Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 26-11-2019, 12:06
Bakının Baş planının hazırlanmasına dair qurumlararası işçi qrupunun iclası keçirilir
Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş planı üzərində işin əlaqələndirilməsi məqsədilə formalaşdırılmış qurumlararası işçi qrupun ikigünlük Strateji Sessiya formatında növbəti iclası başlayıb.
Butov.az xəbər verir ki, komitədən “APA-Economics”ə verilən məlumata görə, 26-27 noyabr tarixlərində davam edəcək və bir çox nazirliklərin, dövlət komitələrinin, aidiyyəti qurumların həm rəhbərlik, həm də ekspert səviyyəsində, habelə beynəlxalq və yerli mütəxəssislərin, ictimai xadimlərin qatılacağı Strateji Sessiyada Baş planın hazırlanması ilə bağlı görülmüş işlərin, irəli sürülmüş təşəbbüslərin yekun müzakirəsi aparılacaq, müəyyən olunmuş əsas şəhərsalma yanaşmaları razılaşdırılacaq.
Xatırladaq ki, Komitə tərəfindən İşçi Qrupun ilk iclası cari ilin iyun ayında baş tutmuş və fəaliyyəti Baş planın hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.
Qrupun iyun-oktyabr ayları ərzində 3 geniş tərkibli iclası keçirilib. Bununla yanaşı, xüsusi mövzuların müzakirəsi üçün müxtəlif dövlət orqanlarının rəsmiləri ilə 70-ə yaxın ikitərəfli görüş təşkil olunub. Görüşlər zamanı Baş planın Bakı şəhərinin gələcək inkişaf konsepsiyasına uyğun hazırlanması və strateji əhəmiyyət daşıyan layihələrin detallı müzakirəsi təmin edilib, geniş fikir mübadiləsi aparılıb.
Strateji sessiyanın ilk günündə beynəlxalq məsləhətçi şirkətləri və müstəqil yerli ekspertlər tərəfindən Bakı şəhərinin inkişafı konsepsiyasında nəzərdə tutulmuş 4 prioritet çərçivəsində şəhər planlaması üzrə təklif edilən baxışlar təqdim ediləcək. Müzakirələr paralel panel iclaslar formatında “Paytaxtın perspektiv inkişaf sahələri”, “Əlverişli mühəndis kommunikasiyaları infrastrukturu və dayanıqlı ekologiya”, “Şəhər əhalisinin mobilliyini təmin edən ictimai nəqliyyat şəbəkələri və onların inteqrasiyası”, habelə “Müasir şəhər iqtisadiyyatı” mövzularında aparılacaq. Şəhərsalma mütəxəssisləri çoxmərkəzli şəhər nüvəsinin yaradılması, tarixi memarlıq irsinin qorunması, alternativ enerji mənbələri, ekologiyanın yaxşılaşdırılması, Bakının inkişafı üçün yüksək potensiala malik iqtisadi klasterlərin formalaşdırılması və inteqrasiya edilmiş hərəkətliliyin təmini ilə bağlı yekun fikirlərini səsləndirəcəklər.
Eyni zamanda, Bakı şəhərinin Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək strateji layihələrin müzakirəsi də nəzərdə tutulur. Layihələr Baş planın reallaşdırılmasında oynayacaqları strateji əhəmiyyəti və investisiya cəlbediciliyi baxımından qiymətləndiriləcək.
27 noyabr tarixində də davam edəcək Strateji Sessiyanın növbəti ikinci günü müstəqil ekspertlərlə aparılmış müzakirələrin nəticəsi olaraq Baş planın nəzərdən keçirilmiş əsas şəhərsalma yanaşmalarının, çağırışların mümkün həlli yollarının və strateji layihələrin seçilmiş portfelinin təqdimatı keçiriləcək, məsələlərə dair yekun təklif və rəylər dinləniləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!