Tramp 62 illik rekordu yenilədi .....                        Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                       
26-02-2023, 11:13
Xocalı soyqırımı


Xocalı soyqırımı

Günəş, necə yanırsan?!
Necə alovlanırsan?!
Yer, niyə dolanırsan?!
Dayanıb sükutla dur!
Dərk et bu fəlakəti.
Görünməz müsibətdir,
Xocalı müsibəti!
Yerdə qalsa belə qan,
Əl üzülər dünyadan.
Məğrurdur Azərbaycan!
Cəzasız qalmayacaq,
Törədən cinayəti!
Dəhşətlər dəhşətidir,
Xocalı müsibəti!

Hikmət ziya.
Azərbaycan torpağı öz zənginliyinə, mövqeyinə görə düşmənlərin məkrli planlarıyla üzləşib. Torpaqlar itirib, soyqırımlar, faciələr yaşayıb. O faciələrdə ailələr məhv olub, uşaqlar anasız, atasız, köksüz, ailəsiz qalıblar. Ana qucağından, ata sevgisindən məhrum qalaraq böyüyüblər. O qanlı, yaddaşdan silinməz günlərdən biri də fevralın 26-sı baş verən soyqırımı idi, Xocalı soyqırımı...
Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımında azı 3813 din əhali qətlə yetirilib. Onlardan 63 uşaq,106 qadın,70 qoca və qarı olmaqla, 613 nəfərinin meyiti tapılıb. Qalanlarından 1200 nəfəri bataqlıqda boğublar, 2000 nəfəri isə xocalı ətrafındatonqallarda yandırıblar. Onların yalnız ömürləri yox, arzuları, istəkləri, xəyalları da yarımçıq qaldı...
Neçə-neçə ailə tamamilə məhv edildi ki, bu da “soyqırımı”ifadəsinin açıq şəkildə nümunəsidir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirməklə, valideyn şəfqətinə və sevgisinə ac böyüyüblər. Bəlli olan məlumatlara görə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb,150 nəfər əsir götürülüb. 68 qadın və 26 uşağın isə taleyi hələ də məlum deyil.
Həmin soyqırımda hərbi jurnalist Çingiz Mustafayev Xocalı həqiqətlərini lentə almış və bütün dünyaya çatdırmağa vasitə olmuşdu. Bu gün Azərbaycan xalqı onu böyük ehtiramla yad edir.
Bu gün hər bir azərbaycanlı bu qanlı günü yada salaraq yaralarının bir də qanamasına icazə verirlər, icazə verirlər ki, gələcək nəsil bu günü unutmasın, unutdurmasın!

Lamiyə CƏNNƏTZADƏ
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
26-02-2023, 06:54
“Sonuncu” Qəhrəman


“Sonuncu” Qəhrəman

(Oleq Babak - Qubadlıda şəhid olan savaşçı Ukrain)

1990-cı ilin qanlı 20 yanvar qırğını ərəfəsində Moskva əvvəlcədən planlaşdırdığı ssenari üzrə Azərbaycanda vəziyyətə tam nəzarət etmək, xalqın imperiya əleyhinə getdikcə artan mübarizəsinin qarşısını almaq, hadisələri öz mənafeyinə uyğun məcraya yönəltmək məqsədilə yanvarın 15-də Ermənistan və dağlıq Qarabağla 132 km sərhəddi olan Qubadlı rayonunda da fövqəladə vəziyyət elan etdi. Şuşa və Xankənddə yerləşən 21-ci briqadanın bir batalyonu yanvarın 17-də Qubadlıya daxil oldu və komendatura idarəsi qurdu. Yerli əhalinin, rayon rəhbərliyinin tələbi ilə bir bölük əsgər və zabit heyəti tez-tez erməni terror dəstələrinin hücumlarına məruz qalan ərazidə - Qafan-Gorus yolu ilə sərhəddinə yaxın Yuxarı Cibikli kəndində yerləşdirildi. Bir neçə il idi bu sərhəd, dağ kəndlərində terror, təxribatlar ara vermirdi, məqsəd hərəsində 20-30 ailə yaşayan kəndlərin sakinlərini qorxudub yer-yurdundan qaçırmaq, əhəmiyyətli yüksəkliklərə sahib olmaq idi. Murdar xislətli qonşular Eyvazlı kəndini tamam yağmalayıb yandırmış, Şahverdilər, Novlu, Seytasın 3 ağsaqqalını qətlə yetirmiş, bir neçə nəfəri də əsir aparmışdılar. O vaxtlar hər iki tərəfdən bu kimi hadisələr tez-tez təkrar olurdu, əsir, girov tutub ölü, diri insanlarla dəyişmək adi hal idi.

1991-cı il, 7 aprel. Cibikli kəndinin iki gənci – 20 yaşlı Şahin İlyas (meşəbəyi) oğlu və dayısı Qulamın oğlu Qəribi ermənilər çoxdan izləyirdi, bu qeyrətli gənclər dəfələrlə ermənilərdən qisas almış, hər addımına bələd olduqları ərazidə sərbəst gediş-gəlişə həsrət qoymuşdular. Nəhayət, meşədə saqqallı ermənilər onları qəfildən yaxalayır, ov tüfəngi ilə bir neçə ermənini gəbərdən Şahini vəhşiliklə öldürüb, Qəribi də ağır yaralayıb girov götürürlər. Avtomat səslərindən faciə baş verdiyini anlayıb meşəyə tərəf axışan kənd camaatını qaniçən terrorçular atəşlə qarşılayır, atışma başlanır, cəmi bir neçə ov tüfəngi ilə silahlanan kişilərin bir neçəsi öldürülür, kəndin sahə müvəkkili Əbdülqadir, yaxın günlərdə toyu olası Şahin də aralarında olmaqla bir neçə nəfər də yaralanır. Mühasirə halqası daralan, sonuncu güllələrini atan kənd sakinlərinin harayına leytenant Oleq Babak və iki rus əsgəri yetişir, özlərinə etibarlı mövqe seçib avtomatla erməniləri dənləməyə başlayırlar. Oleq Babak ermənilərə aman vermədən atışır, iki serjantına – Aleksey Loqinov və Aleksey Boçkova mühasirədəki yaralıları çıxarmağı tapşırır, onlardakı patron daraqlarını da götürür, bir neçə yara alsa da, son gülləsinə qədər vuruşur, geri çəkilmir. Kənd sakinlərinin, yaralıların artıq təhlükəsiz yerə çıxarıldığını görür. Güllələrin bitdiyini görən Oleq özünə sipər seçdiyi səngərdən qalxıb: - mən sovet zabitiyəm, atəşi dayandırın!-deməsi ilə güllə yağışına tutulması bir olur.

Murdar düşmən atışma meydanında qalan 24 cəmdəyini, 7 yaralını, Oleqin və kəndin bir neçə sakininin qan içində meyidini götürüb zirehli maşına qoyub aparırlar. Rayon mərkəzindən köməyə gələn milis və rus hərbçiləri meşə yolları ilə bu ucqar dağ kəndinə gəlib çatanda ağır döyüşün izlərinə baxıb, şahidlərin danışdıqlarını dinləyib Oleqin igidliyindən heyrətə gəlirlər. Şahidlər danışırdı ki, erməni silahlılarından biri Oleq Babakla hərbi məktəbdə bir yerdə oxumuşdular, döyüş əsnasında onu tanıyıb bir neçə dəfə silahı yerə qoymağa, müsəlman türklərdən ötrü din qardaşlarının qanını axıtmamağa çağırsa da, o zabit şərəfini son nəfəsinədək yerinə yetirib 10-dan çox günahsız insanın həyatını da xilas etmişdi. Güllə keçirməyən gödəkçəsi deşik-deşik olmuşdu. Oleqin fövqəladə rejim şəraitində xidmətini başa vurmağa cəmi bir ay qalmışdı, mayda başqa regionda xidmətini davam etdirəcəkdi.
Oleq Yuxarı Cibikli postuna gələn günlərdən dağ kəndinin qonaqsevər camaatı ilə tez bir zamanda qaynayıb qarışmışdı. Kənddə uşaq-böyük hamı onu Babək deyə çağırırdı, səylə Azərbaycan dilini öyrənirdi, yerli sakinlərlə, xüsusən uşaqlarla Azərbaycan dilində danışmaqdan sövq alırdı. Özünü komandir kimi yox, əsl əsgər kimi aparırdı. Vətənə qayıdan kimi toyu olasıydı, ailənin Yakov Andreyeviç və Nadejda İvanovnanın yeganə övladı, sevimlisi idi, üstəlik vətənində yolunu gözləyən var idi. 24 yaşlı bu yaraşıqlı, gözəl simalı gənc zabiti mən də görmüş, həmsöhbət olmuşdum, “salamaleykum” sözünü məxsusi şirin təbəssümlə deyirdi.
[center]

Milliyətcə osetin olan rus hərbi kontigentinin komandiri podpolkovnik Zavqayev sevimli zabitinin intiqamını erməni saqqallılarından layiqincə almışdı. Onun ciddi səyi ilə Oleqin nəşi ermənilərdən alınıb Qubadlıya gətirildi, cansız cismi rayon sakinlərinin ehtiramlı vida mərasimi ilə hərbi hissənin həyətindən vertolyotla Bakıya, oradan Kiyevə yola salındı. Qubadlı rayon rəhbərliyi çox böyük hörmət-izzətlə, qədirbilənliklə Oleq Babaka Qubadlıda təzə açılan mərmər sexində üzərinə surəti nəqş olunmuş qəbirüstü sinə, başdaşı düzəltdirdi, məxsusi nümayəndələrlə Bakıdan qatarla Ukraynaya - doğulduğu kəndə göndərildi. İllərdir ki, Oleqin Poltava torpağındakı qəbirüstü abidəsi Qubadlının, Azərbaycanın bir parşası, əmanəti, nişanəsi kimi qalır.
Rayon və respublika rəhbərliyinin təqdimatı, hərbi hissə komandanlığının raportu, camaatın Moskvaya vurduqları teleqramlar nəzərə alındı. “Hərbi vəzifəni yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə” SSRİ Prezidentinin 17 sentyabr 1991-ci il tarixli Fərmanı ilə leytenant Oleq Yakovleviç Babaka Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dekabr ayında isə SSRİ dağıldı və beləliklə, Oleq Babak Sovet İttifaqının son Qəhrəmanı oldu. Oleqin təltif edildiyi “Sovet İttifaqı Qəhrəmanı” ulduzu ilə yanaşı, Daxili Qoşunlar günündə layiq görüldüyü “Müqəddəs Stanislav” ordeni, xüsusi təyinatlıların şərəf və şücaət simvolu olan tünd qırmızı beret taxmaq hüququ verən sertifikatlar valideynləriə təqdim edildi.
Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Piryatin rayonunun Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, 1974-cü ildən 1982-ci ilə kimi 8 il Viktoriya kənd məktəbində oxuyub, sonra isə qonşu Teplovsk kəndində orta məktəbi bitirib. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Kollecinə daxil olub. 1989-cu ildən SSRİ Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında 11-ci bölüyün siyasi hissə üzrə komandir müavini vəzifəsində xidmət edib, Qarabağa ezam olunub. Adına doğma vətənində küçə, məktəb var. Sözsüz ki, canını fəda etdiyi, uğrunda şəhid olduğu Qubadlıda da Oleqin xatirəsi əbədiləşəcək, həm də bu ağır günlərin sınağından çıxan Ukrayna və Azərbaycan xalqlarının dostluğunun rəmzi ifadəsi olan abidəsi ucaldılacaq.

44 gün Vətən müharibəsində, ondan əvvəl və sonra Ukrayna dövləti və xalqı daim Azərbaycanın yanında olub, xüsusən informasiya savaşında ukrain bloqqerlər ermənilərin saxta məlumatlarının ifşası, haqq, ədalətin bərpası uğrunda savaşımızın mahiyyətinin Avropada yayılmasında olduqca xeyirli fəaliyyət göstəriblər. Rusiyanın Ukraynaya qarşı bütün əxlaq, insanlıq, hüquq normalarını heçə sayan bədnam təcavüzünün davam etdiyi bu ağır günlərdə Oleq Babakı yetişdirən dost, qəhrəman ukrain xalqına Uca Yaradandan yardımçı olmağı arzulayıram. Bəşər tarixinin üz qarası olan bu insanlıqdan uzaq, vəhşi, məkrli düşüncənin, şərəfsiz hərbi-siyasi aqressiyada yaşamını itirənlərə rəhmət, yaralılara şəfa, bu qara günlərin tezliklə bitməsini diləyirəm.
Sözardı: Rusiyanın Ukraynaya açdığı savaşın ilk günlərindən bir neçə dəfə Oleq Babakın atası Yakov, anası Nadejda Babakla, vəfalı uşaqlıq dostu, igid vətənsevər zabit Oleq Sulima ilə əlaqə qurub mənəvi dəstəyimizi ifadə etdik, problemlərinin həllinə yardımçı olmağa çalışdıq, Bakıya dəvət etdik, əgər istərlərsə, Qubadlıya səfərlərinin reallaşmasına yardımçı olacağımızı söylədik, ancaq hələlik səhhətlərinin buna imkan vermədiyini bildirdilər, Oleqin valideynləri Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Fəqan oğlu Salmanovun onlara göstərdiyi şəxsi diqqət, qayğısını dilə gətirib ən xoş sözlərlə razılıqlarını bildirdilər.
Təəssüf ki, Azərbaycanda şəhid ailələri üçün müəyyən edilən maddi imtiyazların Oleqin ahıl yaşlı valideynlərinə şamil edilməsi barədə səylərimiz hələlik nəticəsiz qalıb.
Ukrain xalqının igid oğlu Oleq Babakın xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Hacı Nərimanoğlu
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, Qubadlı rayonu
24-02-2023, 07:22
Hər şey yalanmış…


Hər şey yalanmış…

Mənə elə şəstlə bala dedi ki, bədənim ürpəşdi. Dedim İlahi, - bu nə sınaqdı? Bu nə yükdür mənə yüklədin? Bu torpaq üçün gözünü qırpmadan canını fəda edən bir oğulu böyüdüb muradını görmədən Vətənə qurban verən Anaya oğul olmaq məsuliyyətini mən necə daşıyaram?! Çəkə bilərəmmi bu ağırlıqda şələni?
Onu ilk dəfə 2005-ci ildə oktyabrın axırında görmüşdüm. Sinəsində bala dağı, çiyinlərində itirilmiş torpaq dərdinin ağırlığı, yanaqlarında şərəfsiz məmurların axıtdığı göz yaşı vardı. O vaxtlar mən AzTV-də “Zireh” verilişinin aparıcısı və müəllifi idim.
- Daşkəsəndən gəlmişəm, Şəhid Azərin anasıyam,-dedi. Xeyli dərdləşdik. Qarşılaşdığı haqsızlıqlardan, tapdanan hüquqlarından, o zamankı Gənclər və İdman Nazirliyindəki tərbiyəsizlərdən birinin xətrinə dəyməsindən söhbət açdı. Bəzi gerçəkləri anlada-anlada, az da olsa, könlün aldım. Söz verdim ki, həftənin birinci iş günündə Daşkəsənə yola çıxacam. Deyəsən sözüm yarasına məlhəm oldu, çöhrəsi açıldı. Zənn elədim ki, zırramaların mühitindən, yaradıcı mühitə düşdüyünə bir az mənəvi rahatlıq tapdı. Fəqət bizə üz tutunca o qədər aldanmışdı ki, mənə inanacağına heç gümanım yox idi…
Amma sözümü tutdum. Həftənin ilk günü üçün Daşkəsənə ezamiyyət götürdüm. Deyəsən hamının Sima xala deyə müraciət etdiyi Simuzər Abdullayeva gələcəyimizə inanmışdı. Çəkiliş qrupumuzu Gəncə vağzalında qarşıladı. Daşkəsənə- evlərinə getməzdən əvvəl bizi Gəncədəki Şəhidlər Xiyabanına apardı. Onda gördüm ki, Şəhid Azər Abdullayevin atası-daşkəsənli İldrım kişinin evinə gedən yol Şəhidlər Xiyabanında başlayıb, Şəhidlər Xiyabanında da başa çatır.
Bu yollar illərdir ki, Azərin anası-Simuzər xanımın ayaqlarına dolaşır. Gəncənin Şəhidlər Xiyabanında sıralanmış qara daşlardan boy verən oğulların hamısı Sümuzər ananın gəlişini əsgərsayağı qarşılayır. O da ər doğub ərənləşdirdiyi Azərdən qabaq oğlunun komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevi və onun yanındakı şəhidləri ziyarət edir. Düz 30 ildir ki, belədir...
Deyirdi 30 ildir ki, gəlirəm bu yolları. Peşman gəlirəm, peşman gedirəm. Qabaqlar övladlarımla-qızlarımla, oğlumla gələrdim. Axır vaxtlar tək gəlib-gedirəm. Çünki qızlarımın iş və digər qayğıları ucbatından gələ bilmirlər. Ürəyim haçan istəyir gəlirəm. Ən çox dekabrın 31-i gəlirəm, təzə ili ana-bala bir qarşılayırıq. Daşlarla söhbət edirəm, deyirəm: təzə ilin mübarək olsun!
Simuzər xanımla tanışlığımız 17 ili aşdı. Tez-tez görüşə bilməsək də bayramlarda, hüzn günlərində zəngləşib, hal-əhval tuturduq. Düzünü deyim ki, çox uzun-uzadı danışırdıq. Sevincimizi, kədərimizi bölüşürdük. Bir sözlə şirin söhbətimiz bitmək bilmirdi. Mənə deyirdi səni Azərin yerinə qoymuşam. Mən də Azər ola bilməsəm də, güvənini qırmamağa çalışırdım. Axırıncı dəfə o mənə zəng elədi. Bu dəfə çox qısa danışdı. Oğul, haqqını halal elə dedi. Mən tutuldum, danışa bilmədim. Niyə dillənmirsən deyə, bir də halallıq istədi. Qəhər məni boğdu. Nə haqqı dedim, anaların haqqı ödənərmi? Yenə də sən halallıq ver,- dedi. Varsa bir haqqım halal olsun,- dedim. Dəstəyi asdı. O gecəni yuxum ərşə çəkildi. Səhərisi baş redaktorum Zaur Rzayevə xahiş elədim ki, məni məzuniyyətə buraxsın. Hərçəndi məzuniyyətdən təzə qayıtmışdım, sağolsun, 3 ay idi qayıtdığıma baxmayaraq xahişimi nəzərə alıb dekabrda növbəti məzuniyyətə çıxmağıma etiraz etmədi. Əslində bu halallıq məsələsi ürəyimə xal salmışdı. Daşkəsənə getmək, bir neçə gün Sima xala ilə dərdləşmək, elə mən də ondan göstərdiyi ana haqqı üçün halallıq almaq istəyirdim. Təəssüf ki, dayım oğlu Natiq müəllim rəhmətə getdi, başım qarışdı, məzuniyyətim bitdi. Səfərim baş tutmadı.

Hər yeni il qabağı olduğu kimi, keçən il də dekabrın 31-də axşamı gözləyirdim ki, Sima xala Azəri ziyarət eləyib evə gəlsin, mən də onun yeni ilini təbrik edim. Axşam zəng elədim, telefonu Azərin adını özünə Şərəf titulu götürmüş bacısı Kəmalə Azər götürdü, səsi həmin səs deyildi. Çox hal-əhval eləməmiş Sima xalanı soruşdum. Hönkürdü. O hönkürtü bayramlaşmağımızı ordaca bitirdi…
Halallaşa bilməmişdim deyə yas məclisinə getmək istəmədim. Məzarına getmək onu tək ziyarət eləmək, o Azərlə baş-başa qalıb məzar daşı ilə söhbət elədiyi kimi, mən də onunla yalnız qalıb, ana-bala baş-başa dərdləşmək, heykəlləşmiş daşı ilə danışmaq istədim. Elə Azərin adına aldığım qərənfil dəstəsini də onun məzarına düzdüm. Çünki bu onun analıq haqqı idi. Axı, deyirdi səni görəndə elə bilirəm Azərimi görürəm. Mən də onu Azərin adından ziyarət elədim…
Axşama Bakıya qayıtdım. Ziyarətim gerçəkləşdiyindən bir az dincəlmişdim. Bəlkə ona görə idi ki, həmin gecəni çox rahat yatdım. Səhərə yaxın Sima xala yuxuma gəldi, sağ əli ilə sol yanağımı sığallayıb, üzün buz kimidir,- dedi, üzünü daşa söykəmə, xəstələnərsən. Səsə gözümü açdım, ətrafa baxdım, gördüm ki, hər şey yalanmış…

Tamxil ZİYƏDDİNOĞLU
Hərbi Jurnalistlər Birliyinin sədri
21-02-2023, 09:33


44 günlük müharibənin hər bir günü  Qələbə , Zəfər günüdür
44 günlük müharibənin hər bir günü Qələbə , Zəfər günüdür

20 Fevral 2023-cü il tarixdə Qəbələ rayon Mədəniyyət mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Əbədi Birlik Gənclər İctimai Birliyinin, GİKM Qəbələ nümayəndəliyinin, intellektual İnkişaf Naminə İctimai Birliyin, Qəbələ Mədəniyyət mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin yekun tədbiri keçirildi. Tədbirdə şəhid ailələri, qazilər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim tələbə heyəti, gənclər, rayon idarə heyətinin nümayəndələri iştirak etdi.

Tədbirə başlamazdan əvvəl dövlət Himnimiz səsləndirilmiş, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Layihə rəhbəri Xəyal Məmmədəliyev çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün davam edən Vətən Müharibəsində yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı, canı bahasına azad edildi. Bu Qələbə ölkə rəhbəri tərəfindən həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyasının parlaq nəticəsidir.
Əbədi Birlik GİB-nin sədri Şahin Əliyev isə bildirib ki, bu layihənin məqsədi şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına mənəvi dəstək vermək, Vətən müharibəsində adını qızıl hərflərlə tarixə yazan hər bir gənci unutdurmamağa çalışmaqdır.

3 Fevral 2023-cü il tarixdə Qəbələ rayonunda başlanan layihə çərçivəsində şəhid ailələri və şəhidlərimizin məzarları ziyarət olunmuş, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində , Şirvan Bulqədirov adına Qəbələ rayon 5 saylı tam orta məktəbdə, Qəbələ rayon Nic qəsəbəsi 3 saylı tam orta məktəbdə parlaq Vətən müharibəsi zəfərindən sonra yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə polkovnik-leytenant Zavir Zərbəliyev və psixoloq Tahirə Əsgərovanın təlimləri keçirilmişdir. Belə bir layihənin həyata keçirilməsi üçün xüsusi dəstək göstərən Azərbaycan Respublikasının Prezident Administrasiyası, Azərbaycan Respublikasının Gənclər Fonduna, Elm və Təhsil Nazirliyinə, Qəbələ rayon İcra Hakimiyyətinə , Yeni Azərbaycan Partiyasının Qəbələ rayon Təşkilatına, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə, minnətdarlıq ifadə edilib.
Layihənin davamlılığı bundan sonrada bütün Respublikamızı əhatə edəcək.

19-02-2023, 08:16
ABŞ-da mühakimə edilən erməni terrorçuları dövlətin himayəsində.


ABŞ-da mühakimə edilən erməni terrorçuları dövlətin himayəsində.

Erməni terrorçusu Yanıkyanın Ermənistan dövləti tərəfindən himayə edilərək ordu qəbristanlığında dəfn edilməsinə etiraz edən şəhid diplomat Bahadır Demirin həyat yoldaşı Sina Baydurun 2 il sonra ABŞ prezidentlərinin 24 apreldə gerçəkləşən ən-ənəvi müraciətlərində adıçəkilən ölkənin dövlət başçısının soyqırım ifadəsini işlətməsi keçmiş səfirin etirazına səbəb olmuşdur.
Bundan sonra şəhid diplomat Bahadır Demirin həyat yoldaşı Sina Baydur (Demir) "Soyqırım “ ifadəsini işlədən ABŞ Prezidentinə açıq məktubla müraciət etdi. Sina Baydurun şəxsi həyatı ilə bağlı söylədiyi Bahadır və mən yeni evlənmişdik. O, 30 yaşında mən isə 26 yaşındaydım. Bir səhər onu yola saldım və sonra morqda soyuq paslanmayan polad bir masanın üzərində güllə dolu cəsədi ilə qarşılaşdım- bu fikirləri həyacansız oxumaq mümkün deyil.
Səməd Vəkilov,
Hüquqşünas


Hörmətli Co Bayden!
Mən Türkiyə Cümhuriyyəti Los Angeles Başkonsulun müavini vəzifəsini daşımış Bahadır Dəmirin dul qalmış həyat yoldaşıyam. Həyat yoldaşım 27 yanvar 1973-cü ildə Santa Barbarada erməni əsilli Amerikalı Qurgen Yanıkyan tərəfindən öldürüldü. Bahadır Dəmir və Başkonsul Mehmet Baydar hər ikisi bu sui-qəsdin qurbanı oldular. Bunlar, 1982-ci ildə Los Angeles Başkonsulu Kemal Arıkan və Boston Fəxri Başkonsulu Orhan Gündüzün də aralarında olduğu Amerikan torpaqlarında ermənilər tərəfindən öldürülən dörd Türk diplomatından ilkisidir.
Bahadır və mən yeni evlənmişdik. O, 30 yaşında mən isə 26 yaşındaydım. Bir səhər onu yola saldım və sonra morqda soyuq paslanmayan polad bir masanın üzərində güllə dolu cəsədi ilə qarşılaşdım.
Kaliforniya Əyaləti Santa Barbara Yüksək Maəhkəməsi , Q.Yanikianı ömürlük azadlıqdan məhrum etdi. Ancaq daha sonra 1984-cü ildə , eyni zamanda etnik bir erməni olan keçmiş Kaliforniya Valisi George Deukmejian, Q.Yanikianı serbəst buraxdı. Yaralanmaya yönəlik haqarət təqib edildi və Yanikyanın nəşi Ermenistana göndərildi və orada onu bir dövlət qəhrəmanı kimi dəfn edildi. Amerikan topraqlarında erməni terroru qurbanlarına yönəlik digər həqarətlər davam etdi. Bu il Los Angeles Əyalet hakiminin şərti azadlığa buraxılma qərarı verməsinin ardından Başkonsul Kemal Arıkana sui-qəsd etmiş Hampig Sassounian, vali Gavin Newsomun qərarına etiraz etməməyi ilə nəticələndi. Bundan sonra ABŞ höküməti onu federal cinayət suçlamasıyla yargılamamayı seçmiş gibi görünüyor. Böylece bir Türk diplomatı öldüren bir başka Ermeni terörist daha serbest kalır.
Sonra 24 aprel açıqlamanız gəldi, Hörmətli Prezident, Soyqırım cinayətinin işlənildiyini elan edərək tarixin ziddiyyətlərini və eyni zamanda münaqişlərdə öldürülən Osmanlı müsəlmanlarının həyatını tamamən görməzdən gələrək hadisəni belə səciyələndirməyinizlə daha çox insanın qəlbini qırdınız.
İstanbul Amerikan Kız Kolleci məzunuyam və uzun illər ABŞ-da işləmkdən zövq aldım. Ancaq ifadəniz Amerikan tərsi haqqında öyrəndiyim hər şeylə ziddiyət təşkil edirdi ədalət mühakiməsi hər kəs üçün hüquq bərabərliyinin təminatı olmalıdır.
Ofisinizin həqiqətə söykənən bir açıqlama verməsi üçün əsla çox gec deyildir. Lütfən ABŞ Yerevandakı Erməni İnqilab Federasiyası arxivlərinə xalqın çıxış imkanlarını təşviq edin. "Lütfən mühakimə zamanı Türk və Erməni olmaqla hər iki topluma da ədalətlə davranın. Bu, dostca yanaşmanın təməl prinsipidir. Bahadır, Yanikyanın gülələri ilə öldürülməmiş olsaydı müdafiə ediləcəyi bir şey var idisə o həqiqət ola bilərdi”

Hörmətlə: Mələk Sina Baydur,
4 may 2021-ci il
19-02-2023, 08:11
ANA DİLİMİZ GÜVƏNC YERİMİZDİR

ANA DİLİMİZ GÜVƏNC YERİMİZDİR
21 FEVRAL BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR.

Ana dili ana südüdür. Ana dilinin dadını-duzunu duymaq üçün, zənnimizcə, təhsilin, hansı peşənin sahibi olmağın fərqi yoxdur. Yüz illər boyu folklor incilərimizi – şifahi söz yatırımızı yaradan baba və nənələrimiz ən həssas, ən mahir ədəbiyyatçılarımız, dilçilərimiz olublar. Dil mənəvi sərvətimizdir, xalqı, milləti tanıdan əvəzsiz xəzinəmizdir. Min illərdən bəridir ki, el-obamıza, xalqımıza xidmət edir, ünsiyyətimizi yaradır, nəsillər arasında varislik körpüsüdür. Dilin keşiyində durmaq üçün ilk növbədə onu sevmək gərəkdir. Onu sevənlərin isə, hər şeydən öncə, mənəvi haqları olmalıdır. Dilə sevgidən başqa heç nə ummaq olmaz. Axı bu bizim ana dilimizdir, ruhumuzun tərcümanıdır. Dil uğrunda, onun yaşaması uğrunda çarpışmaq isə heç nə ilə əvəzedilməz xoşbəxtlikdir, fədakarlıqdır.
Dili göz bəbəyi kimi qorumaq gərəkdir. Dili qorumaq üçün gərək onun incəliklərinə bələd olasan. “Dövlət dili haqqında” qanunda deyilir ki, dilə qarşı açıq ya gizli formada təxribat aparmaq olmaz. Hərdən bəziləri fikirləşirlər ki, dilimizdir də, danışırıq. Bizə söyləyirlər ki, dünyada daha çox yayılmış dillər var. Ancaq bunu deyənlər ana dilimizin doğmalığını, zənginliyini dərindən dərk etmirlər, bəlkə də duymurlar. Dili sevmək vətənpərvərlik, yurdsevərlik tələb edir. Belə düşünməyənlər yalnız Vətənə sevgisi olmayanlar ola bilərlər. Elə xalqlar var ki, onların özünüifadəsi, mənəvi sərvətləri o qədər də zəngin deyil, kasıbdır. Hər şeydən əvvəl, bu həmin xalqların dillərinin qüdrətindən çox-çox asılıdır. Dilimizin qüdrəti, yenilməz gücü çox böyükdür. Bu, xüsusən şifahi xalq ədəbiyyatında əsrarəngiz ifadəsini tapıb. Zəngin xalqların həm təfəkkürü, həm də ki şifahi ədəbiyyatı təsəvvürəgəlməz dərinliyi ilə seçilir. Xalqımızın folkloru hədsiz dərəcədə geniş və əhatəlidir. Hələ bundan sonra çap ediləsi cild-cild dastanlarımız, nağıllarımız, bayatılarımız var. Şifahi ədəbiyyatımızın səviyyəsi dilimizin zənginliyinə ən böyük sübutdur. Dilimiz hədsiz dərəcədə zərifdir. Geniş imkanlara malikdir, asan anlaşılır, tələffüz zamanı problemlər yaranmır. Bir cəhəti də nəzərə çatdırım ki, dil təfəkkürlə bağlı olan məsələdir. Əgər bir xalqın təfəkkürü zəngindirsə, deməli, onun dili də zəngindir. Feillər, ümumən, türk dillərində çox zəngindir. Bu da bir növ hərəkətlə bağlıdır. Türk xalqları həmişə hərəkətdə olublar. Türklər həmişə böyük əraziləri fəth ediblər. Türk dillərinin zənginliyi, hər şeydən əvvəl, türklərin dünyagörüşünün zənginliyi ilə də bağlıdır. Dilin zənginliyi həm də xalqın müşahidə qabiliyyətinin zənginliyi deməkdir. Ən ustad yazıçının əsəri ona görə oxucular tərəfindən qəbul edilir ki, onun müşahidə qabiliyyəti hədsiz zəngin olur, Dilimizin ruhunda qətiyyətlilik var. Tarixin müəyyən dövrlərində ərəb, fars dilləri ana yurdumuzda hökmran dillər olublar. Adətən, imkanlı adamlar, hakimiyyətdə olan təbəqələr başqa dilləri öyrənməyə daha çox meyl ediblər. “Quran”ın ərəb dilində olması tədrisin də ərəbcə olmasına rəvac verib. Orta əsrlərdə ana dilimizdə məktəblər, universitetlər olmayıb. Dini təhsilə ərəb və fars dillərində üstünlük verilib. Azərbaycanın tanınmış şairləri, alimləri, eləcə də türk dünyasının ünlü şəxsiyyətləri əsrlərlə ərəb-fars dillərində yazmağa məcbur olublar, qismən də Azərbaycan dilində əsərlər yaradıblar. Əslində onların başqa çarələri də yox idi. Azərbaycanda ərəb xilafətinin hakimiyyətinə son qoyulandan sonra ana dilində yazmaq ənənəsi genişlənməyə başladı.
Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə burada daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Həmçinin aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində də yazıb-yaratmışlar. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın “Heydər babaya salam” poeması ana dilimizin bizə soraqlarını çatdıran ən gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən, insan yaşlı dövründə Vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, o, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; O zaman “Heydər babaya salam” poeması onun milli ruhunun izharı oldu. Tarix boyunca təəssüf ki, xalqımız birgə inkişafdan ayrı düşüb. Dilimiz də bu səbəbdən çox əzablar yaşayıb. Quzey Azərbaycanda rus və Avropa sözləri, Güney Azərbaycana isə fars sözlərinin təsiri güclü oldu. Bəlkə də dünyada ayrılıq sarıdan xalqımız qədər başı bəlalar çəkən bizim kimi başqa birxalq yoxdur. Bu gün Güney Azərbaycanda ana dilində məktəblər yoxdur. Ancaq İranda yaşayan çox az sayda ermənilərin məktəbləri, qəzetləri var. Güneydə ana dilimiz hər cür təhdidlərə məruz qalır. Xalqımızın dili orada məişət dili səviyyəsinə endirilib. Dilə qarşı laqeydlik ola bilməz. Əgər ana dilimizin keşiyində durmasaq, o zaman buradakı xaricilərdən dilimizə istənilən səviyyədə hörmət ummağa özümüzdə haqq tapmayacağıq.
Təəssüf ki, balalarını ingilis dilini, rus dilini bilmək yönündə oxudanlara bu gün Azərbaycanın bir çox ziyalılarının içərisində də rast gəlinir. Onlar dil öyrənməkdən söhbət düşəndə bunu balaları üçün “çörək ağacı” kimi, vəzifə pillələrində ucalmaq xatirinə bilərəkdən məqsədli şəkildə edirlər. Belələrinə cavabımız o olmalıdır ki, ilk növbədə ana dilimizi övladlarımıza öyrətməliyik, ona daha çox sayğı göstərməliyik, balalarımıza dilimizi cani-dildən sevdirməliyik. Bu məqsədlə də radio-televiziya kanalları ana dilimizdə daha çox millilikdən soraq verən verilişlər hazırlamalı, dilimizin hər mənada, hər səviyyədə başqa dillərdən üstünlüyünü göstərməlidirlər.
Bu gün dilimizdəki bəzi sözlərin yerinə ehtiyac olmadan xüsusilə rus, fars və ərəb sözlərinin işlənilməsi adət şəklini alıb. Son vaxtlar yarıazərbaycanca-rusca, eləcə də ingiliscə danışmaq dəb şəklini alıb: “Vaxtilə – ötən əsrin əvvəllərində Azərbaycan ziyalıları dilimizi bu sayaq şikəst edənlərə qarşı mübarizə aparırdılar. Şəhriyar “Türkün dili” adlı məşhur şeirini yazmışdı. Xəlil Rzanın “Laylam mənim, nərəm mənim”, “Mənim dilim” şeirləri hamının yadındadır. Həyata gözümü açandan, dünyanı anlayandan ana dilimi sevmişəm. Ana dilimiz həmişə məni sehirləyib, ovsunlayıb. Ağlım kəsəndən babamın, nənəmin, atamın, anamın doğma söhbətlərinə qulaq asmışam, onları böyük bir sevgiylə dinləmişəm. Bu söhbətlər çox zaman özüm də bilmədən ruhuma-qanıma keçib. Onların dilindən eşitdiyim şifahi xalq ədəbiyyatı nümunələri indi də yadımdan çıxmır. Bu o deməkdir ki, xalq ədəbiyyatının hikməti çox böyükdür. Dilimizdəki intonasiya zənginlikləri həmişə məni heyran edib. Uşaqlıqdan çalışmışam ki, savadlı danışam, yazam, nitqimi dilin normalarına uyğun şəkildə quram. Orta məktəbi qurtaran il ali məktəbə daxil olmuşam. Qarşıma qoyduğum məqsədə doğru addım-addım yol getmişəm. Elmin pillələrində addımlaya-addımlaya mənəvi yükün məsuliyyətini daha dərindən duymuşam, anlamışam. Bilmişəm ki, çiynimdə çox ağır bir yük var, bunun məsuliyyətini daim uca tutmuşam. Həyatımda doğru yol göstərən insanlar olub. Onları həmişə böyük bir sayğıyla xatırlayıram: ilk öncə atam-anama, daha sonra orta məktəb müəllimlərimə, elmin sirlərinin açarını mənə verən akademik Məmmədağa Şirəliyevə, akademik Ağamusa Axundova (allah onlara cənnət versin), habelə başqa həmkarlarıma sayğım böyükdür.
Sözümün sonunda demək istərdim ki, ona dilinizin norması pozulsa, dilə qarşı açıq, ya gizli hücum olsa, əsl alim ona qarşı biganə qalıb, reaksiyasız, sakitcə durub baxa bilməz. Baxırsan ki, biri dilində qəliz ərəb-fars sözləri işlədir, o biri yeri gəldi-gəlmədi Avropa sözləri, bir başqası isə rus sözləri işlədir. Bu danışılanlardan həftəbecər bir şey alınır. Mənliyini dərk etməyən adamdan ömründə tələb etmək olmaz ki, sən niyə bu dili korlayırsan? Yəni insan özünü şərəfli bir millətin nümayəndəsi kimi düşünmürsə, ona həmin sözü deməyin mənası nədir?

İSMAYIL MƏMMƏDLİ,

AMEA Nəsimi adına Dilçilik
İnstitutunun “Tətbiqi dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor
Azərbaycan Prezidenti Yanında
Dövlət Dil Komissiyasının üzvü

19-02-2023, 07:50
TERRORİZM ERMƏNİLƏRİN DÖVLƏT SİYASƏTİDİR.

1948-ci ildə Qaradəniz Eregil də doğulmuş Melek Sina Baydur orta təhsilini Üsküdar Amerikan Liseyində ali təhsilini isə İstanbul Universiteti İqtisad fakultəsində almışdır. O, Türkiyə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2001-2003-cü illərdə Xarici İşlər Nazirliyində Çox Tərəfli Mədəniyyət İşləri üzrə İdarə müdirinin müavini vəzifəsində çalışıb. Türkiyənin Bosniyada (03.01.2003-16.12.2005) və Sloveniyada (01.01.2006- 29.02. 2008) Sloveniyada səfir vəzifəsində çalışmışdır. 2008-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində Təhsil Mərkəzinin müdiri təyin edilib. 2010-2014-cü illər arasında YUNESCO-da Türkiyə Milli Komissiyasının rəhbəri vəzifəsində çalışmışdır. Onun siyasi yüklü məktublarını “Bütöv Azərbaycan”ın oxucularına təqdim edirik:

Hörmətlə,
Səməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin sədri


TERRORİZM ERMƏNİLƏRİN DÖVLƏT SİYASƏTİDİR.
ASALA-nın ruh atası Qurgen Yanıkyanın məzarının Ermənistana köçürülərək ordu məzarlığında təntənəli surətdə gömülməsi. 1973-cü ildə erməni terrorçu Q.Yanıkyan tərəfindən qətl edilmiş Türkiyənin Los Angelesdəki Başkonsulun müavini Bahdur Demirin həyat yoldaşı istefada olan səfir Melek Sina Baydur Ermənistan Prezidenti Armen Sarkisyana etiraz əlaməti olaraq yazdığı açıq məktub Erməni terrorizminin məhz dövlət siyasəti olmasının bariz nümunəsidir.
Şəhid diplomatın həyat yoldaşından Ermənistan Prezidentinə etiraz.
Melek Sina Baydur Hörmətli Prezident mətbuat vasitəsi ilə öyrənmiş olduğum bir xəbərdən duyduğum çaşqınlıq üzüntü və etirazımı diqqətinizə çatdırmağın vacib olduğunu düşünərək bu məkubu yazıram. Həyat yoldaşımın qatili olan və Santa Barbara Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı təqsirini boynuna alan “Yanikyan” adlı bir qatilin Ermənistanda ordu məzarlığında əskəri törənlə dəfn edilməsinə öz etirazımı bildirirəm.
AÇIQ MƏKTUB
Melek Sina Baydur: “Yerdə can verən iki insanı öldürən cani necə qəhrəman ola bilər?!”
“27 yanvar 1973-cü il tarixində ABŞ-ın Santa Barbara qəsəbəsində Q. Yanikyan adlı bir ABŞ vətəndaşı Türkiyə Cümhuriyyətinin Los Angeles Başkonsulu Mehmet Baydar ilə həyat yoldaşım olan konsul Bahadır Demiri əvvəlcədən hazırladığı bir plan çərçivəsində vəhşicəsinə öldürmüşdür. Hadisə ilə əlaqədar olaraq Santa Barbara Məhkəməsində baxılan məhkəmə prosesində Yanikian adlı cani təqsirini qəbul etmiş və ömürlük həbs cəzasına məhkum edilmişdir. Bu hadisə və məhkəmə haqında məlumatlı olduğunuzu düşünürəm.
Təəcübümə səbəb olan, məni üzən və bu açıq məktubu yazmağa məcbur edən isə bu şəxsin məzarının ölkənizin paytaxtına köçürülərək onun ordu məzarlığında dəfn edilməsidir. Mənim bildiyimə görə ordu məzarlığında ölkəsinin müdafiəsi zamanı həyatlarını itirən qəhrəmanlar üçün nəzərdə tutulmuş bir yerdir. Müdafiəsiz, sülhpərvər, günahsız iki diplomatı yalan söyləyərək cinayət törətmək üçün düşünülmüş bir yerə apraraq və onları öncədən hazırladığı silahla vuran və bundan sonra yerdə can verən iki insanın başlarının ortasından dayadığı silahla bir daha vuran şəxs necə qəhrəman sayıla bilər?

Ayrıca məhkəmədə məqsədinin başqalarına nümunə olduğunu bəyan edən bu şəxsi ittihamı müdafiə edən prokuror siyasi terror kimi qiymətləndirmişdir. Belə xəstə ruhlu cani bir adama qəhrəman obrazı geyindirməyin arxa planındakı məqsədinizin daxili və xarici siaysətdəki maraqlarınıza xidmət etdiyi açıq görsənməkdədir. Bu hadisənin dövrümüzün bəlası olan terrorizimin təşviq edilməsi düşünmürsünüzmü?
Hörmətli Prezident,
Mən istefada olan Səfirəm. Daxili siyasət mənim bildiyim bir sahə deyil. Amma ölkələr arasında mövcud problemlərin sülh yolu ilə həlli və ya gələcəkdə baş verə biləcək münaqişələrin qarşısının alınması üçün uğurlu xarici siyasət təmsilçisinin həm rəsmi dövlət orqanları qarşısında, həm də cəmiyyət qarşısında səy göstərməsinin zəruriliyini və vacibliyini çox yaxşı bilirəm.
Bir qatillə bağlı atılan bu addım iki qonşu ölkə arasında yarana biləcək sülhə kölgə sala bilər.
Məqsəd dostluq münasibətləri yaratmaq və möhkəmləndirmək deyilsə, yalnız incimiş insanlar qalır və ailələr birinci yerdədir. Ona görə də ailələr sizdən üzr istəməyinizi gözləmək hüququ var.
Hörmətlə, Sina Baydur
29 may 2019-cu il
18-02-2023, 00:38
O, kövrək qələmli, ciddi natiqdir


O, kövrək qələmli, ciddi natiqdir

Vəliyəddin müəllimlə tanışlığımızın, əslində, doğmalaşmağımızın tarixi bunlarla, qeyd etdiklərimlə bitmir. Onu kəlbəcərlilərin xeyir-şər məclislərində həmişə görmək olar. Bu da onun bir elin ağsaqqal ziyalısı kimi üzərinə düşən mənəvi borcun layiqincə yerinə yetirməsinin göstəricisidir.
2005-ci ildə Milli Məclisə seçkilər keçiriləndə hər ikimiz (yalnız ikimiz yox, bir neçə nəfər) də Kəlbəcər 123 saylı seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizədliyi irəli sürülən, Dədə Şəmşirin ocağında dünyaya göz açan, Qənbər müəllimin ata və müəllim tərbiyəsi ilə Azərbaycan ictimiyyəti üçün böyüyən Cavid Qurbonovun vəkillərindən idik. Ona görə də seçicilərlə namizədin görüşlərində birlikdə iştirak edirdik. O zaman bir daha Vəliyəddin müəllimin nitq mədəniyyətinin də şahidinə çevrildik.
Mətbuatla bağlı dəfələrlə polemikamız, fikir bölüşmələrimiz olur. Hər dəfə Vəliyəddin müəllimlə görüşüm bir tarixə və sonralar həmin məqamlar bədii-publisistik yazıya çevrilir. Vəliyyədin Misiroğlunun dövri mətbuatda dərc olunmuş silsilə məqalələrini, portret oçerklərini burada adbaad sıralamağa ehtiyac duymuram. Oxuduqlarım və yaddaşıma yazılan məqalələri az deyil. Demək olar ki, fikrimi öyrənmək üçün (əslində, bu, hər bir yazarın istəyidir ki, oxucu onun yaradıcılığına münasibət bildirsin) məqalələri dərc edilmiş qəzetləri oxuyub-oxumamağımla maraqlanıb. Üstündən sükutla keçib ki, görsün məqaləsini oxumuşm, ya yox. Təbii ki, bir-birindən fərqli üsub və formada qələmə aldığı maraqlı və oxunaqlı yazılarından sitatlar çəkəndə telefonun o başından xəfif bir təbəssüm hiss etmişəm. Əslində, peşəkar qələmdən çıxmış yazıların dadı-duzu, özünəməxsusluğu oxucusunu oxumağa səsləyir. Dədə Şəmşirlə bağlı xatirələri, Qənbər Şəmşiroğlu ilə Ələmdar Cabbarlının yaradıcılığına ayna tutması göstərir ki, Vəliyəddin Misiroğlu sanki həvəskar deyil, əslində, peşəkar, ədəbi-bədii sahənin mütəxəssislərindəndir.
Səssiz yubileylər silsiləsi və bir telefon zəngi
Bir qədər arxaya baxmalı oldum. Kəlbəcərlilərin ad günləri və yubileyləri daim dağlarda, bulaqların başında keçərdi. Kəlbəcərin işğalından sonra bu təmtəraqlı günlər də əlimizdən çıxdı. Ağdabanlı Qurbanın 150, Dədə Şəmşirin 110, 120, Qənbər Şəmşiroğlunun 70, 80 illik yubileylərinin təmtəraqdan uzaq qeyd edildiyi kimi, digərləri də bu əlamətdar tarixi günlərin fərqinə varmadılar. Bir haşiyə çıxaraq qeyd edim ki, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovun 60 illiyi də bax beləcə, səssiz-səmirsiz (sosial şəbəkədə gördüm ki, o, həmin gün ata-anasının məzarı üstündədır) keçdi və bir kimsə bilmədi.
Bu yaxınlarda mənə telefon açdı Vəliyəddin müəllim. Həmişə çıxış etdiyi qəzetlərin ikisinin adını çəkdi və soruşdu:
-“Bütöv Azərbaycan”la, “Kredo”nun hər sayını oxuyursanmı?
-Müntəzəm olmasa da, xəbərim olur,-dedim. Bir də soruşdu:
-Oxumamısız. Oxusaydınız, son saylarında dərc olunan məqalələrimdən xəbəriniz olardı.
Doğrudan da oxumamışdım. Səhvimi anlayıb elə həmin gün “Bütöv Azərbaycan”ın 29 yanvar 2014-cü il tarixli sayını alıb baxdım. Vəliyəddin Misiroğlunun qələmindən süzülən xatirələr yumağı məni kəlbəcərli günlərə qaytardı.
“Saz similə daranan tel” sərlövhəli məqalə - xalq şairi, sevimlimiz, Dədə Şəmşirin doğma balası kimi çox istədiyi, söz kəhkəşanının parlaq ulduzu Zəlimxan Yaqubla bağlı bir şirin xatirə həm də məni kövrəltdi... Şairin axşam ay işığına başını telli saza söykəyib Kəlbəcəri yuxuya verən dağlara layla çaldığını Vəliyəddin müəllim zərgər ustalığı ilə səsyazanın lentindən oxucu yaddaşına köçürmüşdü. Elə həmin məqalədə Vəliyəddin Misiroğlu yaradıcılıq nümunələrindən yeri gəldikcə istifadə edirdi. O, Zəlimxan müəllimin anası Güllü nənəni tele-ekrandan görüb, ona üz tutub yazdığı qoşmada deyir:
Nə gözəl nur yağır nur camalından,
Kəlmələr asmısan boyunbağından.
Oğlun Zəlimxanın qoşmalarından
Qurşaq vur belinə, ay Güllü ana.
Şair yaman coşub, göylərə qalxır,
Ulduzlu göylərdə ildırım çaxır.
Şimşək ayna tutub, Zəlimxan baxır,
Sığal ver telinə, ay Güllü ana.
Misiroğlu Borçalıdan hay çatıb,
Qaş qaralıb, toran düşüb, gün batıb.
Ana layla çalır, Zəlimxan yatıb,
El heyran dilinə, ay Güllü ana.
Dədə ocağının istisinə qızınan ürək

...Bu ocaqdan minlərlə kəlbəcərlinin nəinki könlünə-gözünə, ailəsinə pay düşdü. Bu pay əsasən mənəvi sərvətimiz olan məlhəm sözdür. Ağdabanlı Qurbanın söz bulağı qaynayıb-daşdıqca ondan “ovuc-ovuc” könlümüzə, gözümüzə səpdik. Vəliyəddin müəllim də bu ocaqda doğmalaradan biri kimi göründü gözə, dəyər verdi kəlməyə, sözə. Dədə Şəmşirin sağlığından başlayan bu ədəbi yolun yolçusuna çevrilən Vəliyəddin Misiroğlu bu gün də Qənbər Şəmşiroğlu ilə qoşa addımlayır, dərdləşir-sözləşir-şeirləşir.
Bir dəfə yarı-zarafat, yarı-ciddi dedim ki, siz vaxtilə peşə, sənət seçəndə səhvə yol vermisiz, yolunuz ədəbiyyata apardığı halda, səmtini dəyişib, istedadınızı azdırmağa çalışmısız. Amma ulu yaradan ömrünüzün hər səhifəsində bu “səhvinizi” düzəldib – sizi bizlərə əsl saz-söz adamı kimi tanıdır.
Güldü:
-Kəlbəcərdə doğulanların hansı bu qabiliyyətin yiyəsi deyil ki?! Bunu seçmirik, Tanrı verir, biz peşə-sənət sahibi ola bilərik, söz-saz, təb ilahinin qismətidir və hər bir kəlbəcərli bu qabiliyyətin yiyəsidir.
Doğru deyirdi. Səhv elədiyimi anladım. Qənbər Qurbanovla Vəliyəddin müəllim uzun illərin həm rəsmi, həm də qeyri-rəsmi iş yoldaşı (vəzifə başında), həm də ailə dostu, sirdaşı olublar. Bundan sonra da davam edər inşallah! Qənbər müəllim 2008-ci il yanvar ayının 28-də Moskvada, Kreml xəstəxanasında müalicə olunarkən dostlarını bir-bir qərib gecələrinin xəyali qonağı edir. Amma Vəliyəddin Misiroğluna, özü dediyi kimi, 50 illik dostuna xüsusi olaraq uzun bir məktub-xatirə yazır. Təbii ki, arada şeirə də müraciət edir.
Vəliyəddin Misiroğlu da dostuna-sirdaşına borclu qalmır. Dostların belə məktub-deyişmələri az olmayıb. Onlardan birini də Vəliyəddin müəllim Qənbər Şəmşiroğlunun 75 illiyinə yazdığıdır. “Hanı Qənbər?” rədifli qoşmasında müəllif ötənlərə-itənlərə qayıdır, dosta təsəlli olsun deyə səbr diləyir, əlbəttə, poetik sözdən və qələmindən yapışmaqla:
Niyə gileylənib deyirsən ömrün
Dayazmış dəryası, ümmanı, Qənbər?!
Varlığa yox deyib yaşıyanların
Qalarmı sabaha gümanı, Qənbər?!
Niyə kövrəldirsən dostu-tanışı,
Axı, sən mətinsən, deyilsən naşı.
Bəhanə gətirmə yetmiş beş yaşı,
İtirmə ömürə inamı, Qənbər.
Şəmşiroğlu, heç qınama fələyi,
Doğulanda bələyibdir bələyi.
Ömürə qurub min oyunu, kələyi,
Ha danla, ha qına, ha yanı, Qənbər.
Yeri varmı bu təhnizin, gileyin,
Arxaya bax, nəyin qalıb, gör nəyin?!
Vəfalı dilbərlə ömür sürməyin,
Sən demə, bəs imiş hər anı, Qənbər.
Misiroğlu, dostuna ver təskinlik,
Nəyə lazım ya bədbinlik, küsgünlük.
Əzəl gündən bu dünyadır “beş günlük”,
Atamız, anamız bəs hanı, Qənbər?!
Qara telefonun hay-harayı,yaxud “dosta zəng”

Doğrudan da bəzən (əsasən də təcili lazım olanda) dostun telefonuna zəng çatmayanda qalırsan əl-amanda. Qəlbinə qara-qura fikirlər dolur. Rahatlıq tapmırsan. Bir neçə dəfə bununla bağlı Vəliyəddin müəllimin tənbehedici gileylərini eşitmişəm.
Xeyli vaxt idi Qənbər müəllimlə, heç olmasa, telefon əlaqəsi saxlaya bilməyən Vəliyəddin Misiroğlu “dosta zəng” zarafatını yadına salır. Aprelin 2-də nə qədər zəng çalsa da, Qənbər müəllim telefona cavab vermir. (Axı, o gün kəlbəcərlilərin nə gözləri yer-göy görür, nə də qulaqları xoş söz eşidir. 28 il idi ki, kəlbəcərlilər bu qara təqvimin ağrısını yaşayırdı. O gün Qənbər müəllimin də telefonu susub yəqin-M.N.) Təkrar yığanda isə “bu nömrəyə zəng çatmır”, yaxud “telefon ya söndürülmüşdür, ya da əhatə dairəsindən kənardır”- eşidir. Qanı qaralan dostun gümanı sözə gəlir. Götürüb Qənbər müəllimə belə bir qoşma qoşur:
Bağlama, a qardaş, bağlama görək,
Tutulub-açılan qara telfonu.
Zəngim haray salır, səni çağırır,
Bağlayıb qoymusan hara telfonu?!
Kiminin qolundan tutub qaldırır,
Kimiyə “Kərəmi”, “Cəngi” çaldırır.
Kimini nəzərdən, gözdən saldırır,
Qoymursan yetişə kara telfonu.
Vəlyəddin demir ki, hər an eşitsin,
Ya da “söndürülüb”- yalan eşitsin.
Sən Allah, açıq qoy, qalan eşitsin,
Ürəyi bağlamış yara telfonu.
“Dərdi dizinin üstə böyüdən şair...”

Bu da Vəliyəddin Misiroğlunun gənc şair Ələmdar Cabbarlının bədii yaradıcılığına ayna tutduğu yazının sərlövhəsi. Bu yazının adi oxucu qələmindən çıxması inandırıcı deyil. İlk cümlələrdən qələm sahibinin publisist düşüncələri özünü göstərməkdədir: “Dərd həmişə ağır olub... istər batmanla gəlsin, istərsə də misqalla... Deməli, dərdin ölçüsü yoxdur, dərd dərddir. Amma dərdin tamı var... Şair Bəhmən Vətənoğlu bir beytində deyirdi:
“Əzizim, dərdə tamı,
Dərd verər dərdə tamı”.

Deməli, dərdə tamı dərd verir. Bəs dərdin çarəsizi, ölənə qədər tamı zəhər dadanı hansıdır? Bu çarəsiz dərd Vətən dərdi, torpaq həsrəti, yurd göynərtisiymiş... Sən demə, çarəsiz qalanda dərd özü də ağlayarmış”.
Müəllif burada artıq ədəbi tənqiddən xəbərdar tənqidçi kimi çıxış edərək, şairin poeziyasına münasibət bildirir: “Ələmdar Cabbarlı şeirlərinə sözün bülbülünü qonaq eləyir və misralarına qaranquş qanadı taxır:
- Yaranandan azad deyil,
Çəkiləsi əzab deyil.
Sürünməsən - az-zad deyil,
Yaşasan - çoxdu bu ömür.

Əslində, Vəliyəddin müəllimin bir ziyalı dost kimi haqqında nə isə demək istədiyim halda, deyəsən, onun ömür yolunu vərəqlədim. Ötəri baxdığımız hər səhifədə onun necə bir ictimaiyyətçi, alicənab, vətənpərvər olması ilə yanaşı, könlünü sözə bağladığını da hiss elədik. Qısası, Vəliyəddin Misiroğlunun düzüb-qoşduğu söz, bənd, misra, beyt, bütöv şeirlər ustad Məmməd Aslanın duyğularını incitmirsə, hətta ona poetik cavablar da verirsə, demək, onun barəsində yazmağa dəyər. Ona görə də Vəliyəddin Misiroğlunun bu poetik dünyasına boylanası, orada görüb oxuduqlarımdan nümunələr göstərməklə fikrimə ayna tutmaq istərdim. Məmməd Aslana yazır:
Sən şairsən qundağından çıxandan,
Günəş kimi dan yerindən baxandan.
Misiroğlu düz yapışıb yaxandan,
Ağlayan elimin bəsisən, Məmməd,
Dərdli Kəlbəcərin səsisən, Məmməd!
Bir ömür yaşadım min ömür qədər...
Min ömür nə verdi bir ömür qədər?!
Deyirlər ki, ömür yaman şirindi,
Şirinlik təkcəcə daddımı, oğul?!
Dünyanı duymadan ömür yaşayan
Ömürün tamınnan daddımı, oğul?!

Şair ömrün dəyərliliyini yaşanan günlərin, illərin çoxluğu ilə ölçmür. Görülən işlər, əməllər hər bir insanın həyatda qoyduğu iz, vətəninə, xalqına sadiqlik onun ömür ölçüsüdür. Ömrü sürünməklə yox, şərəflə yaşaya-yaşaya başa vurmaq lazımdır. Torpaqlarımızın azadlığı uğrunda cavan ömrünü fəda vermiş milli qəhrəmanlarımız, gənc alimlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz və şairin özü kimi gənc yazarlarımız ləyaqətli ömür yaşayanların nümunəsidir”.
Vəyiyəddin müəllimin Kəlbəcərdən uzaqlarda təmtəraqdan çox uzaq yubileyinə dağ çiçəklərinin ərtini verməsə də, qoşma sovqatını könlümün duyğuları ilə sulayıb cücərtdim ki, həmişə təzə-tər qalsın:
Ömrün zirvəsinə, ay Misiroğlu,
Kaş, o dağlarda çata biləydik.
Dərib dağçiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu xata biləydik,
Yubileyə dağlarda çata biləydik.
Çəkəmmədik Kəlbəcərin nazını,
Çalammadıq Dədə Şəmşir sazını.
Məhəmmədə yazdıranda yazını,
Kəlbəcər ruhunu tuta biləydik,
Yubileyə dağlarda çata biləydik.


Məhəmməd NƏRİMANOĞLU
Bakı, 10 fevral 2023-cü il

17-02-2023, 07:33
Kədərə açılan səhər


Kədərə açılan səhər

Türkiyə. Tarix: 06.02.2023. Saat: 04:17-ni göstərir. Hər kəs illərdi onları
qoruyan evlərinin saniyələr sonra onlar üçün məzar olacağından xəbərsiz şirin
yuxuda idi. Ardından binaların yıxılmasıyla birlikdə dağıntılar altında qalan
insanların vahiməli səsləri şəhəri bürüdü. Sanki dünyada cəhənnəmi
yaşayırdılar. Bəzi şanslılar faciədən xilas olsa da, bir çox insan dağıntılar altında
həyatda qalmaq uğrunda mübarizə aparırdı. 1999-cı ildə İstanbulda baş verən
zəlzələdən daha dəhşətlisi, daha qanlısı yenidən daha baş verirdi.
Zəlzələ 17 şəhərdə: Gaziantep, Malatya, Batman, Bingöl, Elazığ, Kilis,
Diyarbakır, Mardin, Siirt, Şırnak, Van, Muş, Bitlis, Hakkari, Adana, Osmaniyə,
Hatayda qeydə alındı. Silkələnmənin ən dəhşətli mənzərəsi isə 10 şəhərdə
Kahramanmaraş, Hatay, Adıyaman, Malatya, Diyarbakır, Gaziantep, Şanlıurfa,
Adana, Osmaniyə və Kilisdə yaşandı.
Son məlumatlara görə 35.000-dən çox insan vəfat edib, 100 mindən çox
insan yaralanıb.
Axtarış-xilas etmə işləri davam etdiyindən ölən və yaralıların
sayının artacağı istisna olunmur. Vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa
arzu edirik.
Bu faciədən sonra prezident Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 7 günlük
matəm elan etdi. Türkiyəyə yardım etmək üçün Azərbaycan başda olmaqla 40-
dan çox ölkə səfərbər oldu. Bu günə qədər Azərbaycanlı xilasedicilər dağıntılar
altından 51-dən çox insan xilas etdi. Azərbaycanda ölkə üzrə bütün musiqili şou
proqramlarının verilməsi dayandırıldı. Həm dövlət, həm də millət olaraq
sevincli, kədərili günümüzdə yanımızda olan qardaş Türkiyənin hər zaman
yanındayıq. Biz qəlbləri bir döyünən xalqıq.
Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.

Qardaş Türkiyənin həm maddi, həm də mənəvi cəhətdən hər zaman qeyd-
şərtsiz yanındayıq!
Zəlzələnin nə qədər böyük olduğunu vurğulamaq üçün xarici elm
adamlarından olan professor Carlo Doglioni- İtalya Milli geofizika və
Volkanoloji institutunun rəhbərinin dediklərinə nəzər yetirmək istəyirəm:
“2016-da İtalyada baş verən zəlzələyə görə 130 qat daha böyük bir enerji var.”
Tanrı Türkə yar olsun!
Haciyeva Aytac Sənan qızı
BDU jurnalistika fakültəsinin birinci kurs tələbəsi
17-02-2023, 07:08
MƏNİM GÖZƏL TÜRKİYƏM

MƏNİM GÖZƏL TÜRKİYƏM

Bütün dünya bilir ki,
Sənin bayrağın enməz!
Bağrını min dərd sarsın,
Türk sarsılar, əyilməz!
Ey əziz qardaş ölkə,
Mənim gözəl Türkiyəm!
Sənə göz dəydi, nədi?!
Bəlkə mələklər deyə,
Bu nə tale, nə bəxtdi?!
Allah özü qorusun
Səni bu imtahandan!
Zəlzələlər, yanğınlar
Qoy əl çəksin yaxandan!
Axı, dünənə kimi
Dünya səni anırdı,
Görüb xoş növrağını,
Sevib xoş məramını
Qoynuna can atırdı.
Səfalı yaylaqların,
Çölün, çəmənin, bağın,
Dənizlərin, cayların
Aləmə "Gəl!" deyirdi.
Nə oldu birdən- birə
Fələyin çərxi çöndü?!
Ğül-çiçəkli Türkiyə
Bir gecənin içində
Qorxunc kabusa döndü?!
Bu bəla hardan gəldi,
Bu külək hardan əsdi?!
Yer yerindən oynadı,
Anaların fəryadı,
Balaların imdadı
Ucaldı, ərşə qalxdı.
Gözəl evlər, binalar
Yerin dibinə çökdü.
Xoşbəxt yurdlar, yuvalar
Xarabalığa döndü.
Vallah, belə zor olmaz,
Türkün bəxti kor olmaz!
Gözlərim qan ağlayır
Bu halını görüncə,
Mənim gözəl Türkiyəm!
Sənə qıcanan dişlər,
Sənə uzanan dillər,
Xain əllər, xəbislər,
Daha kimlər, kimsələr
Hələ az imiş, sanki--
Bir dərd də...heçdən gəldi,
Ğöydən, ya yerdən gəldi?!
Mənim gözəl Türkiyəm,
Dost qəlbi kövrək olar.
Səni məyus görəndə
Ürək alışar, yanar.
Eşit, gözəl Türkiyəm:
Sənin dərdin-- dərdimiz,
Kədərin-- kədərimiz!
Hər dəqiqə, hər bir an
Yanındayıq sənin biz!
İnşallah, tez sağalar
Yaraların, Türkiyə!
Təki, başın sağ olsun,
Tanrı türkü qorusun!
Qoy yaşasın, var olsun
Bu dostluq, bu qardaşlıq,
Azərbaycan-- Türkiyə!!!
Mirzə Yusif
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!