Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 24-12-2020, 13:29
MTRŞ-da televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib

Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib.

Butov.az xəbər verir ki, Şuradan APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan televiziya kanallarının müharibə dövründə fəaliyyəti ümumən müsbət qiymətləndirilib. Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqları barədə materialların hazırlanmasında televiziya kanallarının müstəsna rolu qeyd olunub.

Televiziya kanallarında 44 gün davam edən Vətən Müharibəsi şəhidləri haqqında, onların keçdiyi qəhrəmanlıq yolu barədə reportajların hazırlanması və nümayişi işinin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Vətən uğrunda həlak olmuş şəhidlərin diqqətdən kənarda qalmaması məqsədilə Şura və televiziya kanallarının birgə təşəbbüsü ilə şəhidlər haqqında çəkilən reportajların ümumi reyestrinin aparılması təklif olunub.

Əldə olunmuş razılığa əsasən reyestr Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən təşkil ediləcək və ora televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil ediləcək. Reyestrin mütəmadi olaraq yenilənməsi və 44 günlük müharibədə şəhid olmuş bütün əsgər və zabitlər haqqında reportajların çəkilib nümayiş olunması prosesinin növbəti ilin ilk iki ayı ərzində başa çatdırılması nəzərdə tutulub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!