İsrail Tehran əhalisinə çağırış etdi: bu əraziləri tərk edin! .....                        İrandan Azərbaycana 917 nəfər təxliyə edilib - 204-ü öz vətəndaşımızdır .....                        İordaniya hava məkanını yenidən açdı .....                        İran gərginliyi: İsrail yüzlərlə həkimi geri çağırır .....                        Deputatın şirkətinə protokol yazıldı .....                        Bağlanan özəl universitetin binası BDU-ya verildi .....                        Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu - FOTO .....                        Qazaxıstan da vətəndaşlarını Yaxın Şərqdən çıxırır .....                        Bu küçədə hərəkət məhdudlaşdırılacaq .....                       
Tarix : 24-09-2021, 19:11
İranla ticarət kəskin AZALIB - SƏBƏB

“Iran ilə ticarət dövriyyəmiz 2018-ci ildə 446 milyon, 2019-cu ildə 493 milyon, ötən il isə 339 milyon dollar olub. Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 31,3 faiz azalıb. Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 1,4 faizindən azını təşkil edir”.
Butov.az xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə İrandan illik idxalın həcmi isə 300 milyon dollardır. Bu o deməkdir ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu İranın Azərbaycana ixracatı üzərində qurulub:
“İranla ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə, bu ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək. İrandan idxalın azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsir olmamalıdır.
Azərbaycanın illik 2 milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi İranın hesabına formalaşır. Ötən il İrandan 23.6 milyon dollar dəyərində kartof, 9.8 milyon dollar təzə meyvə, 8.7 milyon dollar təzə tərəvəz, 13.0 milyon dollara yaxın şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollar çörək və un məmulatları, 1.9 milyon dollar süd və qaymaq, 1.5 milon dollar balıq, 1.4 milyon dollar şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları idxal etmişik”.
Deputatın fikirncə, idxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur, ona görə də idxal asıllığı yaranmır.


Paylaş



Bölmə: Sosial şəbəkələr / İqtisadiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!