İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 17-12-2018, 15:32
Nazirliyin tabeliyindəki ASC rəhbərliyinə müvəqqəti təyinat

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinin icrası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.
Butov.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov açıqlama verib.
Qeyd edək ki, Aqil Quliyev bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından isə KTN Aparatının rəhbəri vəzifəsində çalışır.
“Aqrar Tədarük və Təchizat” ASC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu qurum eyni Fərmanla ləğv edilən “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Fərmana əsasən, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədrini və üzvlərini kənd təsərrüfatı naziri təyin edir.
Xatırladaq ki, bu qurumun rəhbəri Əbülfət Qocayev idi və o, əvvəllər "Meyvəli" Ticarət Mərkəzinin rəhbəri olmuşdu.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!