Kədərə açılan səhərTürkiyə. Tarix: 06.02.2023. Saat: 04:17-ni göstərir. Hər kəs illərdi onları
qoruyan evlərinin saniyələr sonra onlar üçün məzar olacağından xəbərsiz şirin
yuxuda idi. Ardından binaların yıxılmasıyla birlikdə dağıntılar altında qalan
insanların vahiməli səsləri şəhəri bürüdü. Sanki dünyada cəhənnəmi
yaşayırdılar. Bəzi şanslılar faciədən xilas olsa da, bir çox insan dağıntılar altında
həyatda qalmaq uğrunda mübarizə aparırdı. 1999-cı ildə İstanbulda baş verən
zəlzələdən daha dəhşətlisi, daha qanlısı yenidən daha baş verirdi.
Zəlzələ 17 şəhərdə: Gaziantep, Malatya, Batman, Bingöl, Elazığ, Kilis,
Diyarbakır, Mardin, Siirt, Şırnak, Van, Muş, Bitlis, Hakkari, Adana, Osmaniyə,
Hatayda qeydə alındı. Silkələnmənin ən dəhşətli mənzərəsi isə 10 şəhərdə
Kahramanmaraş, Hatay, Adıyaman, Malatya, Diyarbakır, Gaziantep, Şanlıurfa,
Adana, Osmaniyə və Kilisdə yaşandı.
Son məlumatlara görə 35.000-dən çox insan vəfat edib, 100 mindən çox
insan yaralanıb. Axtarış-xilas etmə işləri davam etdiyindən ölən və yaralıların
sayının artacağı istisna olunmur. Vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa
arzu edirik.
Bu faciədən sonra prezident Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 7 günlük
matəm elan etdi. Türkiyəyə yardım etmək üçün Azərbaycan başda olmaqla 40-
dan çox ölkə səfərbər oldu. Bu günə qədər Azərbaycanlı xilasedicilər dağıntılar
altından 51-dən çox insan xilas etdi. Azərbaycanda ölkə üzrə bütün musiqili şou
proqramlarının verilməsi dayandırıldı. Həm dövlət, həm də millət olaraq
sevincli, kədərili günümüzdə yanımızda olan qardaş Türkiyənin hər zaman
yanındayıq. Biz qəlbləri bir döyünən xalqıq.
Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.Qardaş Türkiyənin həm maddi, həm də mənəvi cəhətdən hər zaman qeyd-
şərtsiz yanındayıq!
Zəlzələnin nə qədər böyük olduğunu vurğulamaq üçün xarici elm
adamlarından olan professor Carlo Doglioni- İtalya Milli geofizika və
Volkanoloji institutunun rəhbərinin dediklərinə nəzər yetirmək istəyirəm:
“2016-da İtalyada baş verən zəlzələyə görə 130 qat daha böyük bir enerji var.”
Tanrı Türkə yar olsun!
Haciyeva Aytac Sənan qızı
BDU jurnalistika fakültəsinin birinci kurs tələbəsi