İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 18-01-2021, 14:20
Qırğız Respublikasında “Azərbaycan Dostları” klubu yaradıldı

Qırğız Respublikasında “Azərbaycanın Dostları” klubu fəaliyyətə başlayıb. Bu ictimai birliyin yaradılmasına həsr olunmuş təsis konfransında iştirakçılar – qırğız ziyalıları qətnamə qəbul ediblər.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, klubun yaradılmasının təşəbbüskarı Xalq yazıçısı Çingiz Aytmatovun oğlu Askar Aytmatov olub.

Çıxışı zamanı o, Azərbaycanla xüsusi əlaqələrdən danışıb.

“Bir oğul olaraq fəxr edirəm ki, bu qardaş ölkədə atamın yaradıcılığını sevirlər və hörmət edirlər, onu özlərininki hesab edirlər. Öz növbəmdə atam da çoxlu dostunun olduğu, tez-tez baş səfər etdiyi Azərbaycanı çox sevirdi. Ümummilli lider Heydər Əliyevlə dostluq da onu Azərbaycana bağlayırdı. Azərbaycan xalqına olan bu isti münasibət atamdan irsən mənə keçib. Hər şey onun məni Bakıya işgüzar səfərlərinin birində özü ilə aparmasından başladı. O vaxt hələ məktəbli idim və bu böyük şəhər Frunzedən sonra gördüyüm ilk şəhər oldu. Məni necə heyran qoyduğunu xatırlayıram. Şəhərə o qədər valeh olmuşdum ki, məşhur Qız Qalasının başına iki dəfə çıxıb ətrafı seyr etdim”, - Askar Aytmatov xatirələrini bölüşüb.

O, həmçinin Azərbaycan hökumətinin Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etdiyini, ordeni Prezident İlham Əliyevin təqdim etdiyini söyləyib.

İştirakçılar yekdilliklə Askar Aytmatovu “Azərbaycan Dostları” klubunun sədri, Qiyas Xəlilov və MSK üzvü Kayrat Osmonaliyevi isə sədr müavinləri seçib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!