Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 20-12-2019, 15:20
Qarabağ icması seçkilərlə bağlı bəyanat yaydı
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanat mətnində deyilir:
"Dekabrın 23-də ölkəmizdə 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsi və Azərbaycan vətəndaşlarının öz seçki hüququnu ifadə etməsi üçün bütün şərait yaradılıb.
Artıq 20 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan başqa, respublikamızın hər bir rayon, qəsəbə və kəndlərində bələdiyyə institutları fəaliyyət göstərir. Ermənistanın işğalçılıq siyasəti məcburi köçkün düşmüş yüz minlərlə insanı bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan bələdiyyə orqanlarına seçmək və seçilmək hüququndan məhrum edib.
Ermənistanın qəsbkarlıq siyasəti bütün fundamental hüquq və azadlıqlarımızın pozulması ilə bərabər yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb. Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalına son qoyulmaqla təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmaq, dağıdılmış yurdlarını bərpa etmək və abadlaşdırmaq arzusundadırlar.
Biz əminliklə bildiririk ki, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar öz yurdlarına qayıtdıqdan sonra, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirəcəkləri quruçuluq işləri ilə bələdiyyə orqanlarının fəaliyyətinə töhfə verəcəklər. O zaman öz yurdumuzda formalaşdırılacaq yerli özünüidarəetmə orqanlarından təkcə biz deyil, həm də erməni icması faydalanacaq".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!