Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
Tarix : 14-12-2018, 14:44
Mədəniyyət Nazirliyinin əməkdaşları İtaliyada bir sıra maraqlı görüşlər keçirib

Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Pyemonte regionunda tədqiqat səfərində olub.
Butov.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “İnteqrasiyalı idarəetmənin planlaşdırılması” mövzusunda reallaşan tədqiqat səfərində bir sıra görüşlər keçirilib.
Nümayəndə heyətinin tərkibinə nazirliyinin aparat rəhbərinin müavini, şöbə müdiri Namiq Qulamov, regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli, Gəncə, Sumqayıt, Xaçmaz Regional Mədəniyyət idarələrinin rəhbərləri Sənan Hacıyev, Mehman Şükürov və Nazim Ağayev daxildir.
Səfər çərçivəsində Turin Universitetində baş tutan ilk görüşdə İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə həmçinin Pyemonte regionunun muzeylər fondunun nümayəndələri də iştirak ediblər. Müzakirələrdə mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsi zərurəti, İtaliya tərəfi ilə yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Nümayəndə heyəti Pyemonte regionunun Asti şəhərində və Portakomaro qəsəbəsində yerli kommuna rəhbərliyi, mədəniyyət sahəsində fəaliyyət göstərən nümayəndələrlə, o cümlədən Asti Muzeylər Fondunun rəhbərliyi ilə görüşlər keçirilib və yerli icma, dövlət və özəl qurumların iştirakı ilə mədəni tədbirlərin planlaşdırılması və icrası təcrübəsi, yerli kitabxana, muzeylər, musiqi məktəbləri və digər fəaliyyətlərə dair qabaqcıl təcrübələr öyrənilib.
Səfər çərçivəsində UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış Lange Roero Monferrato ərazisinə səfər edilib. Səfər zamanı mədəni irsin idarəedilməsində yeni təcrübə olan - inteqrasiyalı yanaşma təcrübəsi öyrənilib. Ərazi üzrə yerləşən bütün resursların - mədəni, ekoloji, landşaft, memarlıq aktivlərinin və resurslarının vahid bir sistem əsasında planlaşdırılaraq idarə edilməsi təcrübəsi nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!