Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 22-04-2021, 11:50
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO
Aprelin 21-də Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) ikinci iclası keçirilib.

Butov.az xəbər verir ki, Fonddan Modern.az-a verilən məlumata görə, onlayn formatda keçirilən iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, MŞ-nin üzvləri - Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və Azərbaycanın Xalq artisti Alim Qasımov iştirak ediblər.

İclasda həmçinin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev də iştirak edib.

Prezident İlham Əliyevin Fondun qarşısında qoyduğu vəzifələri müzakirə edən tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin dirçəlişinə töhfə verə biləcək dayanıqlı bir təşkilatın yaradılmasının zəruriliyini xüsusilə vurğulayıblar.

Fondun aparatının təşkilatı strukturunun və ştat cədvəlinin layihələri, habelə Fondun Fəaliyyət Planı, Əməliyyat büdcəsi və 2021-ci il üçün İnvestisiya Siyasəti Müşahidə Şurasının üzvlərinin diqqətinə çatdırılıb.

Bu sənədlərin əsasını dövlət başçısının fərmanlarından irəli gələn tapşırıqlar, eləcə də qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək dayanıqlı bir təşkilatın yaradılması məqsədilə istifadə edilən müasir korporativ idarəetmə prinsipləri təşkil etmişdir.

Bundan sonra MŞ üzvlərinin səsverməsi keçirilib və təqdim olunan sənədlərin layihələri təsdiq edilmişdir.

Müşahidə Şurasının üzvlərinə həmçinin Qarabağın erməni işğalı nəticəsində dəymiş ziyana dair 10 mindən artıq foto-sübutun yer aldığı "Karabakh Center" portalının layihəsi də təqdim edilib.

Burada dağıdılmış yüzlərlə binanın, Azərbaycan xalqının tarixi, memarlıq, dini, mədəni abidələrinin fotoşəkilləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və səbəbləri ilə bağlı eksklüziv materiallar yerləşdirilmişdir. Portala daim yeni materiallar əlavə olunacaqdır.

Portal Azərbaycan və rus dillərində hazırlanıb, ingilisdilli versiyası üzərində iş isə yaxın zamanda yekunlaşdırılacaqdır. Gələcəkdə bütün materialların bir neçə digər dillərə tərcüməsi və İnternetdə, xüsusilə də sosial şəbəkələrdə fəal şəkildə təbliği planlaşdırılır.

Portal yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

"Karabakh Center" portalı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılıb.

İclas iştirakçıları Prezident İlham Əliyevin Fərmanına əsasən Qarabağ Dirçəliş Fondunun yaradılmasının xüsusi əhəmiyyətini bir daha vurğulayıb və Fondun qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliklərini ifadə ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!