CHP-də qalmaqallı istefa .....                        Almaniyada Rusiya kabusu - casusluq artıb .....                        Altı ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq .....                        Hikmət Hacıyevlə Qriqoryan eyni studiyada müsahibə verdilər .....                        Azərbaycanda ZƏLZƏLƏ oldu .....                        Tramp Zelenskiyə bir neçə gün vaxt verdi .....                        Prezidentin Slovakiyaya səfəri başa çatdı .....                        Mən həmişə seçkilərə hazıram - Zelenski .....                        Türkiyənin tanınmış jurnalisti saxlanıldı .....                       
Tarix : 23-08-2017, 12:10
İctimai Birlik rəhbəri təhdid edilir


Butov.az xəbər verir ki, şəhid anası Sultan İlhasova ilə bağlı həyəcan təbili çalan "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin rəhbəri Mətanət Əsgərqızı öz feysbuk (Facebook) sosial şəbəkəsində diqqətimizi çəkən məlumat paylaşıb. Həmin məlumatı ictimailəşməsinin lazım olduğunu düşünüb təqdim edirik və inanırıq ki, QHT rəhbəri dəstəyini əsirgəməyəcək:

"İki gündür Səma Əliyeva adlı bir qız burada mənimlə yazışır. Deyir ki, Sultan ana ilə bağlı deyilən faktlar doğru deyil. Məni dəfələrlə günahlandırır ki, gərək faktları araşdıraydım. Ən böyük fakt Sultan ananın yaşadığı ortamdır. Bir sürü məsələni tökdü ortaya, Sultan ananın Səyyaf adlı oğlundan tutmuş, onun əl açıb məcburi diləndirilməyinə qədər. Çox məsələlər var. Amma hər nə məsələ olsa da bir şəhid anasının ortalıqda qalması, evsiz qalması heç nəyi dəyişmir. Və o xanım deyir ki, olan hadisələri videoya çəkib. O, Səyyafı da məni də biyabır edəcək ki, mən yalan danışmışam. Görəsən Sultan ananın dilənməyindən, evsiz olmağından böyük fakt nə ola bilər? Və o xanım deyir ki, saytlara çıxacağıq, sizi biyabır edəcəyik. Vallah "zəhmətkeş məktubları" təşkil edənlərin maşaları hər şey edər. Çünki mən deyirəm ki, cənab İlham Əliyevi, birinci vitse-prezident Mehriban Əliyevanı aldadırlar. Əli Həsənov nəvəsinə var-dövlət toplayıb belə ailələri unudub. Kəlbəcər və digər rayonların icra başçıları vətəndaşları taleyin ümidinə qoyublar. Cavid Qurbanovun adamları şəhid ailəsini təhdid edir.

Mən deyirəm ki, xaricdən milyonlar tökdülər, müxalifət xalqı başqa istiqamətə yönəldə bilmədilər, amma gələn il seçki ilidir, məmurlar xalqı hakimiyyətdən narazı salırlar. Və həmin məmurlar faktlarımız qarşısında iş görmək əvəzinə Səma xanım kimi bir gənci gizli video çəkməyə yönəldirlər... Amma hansı faktlar ortaya qoyulmağından asılı olmayaraq gizli video çəkmək cinayət əməlidir. Belə insanlar qanun qarşısında cavab verməli olarlar. Məmurlara isə son sözüm odur ki, insanları üstümüzə qaldırmaq, “zəhmətkeş məktubları” təşkil etmək əvəzinə ölkə rəhbərinə sədaqətli olun, iş görün, şantajla məşğul olmayın. Xalq sizin hər sifətinizi yaxşı tanıyır! Təbiidir ki, hamı də mənim Dövlətimə, cənab İlham Əliyevə sədaqətimi bilir... Alınmayacaq. Sadəcə onların maşasına çevrilən insanlara belə şeylərdən çəkinin deyirəm. Bunlar tarix olacaq. Elə olsun ki, nəsliniz bir zaman bunlardan utanmasın".


Paylaş



Bölmə: Sosial şəbəkələr / Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!