Atmosferi çirkləndirən sürücülər cərimələndi .....                        Ukrayna qarğıdalısını daşıyan ilk gəmi təyinat yerinə vaxtında çatmayıb .....                        9 nəfəri ildırım vurub öldürdü .....                        Qəzzada tərəflər atəşkəsə razılıq verdi .....                        Tənəzzül anonsu: İnsanlar kasıblığa öyrəşəcək .....                        Son sutkada yüzlərlə vaksin vuruldu .....                        Aktiv xəstə sayı artır - Yoluxanların statistikası .....                        900 illik körpü yandı .....                        Millimiz meydana çıxmadan qalib gəldi .....                       
Tarix : 1-10-2021, 22:34
Qazaxıstan da Zəngəzur dəhlizinin açılmasını səbrsizliklə gözləyir


Türkdilli dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstandakı toplantısı başa çatdı. Toplantıda sədrlik Azərbaycandan Qazaxıstana keçdi. Azərbaycan TÜRKPA-ya 2019-cu ilin dekabrından 2021-ci ilin sentyabr ayına qədər sədrlik edib. Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova sədrliyi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verdi.
Bu toplantı Azərbaycan üçün vacib idi. Çünki bu Azərbaycanın qələbə çaldığı İkinci Qarabağ müharibəsindən sonra Assambleyanın ilk toplantısı idi. Türkdilli dövlətlərin parlament sədrləri Azərbaycanı İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etdilər. Pandemiya dövründə TÜRKPA-nın bəzi toplantıları təxirə salınmışdı. Pandemiya bitməsə də, artıq beynəlxalq konfranslar, görüş və toplantılara start verilib. Bu baxımdan TÜRKPA-ya sədrlik edəcək Qazaxıstan gələcək toplantıları təxirə salmayacaq.
Qazaxıstan Türkiyə və Azərbaycan qədər türkdilli dövlətlərin interqasiyasına çalışır. Digər tərəfdən Qazaxıstan Türkiyə və Azərbaycan qədər Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İyun ayında xarici işlər naziri Ceyhun Bayramovla görüşən qazaxıstanlı həmkarı Muxtar Tileuberdi bölgədə vəziyyətin stabilləşməsinin Cənubi Qafqazın Qazaxıstan və Orta Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizinin açılmasını nəzərə alaraq, Xəzər liman infrastrukturunun artan potensialı üçün yeni imkanlar yaradacağını vurğulamışdı. “Azərbaycan bizim üçün Cənubi Qafqazda və Xəzər regionunda əsas siyasi və ticari-iqtisadi tərəfdaşımızdır” deyən Muxtar Tileuberdi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Elbası Nursultan Nazarbayevin xarici siyasət kursunu davam etdirərək, Azərbaycanla hərtərəfli və dostluq münasibətlərinin bundan sonra da möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirmişdi.
Qazaxıstanla əməkdaşlığın inkişafı Azərbaycan üçün də vacibdir. Resurslarına və potensialına görə Mərkəzi Asiyanın liderliyinə iddialı olan Qazaxıstan müstəqilliyini qazandığı 30 il ərzində həm regional, həm də beynəlxalq əməkdaşlıq üçün müxtəlif təşəbbüslərin ideya daşıyıcısı olub. Prezident Kasım-Jomart Tokayev ötən il ölkəsinin 2030-cu ilə qədər xarici siyasət konsepsiyasını təsdiq edib. Beynəlxalq əlaqələrin mürəkkəb transformasiyadan keçdiyi vurğulanan konsepsiyada problemlər belə sıralanıb: münaqişələr, inamsızlıq atmosferi, terror, silahlanma, iqlim dəyişiklikləri, kibermüharibələr. Konsepsiyada Qazaxıstanın Mərkəzi Asiyada lider mövqeyini qorumaq gərəkliyi göstərilib. Başqa strateji hədəf kimi Qazaxıstanın inkişaf etmiş 30 dövlətin sırasına daxil olması göstərilib. Qazaxıstan bu hədəflərə çatmaq gücündədir.




Paylaş



Bölmə: Turan / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
Qırmızı işıqda keçən “Range Rover” dəhşətli qəza törətdi - VİDEO

Bakının mərkəzində avtomobilin aşması ilə nəticələnən dəhşətli qəza baş verib.

Bütöv.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən anlaşılır ki, Bülbül prospektində “Range Rover” markalı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, onun digər avtomobillə toqquşmasının səbəbi yüksək sürətlə qırmızı işıqda keçməsi olub.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.(Unikal)



All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!