Zelenski Trampa qarşı çıxdı .....                        Ərdoğandan Alyaska görüşünə reaksiya .....                        Tramp Avropa liderləri və Zelenskini Vaşinqtona çağırdı .....                        Putin Trampdan nə istəyib? .....                        Pakistanda güclü daşqın - 300 nəfər öldü .....                        Müğənni Rəqsanə HƏBS EDİLDİ .....                        SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir” .....                        Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu .....                        Vidadi Babanlı vəfat etdi .....                       
Tarix : 9-03-2017, 19:24
Bakı 2017 Oyunlarına dair diplomatik brifinq

Bu gün Bakı 2017 Oyunları Əməliyyat Komitəsi və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə 60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, brifinq zamanı diplomatik nümayindəliklərə oyunların təhlükəsizlik və akreditasiya sahələrinə dair yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçirilicək idman yarışları haqqında da məlumatlandırılıblar.

Bakı 2017 Oyunları Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster brifinqdə nümayəndələri salamlayaraq onlara oyunlar haqqında məlumat verib. O, mayın 12-dən 22-dək Bakıda gerçəkləcək IV İslam Həmrəyliyi oyunlarının son yenilikləri haqqında danışıb: “Əminik ki, IV İslam Həmrəyliyi oyunlarına beynəlxalq aləmdə çox böyük həvəs və maraq olacaq. Məhz bu oyunlara marağın yaranmasında, onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Məhz bu səbəbdən oyunlarla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır”.

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya Komitələrinin İslam Oyunlarında oynadığı rol barədə danışarkən qeyd edib ki, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunları zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edəcəyik”.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!