Azərbaycanla Gürcüstan arasında saziş imzalandı .....                        Tofiq Yaqubluya 9 il həbs verildi .....                        Fransa təkrar-təkrar əsassız iddialar səsləndirir - RƏSMİ .....                        Ceyhun Bayramov Qazaxıstana getdi .....                        Spiker Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO .....                        DTX rəisi Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşdü .....                        Ehtiyatda olan hərbçilər orduya çağrıldı - FOTO .....                        Sahil Babayev ona yüksək vəzifə verdi .....                        Ermənistanın təcavüzü nəticəsində 4 min azərbaycanlı itkin düşüb .....                       
29-06-2023, 12:37
TÜRKİYƏ-AZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏRİNİN SİMGƏSİ “TAR”

TÜRKİYƏ-AZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏRİNİN SİMGƏSİ “TAR”
Bu məqaləmizə seçdiyim başlığı kecən ilin 31 dekabr və bu ilin yanvarın 2-də Türkiyənin məşhur “Anadolu Ajan”,“ahaber” kanallarına verdiyim müsahibədə yekun cümlə olaraq fikrimi tamamladığımı yaxşı xatırlayıram.

Prof. Dr. İlqar Cəmiloğlunun ilk qabırğalı tar haqda “a haber” kanalına verdiyi müsahibə
Çünki bu fikrimin bir əsası var idi. Türkiyədə Azərbaycan xalq musiqisinin şah musiqi aləti olan, Mirzə Sadıq Əsədoğlundan bizlərə yadigar qalan ecazkar səsli, klassik muğamlarımızı, xalq rəqslərimizi, dəramədlərimizi, min bir rənglərimizi, xalq mahnılarımızı çala bilən, geniş imkanlara malik tar alətimizin nə zamansa Türkiyədə istehsal olunması mənim arzularımdan biri idi. Şükürlər olsun ki, 23 illik arzumu Mustafa Akkayanın xoşməramlı münasibəti, istedadı, zəngin təcrübəyə əsaslanan biliyi və bacarığı ilə gerçəkləşdirməyin bugünkü sevincini yaşamaqdayam.

Mustafa Akkayanın əl işi, ilk qabırğalı tar 28.01- 2023
Qaziantepin məşhur bağlama ustası-sazbənd Mustafa Akkayanın araya-ərsəyə gətirdiyi ikinci şahanə görkəmli qabırğalı tarı bu gün, yəni 24 iyunda emalatxanasına etdiyim ziyarət zamanı ilk gördüyümdə, həyəcanla alıb çaldığımda qeyri iradi olaraq heyrətimi gizlədə bilmədim, dəyərli oxucularım. Səkkiz il ərzində tar alətinin bütün sirlərini, incəliklərini bu istedadlı sənət adamına: Mustafa bəyə anlatdığım zaman bir gün işvəli, nazlı-qəmzəli görünümlü, möcüzəli səsli tarı vurğunluqla, sevinc qarışıq heyrətamizliklə çaldığım zaman əlimdən yerə qoya bilmədiyimi səmimiyyətimlə etiraf edirəm. Hey çalmaq istəyirdim. Sanki bir sehirli qüvvə köksümü tarın çanağına yapışdırmışdı. Heç ayrıla bilimirdim ki? Özüm də heç ayrılmaq istəmirdim. Çünki canı-könüldən aşiq olmuşdum. Vurulmuşdum Məcnun kimi bu ağacdan cana gəlmiş tar isimli Leylimə...
Həyatda çox sevinclər yaşasam da bu sevincimin tayı-bərabəri yox idi. Səbəbi bu idi ki, uzun illər arzuladığım xoş mərama bu gün nail olmuşdum. Anidən tar qarışıq qucaqlayıb alnından öpməklə sevincimi qeyri iradi olaraq bu şəkildə ifadə etməklə təskinlik tapa bildim. Və xeyir duamı verərək gözəl görünümlü cilvəli ahəngli qəmli, kövrək, zərif səsli, incə nəfəsli, bəzən də nərə səsli hayqırtılı sədalı, tar adlı əsərin müəllifinə təşəkkürümü bildirdim. 7-8 saat necə tez gəldi-keçdi heç özüm də bilmədim. Çünki bu saatlar ömrümə həkk olan ən gözəl bəxtəvərlik hissilərini qəlbimdə yaşatdığım ən gözəl anım idi. Kaş bu günkü kimi hər günüm bəxtəfərliklə dolu, iftixar etdiyim gün olaraq bax beləcə olaydı...
Ulu babalarımız necə də gözəl demişlər: “İl var bir günə dəyməz, gün var min aya dəyər”. Məhz bu gün oldu min aya dəyən 24 iyun tarixi.
23 ildir ki, Türkiyədə tar alətinin çatışmazlığının problemini yaşamaqdadır Türk musiqiçiləri. Tar çalmaq istəsələr də tar alətini tapmaq çox çətin məsələ idi. Azərbaycandan tar aləti gətirmək də çox müşkül məsələ idi. Yolda sına, qırıla bilərdi. Bəzən də bunu risqə alaraq gətirdən musiqiçilər də oldu. Fəqət Ərzurum Atatürk Universitetində çalışdığım 2000-2006 illər arasında və 2007-ci ildən günümüzə kimi Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında, tarın tədrisində bu alətə olan artan tələb qarşısında çarəsiz idim. Özümün çaldığım tarımın səsini dinləyən tələbələrin marağı artsa da bu aləti haradan alacaqlarının maddım-maddım baxışları qarşısında naəlac qaldıqlarını dəfələrlə müşahidə etmiş olub özüm də məyusluq hissləri keçirirdim. Uzun illər bu barədə çözüm yollarını axtarırdım. Fəqət bir xoş gündə, 2015-ci ildə yolum Mustafa Akkaya adlı həlim təbiətli, gözü-könlü tox səmimi bir qardaşımızı, sazbəndi özüm üçün kəşf etdiyimdə, mənən hiss etdim ki, Qaziantepdə türk təbiri ilə desək “tar alətinin bütün incəliklərinə kimi yapsa Mustafa Bəy yapar”. Bu inamımdan heç vaz keçmirdim. Hər dəfə görüşdüyüm zaman tar barədə gizli sirrləri, şəkilləri video görüntüləri açıb tökürdüm ki, ilgisini, marağını çəkə biləm. Şükürlər olsun ki, cəhdim hədər getmədi və söz verdi ki, imkan daxilində vaxt tapan kimi bu alətin istehsalına başlayacağam. Və 7 il ərzində nəhayət ki, arzum gerçəkləşdi və yeni qabırğalı tarın işıq üzü görməsinə şahid oldum.
Ürəyimdə şükr edirdim ki, məramım həyata keçmək, arzularım göyərmək üzrədir. İlk tarın yapılması ilə əlaqədar 2022-ci 7 avqust tarixində “525-ci qəzet”də “Tar da birdir, saz da birdir” adlı məqalə də yayınlatdım ki, xalqımız bilsin ki, ilk dəfə qabırğalı tar Gaziantep şəhərində yaşayan məşhur sənətkar Mustafa Akkaya adlı ustanın xeyir-duası ilə hasil olub.
Bugünkü tarı çala-çala mənən xəyalım böyük tar ustası, Azərbaycanın Xalq Artisti Bəhram Nəsibovdan “Şəhra-şüb” muğamını1981-ci ildə sənətkarın ocağında öyrənərkən tarın bütün simlərinə bir mizrabla coşğulu vurduğu arpeciosayağı ahəngdar sədanı, o tərzdə vurduğum zaman sanki ustadın tarını çalmış kimi qeyri iradi olaraq özümü hiss etdim bir neçə dəfə. İlk ikinci tar da birinci alət kimi səs-səda, haray-həşir salırdı. Çala-çala özüm də sanki kənardan bu sədaları aşıb-daşan çoşğulu çayın sel səsi kimi çağlarlığına dinşək kəsilərək məftun olmuşdum. Türk təbiri ilə“Ay Mustafa bəy əlinə sağlıq, nə gözəl bir tar musiqi mədəniyyətimizə, Anadolu musiqi cameəsinə bəxş etmisən. Allah səni qorusun” deməklə kifayətləndim. Özü də bu xoş sözlərimin təsiri ilə həyəcanlanmaqla, həm də məmnun qalmışdı. Beləcə tarla, çal-çağırla, muğamlarımızdan bəzi örnəklərlə səslənmə müşayiətində bir mübarək gün yaşadıq, əslində isə mənim üçün bir ömür yaşadım deyərdim.

Prof.Dr. İlqar Cəmiloğlu, Qaziantepli məşhur usta Mustafa Akkayanın əl işi, ikinci qabırğalı tar ilə / 24.06-2023
Uğurlar olsun Mustafa bəy! Bugünkü görüşümüzdə daha bir söz verdin ki, Azərbaycan aşıq sazını da qısa zamanda yapmağa dair razılaşma əldə etdiyimin mutluluğunu da yaşamış oldum. Bilirəm ki, söz verməkdə çətinlik çəkirsən. Lakin sözü verdinsə demək nə olursa olsun o işi gerçəkləşdirəcəksən. Çünki, mən sənin səmimiyyətinə inanmaqla, doğru-dürüstlüyünü, sözü bütöv əsl insan olduğunu dəfələrlə müşahidə etmişəm. Yeri gəlmişkən qeyd etməliyəm ki, son illərdə Azərbaycan sazına da maraq Anadoluda atrmaqdadır. Hələki iki keçmiş tələbəm Arzu Qurbani və Yusuf Altunun“TRT İnt” və “TRT Müzik” kanalında Azərbaycan aşıq sazını çaldıqlarını xalqımız üçün xatırlatmaq istərdim.

Prof.Dr. İlqar Cəmiloğlu və keçmiş tələbələrim Arzu Qurbani və Yusuf Altun
Heç şübhəsiz sənin istedadın sayəsində, mübarək əllərinlə icad olunacaq durnagörünümlü Dədə Qurqud yadigarımız, az bir vaxtda öz həllini tapacaq və qabırğalı aşıq sazımızın Qaziantep-Azərbaycan musiqi kültürü sahəsində daha bir mənəvi körpü kimi, “Bir millət iki dövlət” adlı qardaşlarımızın, sənətçilərimizin bir-birinə yaxınlaşmasına vəsilə olacaq. Uğurlar olsun Mustafa bəy!!!

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıqelmləri doktoru, professor,
QaziantepUniversiteti Türk MusiqisiDövlətKonservatoriyasınınmüəllimi.
Türk Xalqmusiqisinəxidmət mükafatçısı
24.06 -2024 /Qazianep
29-06-2023, 11:26
Məşhur müğənni xəstəxanalıq oldu


Məşhur müğənni xəstəxanalıq oldu

Məşhur amerikalı müğənni Madonna xəstəxanaya yerləşdirilib. Bu barədə BBC onun menecerinə istinadən məlumat yayıb. Məlumata görə, müğənni reanimasiya şöbəsinə yerləşdirilib, ona bakterial infeksiya diaqnozu qoyulub. Meneceri bildirib ki, 64 yaşlı ulduzun səhhəti yaxşılaşır, lakin o, hələ də həkim nəzarətindədir. Bu baxımdan sənətçinin dünya turu təxirə salınmalı olub.
24-06-2023, 14:34
“Muğam Marafonu” İçərişəhərdə başladı


“Muğam Marafonu” İçərişəhərdə başladı

Muğam Marafonu iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında başlayıb. Sabah, yəni iyunun 25-i saat 12-yədək davam edəcək. 24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək. Muğam Marafonunda xanəndələrlə yanaşı bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir. “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.




20-06-2023, 22:40
Azərbaycan filmi beynəlxalq müsabiqədə qalib olub


Azərbaycan filmi beynəlxalq müsabiqədə qalib olub

Qazaxıstanın Türkistan şəhərində “Altın Saka” III Beynəlxalq Animasiya filmləri festivalı keçirilib. Türkdilli ölkələrin animasiya filmlərinin iştirak etdiyi festivalın müsabiqə proqramına 41 film seçilib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qaliblər müəyyən olunub. Festivalın qalibləri arasında “OB FILM” studiyasının istehsalı olan “Tarix” animasiya filmi də var. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Tarix” filminin rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir. “Tarix” filmi “Altın Saka” Festivalında üçüncü yerə layiq görülüb.
“Altın Saka” festivalının münsiflər heyətində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan olan kino mütəxəssisləri iştirak ediblər. Azərbaycanı münsiflər heyətində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı, ADMİU-nun müəllimi, ssenarist Ramil Ələkbərov təmsil edib. Film məktəb gündəliyində qeyd olunan rayonlarımızın işğal tarixlərini heç cür əzbərləyə bilməyən oğlan haqqındadır. O, oyuncaqları ilə oynadıqdan sonra yuxuya gedir. Yuxuda qəhrəmanımızın oyuncaqları real hərbi texnikalara çevrilərək düşmənin üzərində zəfər çalır. Uşaq oyanır, gündəliyi açır və işğal tarixlərinin üzərindən qırmızı xətt çəkildiyini qürurla seyr edir.
Qeyd edək ki, "Tarix" filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist), Filippində “Batangas Balisong Film Festival”ında (Finalist) və Xorvatiyada 14-cü “VAFI & RAFI - International Children and Youth Animation Film Festival”ında iştirak edib.

16-06-2023, 12:37
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradıldı


“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradıldı

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədləri və mühafizə zonası müəyyənləşdiriləcək. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında sərəncamında əksini tapıb. Sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək tapşırılıb.
9-06-2023, 16:35
Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olundu


Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olundu

Orxan Fikrətoğlu Kino Agentliyinin müşaviri təyin edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, O.Fikrətoğlu bundan öncə Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
14-05-2023, 10:25
Esmira Günəşin Becrəvan kəndində kitab təqdimatı olub

Esmira Günəşin Becrəvan kəndində kitab təqdimatı olub

Mayın 13-ü şairə Esmira Günəşin Cəlilabadın Bəcrəvan kənd tam orta məktəbində şəhidlərə həsr etdiyi "Qəlbimizdə yaşayanlar" kitabının təqdimatı olub. Qeyd edək ki, kitabda yer alan şəhidlərdən Ayaz Abasov, Fərid Hüseynov və Mirnağı Şərifov Becrəvan kənd tam orta məktəbin məzunlarıdır. Tədbirdə şəhid ailələri, məktəbin müəllim, şagird kollektivi və kənd sakinləri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən və şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra Esmira Günəşin şeirlərinin kompozisiyaları, vətənpərvər musiqilər və qonaqların çıxışı ilə davam edib. Tədbirdə ilk olaraq məktəbin direktoru Mübariz Kərimov çıxış edərək məktəbin şəhid məzunları haqqında məlumat verib və şairə Esmira Günəşə gördüyü işlərlə bağlı təşəkkürünü bildirib. Daha sonra şəhid ailələrinin çıxışları zamanı müəllif kitablarını imzalayaraq onlara təqdim edib. Tədbirin sonunda isə şairə Esmira Günəş tədbirin keçirilməsində əziyyəti olanlara- direktor Mübariz Kərimova, Gülənə müəlliməyə, Xəyalə müəlliməyə və Dürdanə müəlliməyə təşəkkürünü bildirib. Rəsmi hissədən sonda qonaqlar məktəbdə şəhidlərin adını daşıyan kabinetlərlə tanış olublar. Daha sonra isə bir-bir şəhidlərin abidəsi, məzarları və ev muzeyləri ziyarət olub. Xatirə şəkilləri çəkilib.
13-05-2023, 15:23
Mədəniyyət nazirinə yeni müavin təyin olundu


Mədəniyyət nazirinə yeni müavin təyin olundu

Fərid Cəfərov Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub. Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.
9-05-2023, 15:32
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı


“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Festivalın proqramına uyğun olaraq səhər saatlarında tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.“Qarabağ” otelinin qarşısında təşkil olunan tədbirdə altı Türk dövlətinin mətbəx və sənətkarlıq nümunələri sərgilənir. Dövlət rəsmilərinin, respublikanın tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin ziyarət etdikləri təqdimat hər kəsdə xoş təəssürat yaradıb. Əməkdar artist Emil Əfrasiyab Şuşada ilk dəfə olmaqdan məmnunluq duyduğunu ifadə edib: “İlk dəfədir ki, Azərbaycanın dilbər guşəsi, mədəniyyət paytaxtımız Şuşadayam. Çox unudulmaz hislər keçirirəm. Sanki yuxudayam. Bu günləri bizlərə, Azərbaycan xalqına yaşatdığı üçün Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, çox önəmli, unudulmaz günlərdir. “Heydər Əliyev İli”ndə təşkil olunan tədbirin Şuşada keçirilməsi də olduqca əlamətdardır. Belə möhtəşəm konsertdə iştirak etmək biz musiqiçilər üçün olduqca böyük şərəfdir”. Şuşaya dördüncü dəfədir gəldiyini söyləyən Xalq artisti Ənvər Sadıqov hamı kimi gözəl əhval-ruhiyyədə olduğunu qeyd edib: “Hər dəfə elə bilirəm ki, bu müqəddəs torpağa ilk dəfə ayaq basıram. Bu Qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandana və rəşadətli Ordumuza minnətdarıq. Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirik və xalqımız heç vaxt onları unutmayacaq. İnanıram ki, Zəfərimiz əbədi olacaq. Cıdır düzünə ilk dəfə qalxanda keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm. Şuşada olmağın özü elə bir duyğudur ki, gərək onu yaşayasan, hiss edəsən. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ etmişik, tanıtmışıq, lakin Şuşada konsert vermək, çıxış etmək başqa bir aləmdir. Çox qürurluyam ki, bu gün Şuşadayam, belə möhtəşəm bir konsertdə iştirak edirəm”. Türkiyəli aşpaz Ahmet Yetimova da Azərbaycanda olmaqdan qürur hissi keçirdiyini deyib. “Şuşaya gəldikdən sonra çox duyğulandım. Azərbaycan bizim ana Vətənimizdir. Bu torpaqların işğaldan azad olunması bizlərə də qürur hissi yaşatdı. Azərbaycana ilk dəfədir gəlirəm. Şuşanı bizim Qara dəniz bölgəsi ilə müqayisə edirəm. İnanırıq ki, Qarabağın çox böyük gələcəyi var. Tədbir başlayandan müşahidə edirəm ki, gələn hər kəs gözəl əhval-ruhiyyədədir. Türk xalqlarının taamlarının və sənətkarlıq məhsullarının festival çərçivəsində nümayiş olunması bir ayrı gözəllikdir”, - deyə türk qonaq bildirib. Sonra Xan qızı Natəvanın evinin həyətində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Dəli Domrul” tamaşasının premyerası olub. “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi–Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Qeyd edək ki, Festival günlərində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək. Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olacaq. Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələrin, regionun türkdilli ölkələrinin və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər. Üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.














8-05-2023, 19:29
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək


Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu ərəfədə Şuşa festival ab-havasına bürünüb. Qeyd edək ki, mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər. Mayın 12-də isə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!