Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 18-06-2021, 22:36
“Telefon”

Şəms Hüseynli
Jk-061 A
Bəli! Bu hekayənin qəhrəmanı telefondur. Qəribə icaddır, hə? Sən həmsöhbətinin səsini eşidirsən, onun ətrafında olan səsləri eşidir, onun oldugu otagı təsəvvür etməyə çalışırsan. Bəzən səsindəki iztirab, kədərdən onun keçdiyi həyat yolunun necə də daşlı-kəsəkli oldugunu anlamaq o qədərdə çətin olmur. Axı o həyatda ən dəyərli varlığını itirmişdi. Üstəlik, onu ziyarət etməyə, onunla dərdləşməyə gəlmək üçün belə bir məzarı yox idi. Mədinə.... sonsuz səmalara həyat yoldaşını əmanət edən o qadın ... O yalqız qadın... Hüzuru nəğmələrdə, melodiyalarda tapan, təyyarə uğultusunu eşidəndə səmaya boylanan və hər şeyi-ötən günləri, dünəni, bu günü xatırlayan o vəfalı qadın. Axı onun yoldaşı pilot idi. Mədinə sonuncu dəfə, bəlkə, heç özü də bilmədən təyyarənin ardınca su atmışdı. Təyyarə havaya qalxdı. Sonra isə yagış yağdı. Heç şübhəsiz o gün Mədinənin halına göylər də agladı. Onların arasında yerlə göy qədər, həyatla ölüm arasında olan məsafə qədər bir ayrılıq yarandı. O, gün bu gündür Mədinə axşamlar aerodroma gedir, bir kənarda boynubükük dayanır, təyyarələrə baxır və sanki, bununla bir təskinlik tapırdı. Seymursa hələ sevgini dadmamış, həyatdakı haqsızlıqlara boyun əyməyən, tez parlayan, elə tezcə də sönən bir gənc idi. O, düşdüyü hər situasiyada daim haqqın tərəfində durur və kiminsə haqqının tapdalanmasıyla barışa bilmirdi. Seymurun laboratoriya müdiriylə sözləri “çəp düşdü” və o, yenə də hisslərinə hakim ola bilmədi. Elmi rəhbəriylə mübahisələri oldu. Elə buna görə də Seymur həmin idarədən ayrılmalı oldu. İnsanlar, necə deyərlər, bəzən bir-birilərinə güzəştə getməlidirlər. Bəli, bir də qarşı tərəfə ünvanlanan sözün təsir gücü mühüm rol oynayır. Məsələn, qarşında gözü görməyən, qüsurlu bir şəxs var. Sən ona xitabən "kor"da deyə bilərsən, "görməsi bizə nisbətən zəifdir" də deyə bilərsən. Gördüyünüz kimi, birinci vulqar səslənir və istəmədən qarşımızdakı şəxsin qəlbini qırırıq. Amma ikinci daha mehrinan gəlir adama. Bu ifadələr mətləbdən kənar. Uzun sözün qısası, insan düşdüyü hər vəziyyətdə emosiaylarına hakim olmağı bacarmalı və qurduğu hər cümlələrini dəfələrlə söz ələyindən ələməlidir. "Bəlkə də, baxış bucağımız fərqlidir. Siz məsələyə daha geniş nəzər salmalısınız, bəlkə onda mənimlə həmfikir olarsınız". Çünki insanlar həmişə ortaq nöqtə tapmalı və anlaşmalıdırlar. Ortaq cəhət yoxdursa, o zaman aradakı hörmət tək ortaq cəhət olmalıdır. Elə Seymurun dostu Firuz da belə dedi. Amma Seymur öz bildiyindən dönən deyildi.
Gələk Seymurla Mədinənin hekayəsinə.. Bir də baş qəhrəmana, yəni telefona...Bəlkə də bu tanışlığın müəllifi elə təsadüfdür. Həyatımıza girən, həyatımızı dəyişdirən, anidən verdiyimiz qərarlar, yaşadıqlarımız, yazdıqlarımız, oxuduğumuz əsərlər bəlkə də, hər şey təsadüfün əsəridir. Elə Seymurla Mədinənin tanışlığı kimi. Seymurun dostlarının hərəsinin dediyi bir nömrə, bəlkə, də sehirlidir. Seymur təsadüfi yığılan nömrəylə Mədinənin səsini eşitdi. Və elə hekayə də burda başladı...Bir-birlərini görmədən anlayan, hər axşam öz görüş saatında telefonda söhbət edən iki insan. Üzünü belə görmədiyin insana işini, həyatını, dostlarını danışacaq qədər güvənmək çox qəribədir. Amma nədənsə Seymur bunu heç özü də bilmir. Sadəcə danışmaq, içini açmaq istəyir Mədinəyə. Seymur Mədinəylə görüşmək, onu görmək, onu yaxından tanımaq istəyirdi. Axı Mədinəylə bağlı nə bilirdi? Bircə onun gecələr radio dinləməyi sevdiyini və qonşusunun qamma çaldıgını, arada rəfiqəsigilə getdiyini. Mədinə Seymurla görüşməkdən çəkinirdi. Mədinə qorxurdu. "Ya görüşərik sən məni bəyənməzsən, ya da mən səni,hər şeydə pozulub gedər. Ya da görüşərik bir-birimizi bəyənsək də zamanla hər şey dəyişir, adiləşərik, bayağılaşarıq". Elə bunu Mədinənin nitqindədə aydın şəkildə başa düşmək mümkündür. Bəzən bircə səsdən belə xarici görünüşü təyin etməyə çalışırıq. Heç üzünü görmədiyin insanla bu qədər doğma və bu qədər səmimi... Bu, bir hekayədir. Bəli! Hər şeyin sonu olduğu kimi oxuduğumuz hekayələr və romanlar da bir gün bitir. Heç bitməsini istəmədiyimiz neçə əsərlərin son səhifələrini oxuyarkən sanki, dərin və sehirli yuxudan oyanmışıq. Sonra təsadüflər onları bir iş yerində birləşdirdi. Hə, bir də axı Seymur özünü Rüstəm kimi təqdim etmişdi. Beləcə onlar eyni iş yerində gündüzlər birgə işləyir, axşamlarsa telefon başında günlərinin necə keçdikləri haqqında söhbət edirdilər. Seymur bilsə, belə Mədinə hələ xəbərsiz idi. Axşamlar Seymur haqqında düşüncələrini elə Seymura-yəni, Rüstəmə danışırdı. Qəribədir elə deyilmi? Dediyim kimi təsadüflər sanki sirli bir aləmdir. Seymur Mədinənin yoldaşını onun necə dünyasını dəyişdiyini, övladını bilsə də, Mədinə hələ ürəyini Rüstəmə tam açmamışdı. İşlər beləcə gündən-günə ciddiləşir və Seymurla Mədinə ailə qurmaq istəyirlər. Bu hekayədə Rüstəmsə hələ telefonda Mədinənin yaxın dostudur. Bəzən Rüstəm hətta Seymura belə Mədinəni qısqanır. Bəli! Bəli! Özü özünə qısqanır. Elə bu hekayənin ən maraqlı cəhətidir. Mədinə Seymuru bir iş çıxışında evinə dəvət etdi. Axı onlar, yəni Rüstəmlə Mədinə hər axşam telefonda danışmalı, bəzən də radioya qulaq asmalıydılar. Bu, onların yazılmamış qanunu idi. Seymursa o axşam Mədinəgilə qonaq gələrkən telefona nəsə oldu. Hər axşam Rüstəmin zəngiylə sanki dil açıb danışan telefon o gecə susdu... Həm də həmişəlik...

"Bütöv Azərbaycan" qəzeti
17 iyun 2021-ci il



Paylaş



Bölmə: Tələbə sözü / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!