Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 11-12-2019, 13:04
Noyabr ayında Azərbaycana 13.3% çox xarici vətəndaş gəlib

Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə müqayisədə 13.3% artaraq 241 minə çatıb.
Butov.az-a verilən məlumata görə, gələnlərin sayına görə 69 minlə Rusiya, 68 minlə Gürcüstan ən yüksək göstəricilərə malikdirlər. Qeyd edilməlidir ki, gələnlərin yarıdan çoxunu, yəni 56.7%-ni bu iki ölkənin vətəndaşları təşkil edib. Faiz göstəricilərinə görə ən yüksək artım tempi müvafiq olaraq 33.5%, 40.1% və 35.5% ilə İran, eləcə də Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur.
Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər arasında 76.3% göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3.4 min və 2 min nəfər artaraq müvafiq olaraq 27 min və 17 min nəfər təşkil edib.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.1% və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6%, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib.
Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6% artaraq 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20.2%, 46.7% və 38% daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib.
Ümumilikdə isə dövr ərzində bu ölkələrdən 661 min, 120 min və 107 min nəfər ziyarətçi gəlib.
Əvvəlki aylarda olduğu kimi Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq Türkmənistan (49 min; 91.9%-lə əhəmiyyətli artım) və Qazaxıstandan (43 min; 24.5% artım), Cənubi Asiya ölkələrindən isə Hindistan (59 min; 67.7%-lə əhəmiyyətli artım) və Pakistandan (42 min; 12.2% artım) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı müvafiq olaraq 8.3% və 3.7% artaraq 289 və 235 min nəfərə çatıb.
Noyabr ayında Azərbaycana 13.3% çox xarici vətəndaş gəlib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!