Tramp: Biz hücum etməsəydik, İran edəcəkdi .....                        Dubaydakı ABŞ Konsolosluğuna PUA hücumu .....                        Türkiyə lideri regiondakı gərginliyi dəyərləndirdi .....                        İsrail Tehranda SEPAH komandirini öldürüb .....                        Tezliklə İranın yeni liderinin adı açıqlanacaq .....                        Sabunçuda qətl: Şübhəli saxlanıldı .....                        İsrail İranın gizli nüvə obyektinə hücum edib .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtları .....                        Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV .....                       
Tarix : 4-03-2019, 13:35
Tahir İmanov: “Artıq bizi də efirlərə dəvət edirlər”

“Televiziyalar bizi hələlik qonaq qismində efirlərə dəvət edirlər, amma konsertlərimizi göstərmək niyyətində deyillər. Bu həftə də gözləyək, ondan sonra tam açıqlama verə bilərik”
Butov.az xəbər verir ki, bunu Azvision.az -a "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib.
Onun sözlərinə görə, rəhbəri olduğu teatrın fəaliyyətinin işıqlandırılması barədə televiziyalardan təklif gəlməyib: “Hər bir işin başında səbr dayanır. Biz də səbirliyik. 4 il gözləmişik, bir az da gözləyə bilərik. Bəzi televiziya işçiləri bizi qonaq kimi dəvət etmək istəyirlər. Bununla sübut etmək etmək niyyətindədirlər ki, baxın, biz sizi çağırırıq. Məni özəl kanallardan birindən zəng edib verilişə dəvət edirlər. Onlara deyirəm ki, siz istənilən müğənnini verilişə dəvət edəndə, onun sənətindən danışırsınız. Çünki həmin müğənninin mahnılıarını, kliplərini efir vasitəsi ilə göstərirsiniz. Bir halda ki teatrımızın fəaliyyətini işıqlandırmırsınız, biz nədən danışacağıq? Mənim uşaqlıq dövrümdən? Sənət adamını verilişə çağırırsansa, gərək onun sənətindən danışasan. Ancaq istəmirəm bu məsələyə pessimist yanaşım. Bu həftəni də gözləyək. Düşünürəm ki, müəyyən addımlar atılacaq”.
Aktyor vurğulayıb ki, Babası Süleyman Ələsgərovun adına küçə salınması ilə bağlı işlər artıq həllini tapıb: “Məsələ dərhal öz həllini tapdı. Sadəcə indi küçələr üzərində işləyirik, baxırıq, seçirik. Ölkə başçısına təşəkkür edirəm. Operativ halda qərar qəbul olundu və icrasına başlanıldı. İcra başçısı Eldar Əzizov da sağ olsun”.
Qeyd edək ki, Əməkdar artist Tahir İmanov ötən həftə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı bəzi televiziyaların onların fəaliyyətinə qadağa qoyduğunu bildirib.
Prezident İlham Əliyev Tahir İmanovun şikayətinə dərhal cavab verib: "Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!