Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                       
Tarix : 4-02-2019, 09:42
UNEC – növbəti beynəlxalq uğur

Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2019-cu ilin yanvar ayında dünya universitetlərinin reytinqini açıqlayıb. UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyatdan keçmiş 13600 ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralamasında UNEC dünya üzrə 610-cu yerə çıxaraq Azərbaycan universitetləri arasında 2019-cu ildə də liderdir.
UniRank reytinq agentliyinin regional reytinq sıralaması olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında UNEC Asiyanın 122-ci ən yaxşı universiteti seçilib. UNEC Yaponiyanın (Kobe Universiteti), Çinin (Şanxay Maliyyə və İqtisad Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, Ankara Universiteti) və regionun bir sıra məşhur universitetlərini qabaqlayıb.
UniRank haqqında: 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan uniRank dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq dünya üzrə 13600 universitet və kolleci əhatə edir.
Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in ölçü komponentlərini Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains və Majestic Trust Flow təşkil edir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!