Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı .....                        Big Ben-ə çıxan fəal həbs edildi .....                        Suriyada qaz elektrik stansiyasında növbəti qarşıdurma .....                        Kolumbiyada torpaq sürüşməsi - Ölən var .....                        Kolumbiyada torpaq sürüşməsi - Ölən var .....                        İsraildən Qəzzaya növbəti zərbələr .....                        Ağ Ev yaxınlığında atışma .....                        ABŞ Ukraynaya yardımı bərpa etməyəcək - İDDİA .....                        DİN-dən xəbərdarlıq - Təhlükəli sahələrə daxil olmayın! .....                       
Tarix : 26-09-2021, 12:37
Elxan Şahinoğlu:  İndi güzəşt növbəsi Vladimir Putinindir.

Rusiya prezidenti Vladimir Putin ölkəsini dəmir əllə idarə edir. Misal üçün Krım məhz Putinin istəyi və əmri əsasında Ukraynadan qopardıldı, Rusiyanın başqa rəsmisi ona demədi ki, bunu etmək olmaz, qardaş dövlət, o cümlədən Qərblə üz-üzə qalacağıq. Putin dedi, əmr yerinə yetirildi. Eyni sözləri Qarabağ üçün də şamil etmək olar.
Vladimir Putin müharibə günlərində Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında vasitəçi olmasaydı, Azərbaycan ordusu Şuşadan sonra Xankəndin(y)ə enəcəkdi, digər istiqamətlərdəki erməni separatçıları mühasirəyə düşüb məhv ediləcəkdi və bununla biz 200 illik problemdən birdəfəlik qurtulacaqdıq. Güzəştə getdik. İndi güzəşt növbəsi Vladimir Putinindir.
Rusiya prezidenti birincisi, Laçın dəhlizində Azərbaycan sərhədçilərinin və gömrük xidmətinin yerləşməsinə razılaşır, ikincisi Qarabağdakı erməni separatçılarının tərksilahını təmin edir, üçüncüsü 4 ildən sonra rusiyalı hərbçilərin bölgəni tərk etməsinə və Xankəndi üzərində Azərbaycan bayrağının dalğalanmasına, qanunlarımızın bu bölgədə də təminatına əngəl olmur. Bu bizim üçün ən optimal variant olardı. Ancaq bu Rusiyanın ənənəvi siyasətinə və Putinin xarakterinə ziddir.
Buna baxmayaraq, Azərbaycan Türkiyə ilə birgə Putini reallıqları qəbul etməyə məcbur edə bilər. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bir neçə gündən sonra Soçidə Vladimir Putinlə görüşəcək. Mövzular çoxdur, Qarabağla bağlı da fikir mübadiləsi olacaq. Faktiki Ermənistanla Türkiyə arasında hələlik aşağı səviyyədə dialoq başlayıb, müharibədən sonra ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşüblər. Rusiyadakı siyasi və hərbi mərkəzlər İrəvanı təxrirabtçı mövqeyində dayanmağa sövq etməsələr, regional barış üçün fürsətlər açıla bilər. Putini inandırmaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması, o cümlədən Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Rusiyanın maraqları əleyhinə deyil. 2008-ci ildə Cənubi Osetiyanı və Abxaziyanı Gürcüstandan, 2014-cü ildə Krımı və Donbassın bir hissəsini Ukraynadan qoparan Putin Azərbaycanın timsalında fərqli addım atsa qazanar, sadəcə bu qərarı verməyə daxilən hazır olmalıdır.


Paylaş



Bölmə: Sosial şəbəkələr / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!