Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 22-08-2017, 11:44
Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti xanım Mehriban Əliyevaya AÇIQ MƏKTUB


Butov.az xəbər verir ki, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya AÇIQ MƏKTUB yazıb. Həmin məktubu Mətanət xanımın öz feysbuk (Facebook) sosial şəbəkəsində paylaşdığı kimi təqdim edirik:

Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti xanım Mehriban Əliyevaya


AÇIQ MƏKTUB

Hörmətli Mehriban xanım,
Bu günlərdə "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi Sizə şəhid Xalıq Əzizzadənin bank borcu məsələsinə görə bir minnətdarlıq məktubu göndərdi. Siz o şəhid ailəsinə dəstək oldunuz. Bununla bir daha bəyan etdiniz ki, şəhid və məcburi köçkün ailələri ölkəmiz üçün dəyərlidirlər və hər zaman dövlətimizin himayəsindədirlər. Bu həm də bəzi məmurlara bir mesaj idi.
Dəyərli Mehriban xanım, lakin görünən odur ki, sizin sərgilədiyiniz bu nəcib hərəkət, hər müşavirədə cənab İlham Əliyevin "məmurlar təvazökar olmalıdırlar, xalqa xidmət etməlidirlər" sözləri onlara təsir etmir. Belə olmasa Kəlbəcərdən olan şəhid anası əl açıb dilənməz. Sultan Bəylərqızı İlyasovanın oğlu şəhid olub. Onun meyidi belə ələ gəlməyib. Ana bir məzar tapmır ki, oğlunu ağlasın. O dərddən də betər bu ailənin səhralıqda susuz bir tövlədə yaşamasıdır. "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi şəhid anasını dilənərkən tapdı. Məsələni ictimailəşdirdik ki, ona yiyə duran olsun. Lakin ailənin həm də qara günləri başladı. İstər Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı, istərsə də deputat Cavid Qurbanovun adamları ailəni hədələmək, polislə təhdid etməyə başladılar. Sultan ananın yaşadığı yeri tapdıq. Gözlər görməsin, amma heç inanmazdım ki, bir şəhid ailəsi belə məhrumiyyətlərdə yaşasın. Canlı video paylaşdıq. O video sosial şəbəkələrdə 100 minlərlə səs topladı. Hər kəs kömək əlini uzatmaq istədi. Lakin İctimai Birlik olaraq biz də dövlətimizdən gələcək yardımı gözlədik. Amma əvəzində yenə şəhid ailəsi polislə təhdid olunmağa başladı ki, niyə Əli Həsənovun, Cavid Qurbanovun və digər məmurların adları çəkilir.

Hörmətli Mehriban xanım, ötən həftə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov imkansız ailəni, xəstə şəhid anasını Gəncəyə çağırtdırıb ki, niyə şikayət edirsiz. Polislə təhdid ediblər. Bu adamlardan hər şey gözləmək olar.
Biz dövlətimizin, dövlət başçılarımızın cənab İlham Əliyevin və sizin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanındayıq. Ulu öndər Heydər Əliyevin kursunun davamçıları olan siz onun silahdaşlarısınız. O, hər zaman həssas qruplardan olan insanlara çox diqqətlə yanaşırdı. Siz də bu yolu davam etdirirsiniz. Qaçqın, məcburi-köçkünlər, şəhid ailələri, müharibə veteranları və əllilləri üçün çoxlu işlər görülüb. Amma bilirik ki, bu işlərin yüksək səviyyədə aparılması üçün məmurlar işlərinə vicdanla yanaşmalıdırlar. Lakin xalq belə məmurlardan məhrumdur. Bu məmurların zorakılığından doyub. Şəhid anası mənə sual verir ki, qanından erməni qarışığı olan anası, nənəsi, arvadı erməni olan bu məmurlar oğlum onlara güllə atdığınamı görə bizim ailəni cəzalandırırlar. Bu suala cavab tapa bilmirəm...

Hörmətli Mehriban xanım, bu vəziyyətdə yaşayan şəhid və məcburi köçkün ailələri çoxdur. Lakin məmurlar Sizə və cənab İlham Əliyevə yalan məlumatlar verirlər. Adlarını qeyd etdiyim şəxslərin problemlərini həll etmək əvəzinə şantajla, təhdidlə məşğuldurlar. 2017-ci ilin fevralında şəhid olmuş 5 kəşfiyyatçımızdan biri Zülfü Qədimovun ailəsi Beyləqan rayonunda tövlədə yaşayır. Ailə Ağdamdan məcburi köçkündür. Lakin nə Qaçqınkom Əli Həsənovun, nə Səlim Müslümovun, nə də Ağdam Rayon və Beyləqan Rayon İcra Hakimiyyəti Başçılarının bu ailənin varlığından xəbərləri yoxdur. O tövlənin üzərindəki Azərbaycan Bayrağını görsəniz!

Afət Xanış qızı Rzayeva Laçından olan məcburi köçkündür. Həyat yoldaşı Şahin Əhməd oğlu Əhmədov 1992-ci ildə şəhid olub. Şəhidin ailəsi o zaman Ali Sovet tərəfindən boş evə yerləşdirilib. 1996-ci ildə isə həmin evi Binəqədi rayonunda Gədəbəydən olan vətəndaşın adına sənədləşdiriblər. 2017-ci ilin iyul ayında Afət Rzayeva işdə olarkən məhkəmə icraçıları gələrək qapını sındırıb, onun əmlakını daşıyıblar. İndi Afət Rzayeva şəhidin yadigarı olan bircə oğlu ilə küçələrdə qalıb. Nə Laçın rayon İcra Hakimiyyətinin başçısı, nə də Qaçqınkom Əli Həsənov bu ailə ilə maraqlanmır. Afaq Rzayeva deyir ki, ağır durumda olan bir qohumuma kömək etmişəm. Onlar övladlarını evləndirmək istəyirdilər. Ev yox idi. Mənim adıma ipoteka ilə oğullarına ev götürdülər. İndi evləndiriblər, ailə həmin mənzildə yaşayır. Bunu hamı bilir, Qaçqınkom da həmçinin. Bunu bəhanə gətirib məni heç hara yerləşdirmirlər.

Hörmətli Mehriban xanım, qeyd etdiyim siyahıları uzada bilərəm. Dövlətin etibar etdiyi, cənab İlham Əliyevin etimadını doğrultmayaraq tutduğu postda özünə milyonlar yığan məmurların, xüsusi ilə bu ailələrin dramının səbəkarları Kəlbəcər, Bərdə, Ağdam, Beyləqan, Laçın rayon İcra Hakimiyyətlərinin başçılarının, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun, Baş nazirin müavini, Dövlət Qaçqınkomun sədri Əli Həsənovun, qeyd etdiyim rayonların millət vəkillərinin ayağının altından torpaq qaçmalıdır.

Bu şəxslər görün nə qədər işlərini bacarmırlar ki, şəhid ailələrinin problemlərini təcili həll etmək əvəzinə "zəhmətkeş" məktubları, ağsaqqalların müraciətlərini təşkil edirlər. Dövlətə qarşı təxribatı məhz bu məmurlar törədir. Xaricdən maliyyələşərək ölkədə narazı mühit formalaşdırmaq istəyən müxalifətin və digər qrupların xalqda narazılıq yaratmağı bacarmadığını belə məmurlar etdilər. İnsanları dövlətdən narazı saldılar. Gələn il seçki ilidir. Həssas qruplardan olan insanların problemlərini həll etmək əvəzinə onları dövlətdən narazı salaraq hakimiyyətə qarşı çevirənlər əslində, cənab İlham Əliyevə və Sizə xəyanət etmiş olurlar. Nəhayət, belə məmurlara durun deyin!

Dəyərli Mehriban xanım, şəhid ailəsi təhdid olunursa, bu məsələləri ictimailəşdirən mənim də demək, həyatım təhlükədədir. Sizdən və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevdən xahiş edirəm, kəlbəcərli şəhid ailəsinin, mənim və ailəmin təhlükəsizliyini təmin edəsiniz, qeyd etdiyim məsələlərlə bağlı şəhid ailələrini himayənizə götürəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə,
"Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı


Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti xanım Mehriban Əliyevaya AÇIQ MƏKTUB


Paylaş



Bölmə: Sosial şəbəkələr / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!