Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 11-02-2021, 14:53
“Xocalı soyqırımını unutmayaq” adlı sosial layihələr müsabiqəsi keçirilir

“Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclər üçün “Xocalı soyqırımını unutmayaq” adlı layihə müsabiqəsini elan edir.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, müsabiqəyə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq sosial platformalar üzərindən Xocalı soyqırımı həqiqətlərini geniş auditoriyaya çatdıracaq layihələr qəbul olunur.

Müsabiqədə iştirak etmək istəyənlər layihə təkliflərini 22 fevral tarixinədək GəncApp mobil tətbiqi üzərindən təqdim edə bilərlər. Bir iştirakçı bir neçə layihə təklifi təqdim edə bilər. Münsiflər heyətinin qiymətləndirməsi əsasında ən yaxşı 10 layihənin maliyyələşdirilməsi (hər biri 1000 manat məbləğində) nəzərdə tutulur.

Müsabiqə ilə bağlı suallar (+99412) 4989590 və (+994 12) 5050150 əlaqə telefonları ilə, eyni zamanda rəsmi elektron poçt ünvanları (office@youthfoundation.az, info@riib.az) ilə cavablandırılır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniyanın fəaliyyəti nəticəsində dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələr qəbul edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!