Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 13-03-2019, 11:34
Kaliforniyada ölüm hökmü ləğv olunur?

Hazırda Kaliforniyada ölüm hökmünü gözləyən 737 məhkum var.
Kaliforniya qubernatoru Qevin Nyusom bu gün ştatda ölüm hökmünün icrasına moratorium elan etmək niyyətindədir.
Nyusom ölüm hökmü verilmiş şəxslərin edam cəzasının icrasının təxirə salınması barədə fərman imzalamağı planlaşdırır. Bundan əlavə, Kaliforniyanın San-Kventin burnundakı həbsxanada edam cəzası üçün kameralar bağlanacaq və ölümcül inyeksiyaların normaları ləğv olunacaq.
Bu addım mahiyyət etibarilə simvolik məna daşıyır, belə ki, 2006-cı ildən Kaliforniya ştatında edam baş vermir. Ölüm hökmləri davam edən məhkəmə çəkişmələri, o cümlədən öldürücü inyeksiyalar üçün istifadə edilən bəzi preparatların yolverilməzliyi səbəbindən icra olunmur.
Qəzetin məlumatına əsasən, hazırda Kaliforniyada ölüm hökmünü gözləyən 737 məhkum var.
Son illər ABŞ-ın bir çox ştatları öldürücü iynələr üçün hansı preparatlardan istifadə etmək barədə eksperimentlər aparırlar. Səbəblərdən biri bu məqsədlə istifadə olunan zəhərlərin çatışmazlığıdır. Həmin maddələrin istehsalı ilə məşğul olan Avropa ölkələri ölüm hökmünə qarşı çıxdıqları üçün onların ABŞ-a göndərilməsini dayandırıb.
“Death Penalty Information Center” (Ölüm hökmləri üzrə informasiya mərkəzi) qeyri-hökumət təşkilatının məlumatına görə, ABŞ-ın 30 ştatında ölüm cəzasına icazə verilir. Hazırda ABŞ-da 2738 nəfər edam cəzasının icrasını gözləyir. 1976-cı ildən cari il martın 12-dək isə Birləşmiş Ştatlarda 1493 nəfər edam olunub.(AZƏRTAC)


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!