Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 30-04-2021, 11:01
Azərbaycanlı tələbə Avropada mühum vəzifəyə seçilib - FOTOLAR

Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, o cümlədən 54 500-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulmuşdur. ELSA-nın əsas fəaliyyəti gənclər üçün hüququn müxtəlif sahələrinə dair faydalı yerli və beynəlxalq tədbirlər, müsabiqələr, ölkələrarası təcrübə proqramları keçirməklə onların inkişafına dəstək göstərməkdir.

Butov.az Oxu.az-a istinadən xəbər verir ki, ELSA-nın Azərbaycandakı Milli İdarə Heyətinin üzvü Samirə Səfərova 11-17 aprel 2021-ci il tarixlərində keçirilən Beynəlxalq Şura Toplantısında 20-dən çox ölkənin səsini toplayaraq, Beynəlxalq İdarə Heyətinin (BİH) Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, BİH təşkilatın ali icra orqanıdır və BİH-in 8 üzvü Belçikanının Brüssel şəhərindəki ELSA-nın baş ofisində bir illik müddətə fəaliyyət göstərir. Onların əsas işi üzv ölkələrdən verilən məlumatları toplamaq, onları müvafiq olaraq hazırlamaq, o cümlədən Ölkə və Şəhər qrupların əlaqələndirilməsi və idarə edilməsidir. Həmçinin, BİH beynəlxalq təşkilatlar, firmalar, hökumətlər, digər gənclər assosiasiyaları və s. ilə peşəkar əməkdaşlığı həyata keçirir.

Bununla yanaşı, Samirə Səfərova Vəkillər Kollegiyası və ELSA Azərbaycanın təşəbbüsü ilə fəaliyyətə başlamış “ProDemos – Xalq üçün” təşkilatının İdarə Heyətinin üzvüdür və bu gün keçirilmiş görüşdə də Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu uğur münasibətilə Samirə xanımı təbrik edib, Kollegiyanın hər zaman gənclərin yanında olduğunu bildirib və sonda Azərbaycan vəkilliyinin 100 illik yubileyinə həsr olunmuş markalar hədiyyə edilib.

Məlumat üçün bildiririk ki, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin dünən, yəni 28.04.2021 tarixində keçirilmiş iclasında sözügedən təşkilatın bu dönəm layihələrindən “Moot Court” - Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinə, o cümlədən hüquqi mübahisənin müzakirəsi və vəkilliyə marağın artırılması ilə bağlı Danışıqlar Müsabiqəsinə maddi dəstəyin göstərilməsi qərara alınıb.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!