Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                       
1-11-2021, 14:46
4 mini Nurlana Əliyevaya verdim - Sabiq şöbə müdiri

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axar.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İsmət Nəzərov ifadə verib.

O bildirib ki, oğlu BSU-da ikinci təhsil alıb: “Buna görə üç il ərzində universitet məndən 5 min manat pul istədi. Sonradan isə həmin məbləğ 4 min manata endirildi. Ödəniş üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Eyni zamanda o, qızımın universitetdəki qayıblarına da kömək edəcəyinə söz verdi. Qızım hazırda universitetin üçüncü kursunda oxuyur, ora 1 100 manat borcu var”.

Şahidin ifadəsinə münasibət bildirən D.Əliyeva qeyd edib ki, aldığı 4 min manat pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.

Daha sonra digər şahid Mehman Nəcəfov dindirilib. O, təqsirləndirilən şəxsə təhsil ödənişi üçün 1 000 manat pul verdiyini söyləyib: "Təhsil ödənişi üçün ümumilikdə 2 min 200 manat pul ödəməli idim. Dürdanə Əliyeva mənə bildirdi ki, ilkin ödəniş kimi 1 000 manat pulu ona verməliyəm. Həmin 1 000 manatı ona verdim, digər 1 200 manatı isə ödəmə terminalı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1 000 manat, nə də ödəmə terminalı ilə ödədiyim pul universitetin kassasına daxil olub”.

Şahid Ülviyyə İsmayılova dindirilən zaman deyib ki, 2020-ci ildə BSU-da ikinci təhsil almaq üçün D.Əliyevaya 2 min manat pul verib:

"Dürdanə Əliyeva mənə bildirdi ki, təhsil 3 il olacaq, ödənişi isə illik 2 min manatdır. Həmin pulu ona ödəməyimi istədi. Mən də pulu ödədim. Dekabr ayında universitetdən mənə zəng edib ödəniş haqqını ödəməyimi söylədilər. Hələ də universitetə ödəniş etməmişəm, borcum var”.

Şahid məhkəmədən heç bir tələbinin olmadığını bildirib.

Proses noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Bütöv.az
1-11-2021, 12:44
Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı açıqlama: “Ekspertizanın bir hissəsi Moskvada aparılır”

“Naməlum şəhid məzarları adətən Birinci Qarabağ müharibəsi dövrü ilə əlaqədardır. Bununla bağlı iş aparılır, ekspertizalar təyin olunur. Ekspertizanın bir hissəsi Rusiyanın paytaxtı Moskvanın ekspertiza institutlarında həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

O vurğulayıb ki, ekspertizanın bir hissəsi başa çatıb, digərləri isə davam edir:

“Çünki bu, asan iş deyil. Burada çoxsaylı insanların gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir. Yəni, işin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var”.

Hərbi prokurorun sözlərinə görə, Vətən müharibəsində şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi prokurorluq Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çoxsaylı işlər aparılıb:

“3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, eskpertizalarını aparmaq lazım idi. Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşmüşdü. Bununla bağlı çox böyük işlər gedib. Çox az qisim şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bu işə artıq Fövqəladə Hallar Nazirliyi də cəlb olunub. Bizim borcumuzdur ki, onların meyitlərinin harada olduğunu müəyyən edək və sonra da kimliklərini müəyyənləşdirərək yaxınlarına təhvil verə bilək”, – deyə Xanlar Vəliyev əlavə edib.

Bütöv.az
1-11-2021, 12:36
İŞİD terrorçuları “Taliban”a təslim oldular

Əfqanıstanda İŞİD terror təşkilatı üzvləri kütləvi şəkildə “Taliban” hökumətinə təslim olub.

Hadisə ölkənin Nanqarhar bölgəsində baş verib.

Azı 65 terrorçunun danışıqlar nəticəsində silahı yerə qoyduğu bildirilib.

Bu barədə vilayətin qubernatoru məlumat yayıb.

Məlumata görə, terrorçular əfv olunub. Lakin ictimai asayişi yenidən pozacaqları halda keçmiş İŞİD-çilərin sərt şəkildə cəzalandırılacağı qeyd edilib.

Mənbə: “RİA Novosti”

Bütöv.az
1-11-2021, 12:34
Ərdoğan Merkellə də görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.

Bütöv.az xəbər verir ki, görüş Romada G20 sammiti çərçivəsində baş tutub.
Görüş yatım saat davam edib.
1-11-2021, 12:17
Hərbi prokurordan naməlum şəhid məzarları ilə bağlı AÇIQLAMA

Dövlətə xəyanətdə ittiham olunanların və hərbçilərə işgəncə verənlərin cinayəti qanunla sübuta yetirilib.

Bütöv.az Trend-ə isitnadən xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verərkən deyib.
O bildirib ki, 2017-ci ilin mayında cinayə işi başlanıb və istintaqın gedişində bir neçə nəfərin dövlətə xəyanət etdiyi aşkar olunub:

"Həmin cinayət işləri üzrə təqsirləndirilən şəxlər barəsində hökm çıxarıldı. Sonra həmin hökmlərdən məhkum olunmuş şəxslər apelyasiya, ardınca kassasiya şikayəti verdi. Həm apellyasiya, həm də kassasiya mərhəsindən göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı olduğu müəyyən olunduğundan, hökmlər qüvvəsində saxlanıldı.

Bununla yanaşı hərbi prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaq müddətində dövlətə xəyanətdə şübhəli bilinən şəxslərə qarşı qanundankənar fiziki zorakılıqlar həyata keçirilib və nəticədə cinayət işi başlayana qədər bir nəfər vəfat edib. Şəxsən özüm və Respublika Baş Prokurorunun müavini Şəfahət İmranov, ondan başqa Respublika Baş prokurorunun birinci müavini Rüstəm Usubov, idarə rəisi, köməkçisi və s. həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, həqiqətən kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə də dərhal cinayət işi başladıq. Tələbimlə Müdafi Nazirliyinin Tibb Xidmətindən böyük bir həkim briqadası gəlib həmin şəxsləri müayinə etdi və kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğu müəyyənləşdirildi, bəziləri Hərbi Hospitala göndərildi.

Həmin şəxslərin böyük bir qisminin həyatı xilas edildi. İşgəncə ilə bağlı cinayət işi başlanıldı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Barələrində müxtəlif hökmlər qəbul edildi. Onlar da hökmdən şikayət verdilər, lakin apellyasiya və kassasiya mərhələsində şikayətlərin əsassız olduğu müəyyən edildi".
1-11-2021, 12:12
Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumlar artırılır

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.

Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu məbləğ 5 manat idi.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşir.

Bütöv.az
1-11-2021, 11:14
İşıq və qazın yeni qiymətləri bu gündən qüvvəyə mindi

Tarif (qiymət) Şurasının təbii qaz və elektrik enerjisi ilə bağlı yeni qərarı bu gündən qüvvəyə minir.

“Qafqazinfo” xəbər verir ki, Tarif (qiymət) Şurası üzvlərinin qərarı ilə tariflər aşağıdakı kimi təsdiq edilib:

Əhalinin illik qaz istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Əhali kateqoriyası üzrə mövcud olan elektrik enerjisinin tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni differensasiya tətbiq edilib.

Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir.


Bütöv.az
1-11-2021, 11:05
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri azalıb.

WTI markalı neftin dekabr fyuçersləri 0,38 % ucuzlaşaraq, bir bareli 83,25 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin yanvar fyuçersləri 0,23 % ucuzlaşaraq, bir bareli 83,53 ABŞ dolları olub.

Mənbə: Bloomberg

Bütöv.az
1-11-2021, 11:03
Prezidentdən Türk Şurasına üzv dövlətlərin Baş prokurorlarına MÜRACİƏT

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, müraciət mətnini Baş prokuror Kamran Əliyev oxuyub.
Müraciətdə erməni vəhşilərinin azad olunan ərazilərdə həyata keçirdikləri vandalizm barədə məlumat verilib.

Qeyd olunub ki, Ermənistan ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibədə Azərbaycana qarşı muzdlu və əcnəbi vətəndaşları döyüşdürüb.

Bildirilib ki, hazırda regionda yeni reallıqlar yaranıb.

Bütöv.az
30-10-2021, 11:30
Koronavirus necə yayıldı? – ABŞ kəşfiyyatı AÇIQLADI


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19 virusu ilə bağlı hesabatı təqdim edib.
Xarici KİV xəbər verir ki, kəşfiyyatın məlumatına görə, koronavirus süni mənşəyə malik deyil.
“Koronavirus bioloji silah deyil. O, heyvandan insana keçməklə yaxud Uhan laboratoriyasında baş verən insident nəticəsində yayılmağa başlayıb”.
Mərkəzi Kəşfiyyat İdarəsi Çinlə əməkdaşlıq edərək virusun mənşəyini tam müəyyən etməli olduqlarını qeyd edir. Kəşfiyyat Çinin epidemiya başlayana qədər virus barədə məlumatsız olduğunu vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!