İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 18-05-2016, 17:11
“”Qızıl amnistiya” istəyirəm”



Mirvari Qəhrəmanlı: “İstəmirəm desinlər ki, eh, bu nə amnistiya idi, heç bura siyasi məhbus salınmadı?! ”
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. Artıq neçə gündür ki, bununla bağlı müzakirələr gedir. Maraqlıdır, amnistiya aktı kimlərə şamil olunacaq, siyasi və vicdan məhbusları da bu siyahıda yer alacaqlarmı?


Butov.az xəbər verir ki, FaktXeber.com məsələ ilə əlaqədar tanınmış hüquq müdafiəçi Mirvari Qəhrəmanlıdan münasibət öyrənib.

Hüquq müdafiəçisi ilk olaraq bildirdi ki, həmişə bu və ya digər motivlərlə həbs olunan məhbusların ailələrini və vəkillərini qınayır: “Daim qeyd eləmişəm ki, siyasi məhbus termini üçün Avropa Şurasının, Beynəlxalq Amnistiya təşkilatının müəyyən kriteriyaları var. Siyasi məhbuslar bu kriteriyalara uyğun gəlməli və əsaslandırılmalıdır. Yəni ki, bu və ya digər hüquq müdafiəçilərinin baxışları üst-üstə gəlməyə də bilər. Bu insanları qınamaq da lazım deyil. Yəni o qədər əsaslandırılmalıdır ki… Məhkəmənin monitorinqi aparılmalıdır, onun vəkilləri hüquq müdafiəçiləri ilə birlikdə işləməlidir və sair. Niyə belə giriş verdim?! Həm inanclı adamların, həm də dini etiqadlarına görə həbs olunan siyasi məhbusların sadəcə siyahısı verilməməlidir. Kim kimi istəsə yazır. Amma sadəcə onlarla işlənməlidir.”

Mirvari xanım, bundan başqa məsələnin həmişə gündəmdə saxlamalı və mütəmadi olaraq müraciət edilməli olduğunu bildirdi: “Bir ay öncə özümün facebook səhifəmdə də yazmışdım ki, “qızıl amnistiya” istəyirəm. Seçim artıq həmin komissiyanın olacaq və onların insaflarına qalacaq. Məsələn, Mehriban xanım amnistiya təklif elədi. Ancaq Mehriban xanım özü oturub bir-bir maddələri yazmayacaq ki. İşçi Qrupu olacaq, müzakirələr gedəcək, yəqin ki, Əfv Komissiyasının da burada rolu olacaq, çünki artıq orda insanlar işləyir. Birinci növbədə bu insanlar həm fikirləşməlidirlər ki, görəsən düzgün məhkəmə olubmu, əldalətlimi həbs edilib. Deyirlər ki, 3000-dən yuxarı məhbus azad olunacaq, bu da bizim millətimizdir. Allah hər kəsin qapısını açsın, hamımız sevinirik. Amma daimi müraciət edilməlidir, özləri də, komissiyalar da mütəmadi olaraq işləməlidirlər.”

Hüquq müdafiəçi hazırda bu komissiyadan çox şey asılı olduğunu dedi: “Çünki ölkənin nüfuzuna ciddi zərbələr vurulur. Hamı deyir ki, bizim siyasi məhbusumuz var, vicdan məhbusumuz var, ədalətli məhkəmələrimiz yoxdur. Nə sən, nə mən, nə qeyrisi qabağa durub deyə bilməz ki, onlar düz demir, yaxud əksinə, düz deyir. Bunlar hamısı faktlara əsaslanmalıdır. Bax, bu qrupun içinə düşən adamlar, hansı ki, deyəcəklər hansı maddələr amnistiya aktına düşəcək, o adamlar düşünməlidir. Düşmən orada gözümüzə soxur ki, qeyri-demokratik ölkədir. Halbuki, özü hamıdan betərdir. Bundan başqa, ölkəmizdə siyasi, ya neft maraqları olanlar var, yaxud da sadəcə demokratiya uğrunda vuruşanlar var… Məhz bunların gözünün qabağına ölkəni yüksəltmək üçün çox istərdim, bu komissiya elə maddələri salsınlar ki, hamının ailəsi sevinsin. Və deməsinlər ki, eh, bu nə amnistiya idi, heç bura siyasi məhbus salınmadı?! Amma o sözü deyən adam da düşünməlidir ki, amnistiya düşən hər bir vətəndaş da balamızdır, qardaşımızdır, yaxınımızdır, qohumumuzdur - o da bir ailənin nümayəndəsidir.”

Xatırladaq ki, 10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə, 3 500 nəfər məhkum azadlığa çıxacaq. Millət vəkili Mehriban Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!