Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Tarix : 16-01-2020, 08:56
Energetika naziri və nazir müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, yanvarın 24-də Energetika naziri Pərviz Şahbazov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev küçəsi 90) keçiriləcək.
Butov.az xəbər verir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata əsasən, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qobustan şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Qobustan Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 242) başlayacaq.
Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Siyəzən rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, email: khachmaz@regulator.gov.az), Qobustan rayonu üzrə Sumqayıt filialı (əlaqələndirici şəxs Ceyhun Nağızadə, əlaqə telefonu: (050) 275-50-01, email: sumgayit@regulator.gov.az) və Cəlilabad rayonu üzrə Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonu: (050) 235-17-57, email: lankaran@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!