Ötən gün azadlığa çıxmışdı, yenidən həbs edildi .....                        Putinin ölümsüzlüyü mümkündürmü? .....                        Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                        ABŞ-də Müdafiə Nazirliyi yaradıldı .....                        Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar .....                        Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO .....                        Qurban Qurbanov hücumçu transfer etməmələrinin səbəbini açıqladı .....                        Sabah Azərbaycanda təbiət hadisəsi baş verəcək .....                        Rayonlara leysan yağır .....                       
Tarix : 20-12-2018, 12:36
Miqrasiya orqanlarına qəbulla bağlı imtаhаn keçiriləcək

Dövlət İmtahan Mərkəzi dekabrın 23-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Butov.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmışdır.
İmtahanda iştirak üçün 394 nəfərin namizədliyi qeydə alınıb. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni 2018-ci il dekabr 21-dək (saat 10.00-dan 17.00-dək) Dövlət Miqrasiya Xidmətinin Aparatından (Ünvan:AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) götürə bilərlər.
Test imtahanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin I korpusunda saat 11.00-da başlanır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənədin əsli;

• “İmtahana buraxılış vərəqəsi";
İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 10 sual informatika, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır.
İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!