İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 17-02-2020, 12:42
AzTV Bədii Şurasının ictimaiyyətlə görüşləri veriliş formatında efirdə yayımlanacaq
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın növbəti iclası keçirilib.
Butov.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda QSC sədri Rövşən Məmmədov AzTV-nin bu günlərdə qeyd olunan 64, Mədəniyyət kanalının isə 9 yaşı münasibətilə şura üzvlərini təbrik edib. Sədr, eyni zamanda, şura üzvlərinin Xəzər rayonunda ictimaiyyətlə keçirilən görüşünün nəticələri ilə maraqlanıb. Şura üzvləri - Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Xalq artistləri Faiq Sücəddinov, Mübariz Tağıyev, Ramiz Quliyev, Mənsum İbrahimov, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, professor Ceyran Mahmudova və digərləri çıxış edərək ictimaiyyətin Xəzər rayonunda da Azərbaycan Televiziyasına isti münasibət göstərdiklərini bildiriblər. Şura üzvləri daha sonra rayon sakinləri ilə görüşdə Azərbaycan Televiziyası ilə bağlı qaldırılan fikir və təkliflərini səsləndiriblər. Rövşən Məmmədov qeyd edib ki, ictimaiyyətin rəy və təklifləri televiziyanın efir siyasətinin yürüdülməsi üçün vacib amildir.
Daha sonra iclasda cari məsələlər müzakirə olunub. Eyni zamanda, şura üzvləri tərəfindən təklif olunub ki, AzTV Bədii Şurası ictimaiyyətlə ardıcıl olaraq ayda iki dəfə görüşsün, bu görüşlər veriliş formatında həftəsonu efirdə yayımlansın. Veriliş zamanı görüşdə qaldırılan irad və təkliflərin də yayımlanması təkliflər arasında yer alıb. Təklif dəstəklənərək qəbul olunub. Bədii Şuranın növbəti görüşünün Bakı Dövlət Universitetində tələbələrlə baş tutması qərara alınıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!