Tramp Makronu qarşılamadı .....                        İkinci kurs tələbəsi vəfat etdi .....                        "Gülüstan" sarayında dövlət ziyafəti verilir .....                        Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər .....                        Qara görə 8 aviareys təxirə salındı .....                        Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr .....                        Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət etdi .....                        Hacıqabulda yaşayış binasında partlayış - Xəsarət alan var .....                        "Axmat" batalyonunun qəddar komandiri Ukraynada öldü .....                       
Tarix : 18-12-2020, 16:01
Nazirlikdə kollegiya iclası: şəhid ailələrinin məsələsi müzakirə olundu
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, o cümlədən yaralanmış hərbçilər, erməni terrorundan zərər çəkənlər ilə bağlı konkret tədbirləri planı üzrə sosial dəstək tədbirləri görülür. Son bir ayda bu tədbirlər həmin kateqoriyalardan olan artıq 4 mindən çox şəxsi əhatə edib.

Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, hər gün daha da genişlənən dəstək tədbirlərinin bir istiqaməti şəhid ailəsi üzvlərinin sosial təminat hüquqlarının təmin edilməsidir:

«Bu istiqamətdə ardıcıl və operativ işlər aparılır. Şəhid ailəsi üzvlərinə Prezidentin aylıq təqaüdləri, pensiya və müavinətlər təyin edilir.

Bu proses, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralanmış hərbçilər, erməni terrorundan zərər çəkənlərin aktiv məşğulluq proqramlarına cəlb edilməsi, onların sosial-psixoloji dəstəklə təminatı və s. tədbirləri də davam edir. Nazirliyin əməkdaşları tərəfindən hər bir şəhid ailəsi, müharibə iştirakçısı, müharibədən zərər çəkən şəxslə görüşülür, onların dövlətin sosial dəstəyi ilə əhatə olunmaları üçün bütün işlər görülür».


S.Babayev bildirib ki, bu günlərdə şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər daxil olmaqla, daha 4 proaktiv, 2 elektron, 5 e-arayış xidməti təqdim edildi. İndi Nazirliyin 31-i proaktiv olan 60-a yaxın e-xidməti, habelə 20 e-arayış xidməti var ki, onlardan bir hissəsi şəhid ailələri, Milli Qəhrəmanlar, müharibə əlilləri ilə bağlıdır:


«Onlarla bağlı proaktiv xidmətlərin dairəsi getdikcə daha da genişlənəcək. Yaxın günlərdə bir sıra yeni e-xidmətlər də təqdim ediləcək. Bütün bu işlərdə məqsəd əhaliyə, xüsusilə də həmin kateqoriyalardan olan vətəndaşlarımıza daha keyfiyyətli, şəffaf, operativ, vətəndaş məmnunluğuna səbəb olan xidmətlər göstərməkdir».


Kollegiya iclasında peşə və kvalifikasiya standartlarının hazırlanması sahəsində aparılan işlər nəzərdən keçirilib. Bu standartların peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasında önəmi qeyd edilib.


2020-ci il ərzində sosial xidmət və reabilitasiya müəssisələrində əsaslı təmir və yenidənqurma, yeni sosial obyektlərin tikintisi, Nazirlikdə sənəd dovriyyəsi və kargüzarlıq işinin təşkili, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahələrində görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub. Bir sıra peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi qərara alınıb.

Həmçinin Nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “Turizm müəssisələrinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi, növbəti ilin istehsalat təqviminin təsdiqlənməsi məsələləri iclasda ətraflı müzakirə edilib.


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!