İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 7-02-2020, 11:34
Bakı polisindən memarın iddialarına cavab

“Memar Elçin Əliyevin polis tərəfindən nəzakətsiz rəftara məruz qalması ilə bağlı tirajladığı fikirlər onun subyektiv yanaşmasıdır”.
Butov.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a verdiyi açıqlamada bildirib ki, Elçin Əliyevin polis bölməsinə aparılması Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, Qurban Abbasovun adını daşıyan küçədə yerləşən binalardan birinin sakinlərinin müraciəti əsasında olub.
Qeyd olunan ünvanda çəkilişlərin aparılması sakinlərinin narazılığına səbəb olub və heç bir rəsmi qurumun təmsilçisi kimi özünü təqdim etməyən Elçin Əliyevlə mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları sakinləri sakitləşdirərək, şikayətçi olduqları şəxslə bağlı müvafiq araşdırmaların aparılması üçün Səbail RPİ 8-ci Polis Bölməsinə təhvil verilib.
Qanunverciliyə uyğun olaraq, onun şəxsiyyəti müəyyən olunub, sakinlərin narazılığına səbəb olan hallarla bağlı onunla profilaktiki söhbətlər aparılmaqla sərbəst buraxılıb. E.Əliyev şikayətə rəvac verən əməlinin heç bir qanunu əsas olmadığını bildirib. Bölmədə onunla hərhansı nəzakətsiz rəftar, yaxud fiziki təzyiq faktı baş verməyib.
Hər bir vətəndaş nəzərə almalıdır ki, hüquq həm də polis tərəfindən mühafizə olunan, hamı üçün məcburi normalar sistemidir. Hər bir vətəndaşın qanun çərçivəsində polisə müraciət etmək hüququ var. Həmin hüquqlar üzrə mübahisə doğuran, vətəndaşları narahat edən hallar tərəfimizdən tam və hərtərəfli araşdırılır, qanunverciliyə uyğun müvafiq tədbir görülür.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!