Yollarda görünüş 300 metrədək məhdudlaşacaq .....                        İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları .....                        Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək .....                        F-15-in polkovnik pilotu xilas edildi - Tramp .....                        Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı .....                        Qusarda sel aparan şəxsin meyiti tapıldı .....                        Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                       
Tarix : 6-08-2020, 09:10
İKT-dən asan, səlis yararlanaq


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “İKT-dən asan, səlis yararlan!” adlı buklet nəşr edib.
“Məcburi köçkünlərin İnformasiya Kommunikasiya Texnologiyaları–İKT sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək” layihəsinin İcra planına uyğun olaraq, “QHT Nəşriyyatı”nda işıq üzü görən nəfis tərtibatlı rəngli bukletdə son vaxtlar respublikamızda elektron hökumət, informasiyalı vətəndaş cəmiyyəti quruculuğu, İKT vasitəsilə sənədlərin asan, səlis əldə edilməsi, kommunal, rabitə, maliyyə-bank, digər xidmət, alış-veriş ödənişlərinin nağdsız, onlayn qaydada aparılması üsulları əyani, praktiki şəkildə əks olunub.
Bukletin buraxılmasında əsas məqsəd ölkəmizin ictimai həyatının bütün sahələrində sürətli dəyişikliklərin, yeniləşmələrin məcburi köçkün vətəndaşlarımız üçün də əlçatan olması, bu kateqoriyadan olan vətəndaşlarımızın sözügedən prosesdən kənarda qalmaması, onların İKT sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.
Layihənin rəhbəri Hacı Nərimanoğlu “Butov.az”a bildirib ki, İcra planında vətəndaşların İKT vasitəsilə lazımi sənədləri asanlıqla əldə etməsinə, internet vasitəsilə sosial, kommunal və digər xidmətlər üzrə ödənişləri daha asan, səlis aparmasına, əlavə vaxt, vəsait itkisinin qarşısının alınmasına, komputer biliklərinin artırılmasına dair tədbirlər də nəzərdə tutulur. Bu işlərə peşəkar təlimçilər cəlb olunub.
Bukletlər paylanmaq üçün Birliyin ərazi nümayəndələrinə təqdim olunub, həm də elektron variantı da Birliyin “www.zengezur.com” saytında yerləşdirilib.
Nərdanə NURULU


Paylaş



Bölmə: Xəbər / Zəngəzur / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!