Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 31-05-2020, 12:25
“Azərkosmos” indiyə qədər zərərlə işləməsinin səbəbini açıqlayıb

2019-cu ildə “Azərkosmos” ASC-nin yığılmış zərəri 1,9% azalaraq 307 milyon manata düşüb.
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Səhmdar cəmiyyəti bəyan edib ki, indiyə qədər yığılmış zərər birbaşa “Azərkosmos”un əməliyyat fəaliyyəti ilə bağlı deyil:
“Bu, əsasən (85%) Azərbaycan manatının ötən illərdəki ucuzlaşması ilə əlaqədardır və manatla hazırlanan maliyyə hesabatlarında mənfi məzənnə fərqi əks etdirilib. Belə ki, Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə görə peyk layihələrinin maliyyələşdirilməsi üçün xarici valyutada cəlb edilmiş kreditlər üzrə öhdəliklərdə yaranmış mənfi məzənnə fərqi maliyyə hesabatlarında Azərbaycan manatı ilə texniki olaraq zərər kimi tanınmalıdır. Şirkətin mənfəət və gəlirlərinin artımı ilə bağlı tarixçə və proqnozlara əsasən, ümumi yığılan zərərin ən azı əməliyyat fəaliyyəti ilə bağlı hissəsi yaxın illərdə mənfəətlə əvəzlənə biləcək”.
Şirkət ötən il aktivlərinin və öhdəliklərinin azalmasına da aydınlıq gətirib:
“Aktivlərin azalmasının böyük hissəsi torpaq, tikili və avadanlıqlar bəndində öz əksini tapıb və əsas səbəb 2019-cu ildə “Azerspace-2” peykinin tutumlarının 46%-nin “İntelsat” şirkətinə maliyyə lizinqinə verilməsi ilə bağlıdır. Həmçinin, ümumi öhdəliklər 2018-ci ilə nisbətdə 77,1 milyon manat və ya 10,4% azalaraq 663,8 milyon manata düşüb. “Azərkosmos”un öhdəliklərinin əsasını peyk layihələri ilə bağlı götürülmüş kreditlərin ödənilməsi təşkil edir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtlı-vaxtında geri ödənilir və bu günə kimi şirkətin vaxtı keçmiş və yaxud gecikdirilmiş kredit borcu qeydə alınmayıb”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!