Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Qəzzada 63 girov qalıb .....                       
Tarix : 7-02-2019, 08:05
Azərbaycan Gürcüstanla sərhəddə qripə qarşı hospitallar açdı

Gürcüstanda H1N1 (“donuz qripi”) virusunun yayılması ilə əlaqədar Azərbaycan tərəfi gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi tədbirlərə əl atıb.
Butov.az Oxu.Az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti çalışır.
Belə ki, Tibbi Xidmət İdarəsi ilk növbədə şəxslərin ölkə ərazisinə daxil olarkən təmasda olduqları bütün səthlərin mütəmadi olaraq xüsusi məhlullarla dezinfeksiya edilməsinə çalışır. Eyni zamanda, gömrük ərazisinə daxil olan şəxslərlə birbaşa təmasda olan gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurulur.
Artıq Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə “Qırmızı Körpü” gömrük postuna təhkim olunub və fevralın 5-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərəcək, zərurət yarandıqda infeksion xəstələri Səhiyyə Nazirliyinin müvafiq strukturlarına təhvil verəcək. Mobil hospitalda, eyni zamanda, iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.
Bundan başqa, Dövlət Gömrük Komitəsinin sərhəd-buraxılış məntəqələrində xidmət göstərən əməkdaşları, eləcə də, dövlət sərhədini keçən şəxslər üçün zəruri hallarda təcili tibbi yardımın göstərilməsi imkanının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Bunun üçün Tibbi Xidmət İdarəsi tərəfindən respublika üzrə bütün sərhəd-buraxılış məntəqələrində ilk tibbi yardım məntəqələri təşkil ediləcək.


Paylaş



Bölmə: Xəbər / Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!