Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 14-01-2020, 12:27
Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı keçirilib - FOTOLAR

Yanvarın 14-də Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” tanıtım jurnalının ictimaiyyətə təqdimat mərasimi keçirilib.
Butov.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqda ətraflı məlumat təqdim etdiyini bildirərək təbliğat metodu olaraq nəşrlərin rolunun mühümlüyündən danışıb.
Tədbirdə diqqətə çatdırılıb ki, 15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur.
Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunur.
Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır.
Qeyd edək ki, jurnalı onlayn formada https://azerbaijan.travel/magazine/Experience_Azerbaijan_N1_Spreds.pdf keçidindən istifadə edərək pulsuz əldə etmək mümkündür.
Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı keçirilib - FOTOLAR
Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı keçirilib - FOTOLAR
Azərbaycan turizmini dünyada tanıdan jurnalın təqdimatı keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!