldə olunub. Bakı-2015 I Avropa Oyunları zamanı Azərbaycana gələn qonaqlar, azarkeşlər, Ümumdünya Gömrük Təşkilatının gömrük xidmətləri əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının və Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının təqribən 70-ə yaxın dövləti təmsil edən 400-ə yaxın mötəbər iştirakçısı ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə müxtəlif tamaşalarımızı izləyiblər. Hər dəfə qonaqlarımız çox böyük zövq aldıqlarını, razı qaldıqlarını bildiriblər. Xüsusi iş rejimində fəaliyyət göstərəcək teatrımızın IV İslam Həmrəyliyi Oyunları zamanı da eyni uğurları qazanacağına əminəm."
Əliqismət Lalayev bildirib ki, gələn ay bir sıra tamaşalarımız rus dilində də nümayiş olunacaq: "Bütün bunlara əsaslanaraq tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı IV İslam Həmrəyliyi Oyunlarına hazırdır. Qonaqlarımızın yolunu səbirsizliklə gözləyirik. İnanırıq ki, onlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!