Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 10-03-2020, 12:01
Azərbaycanlı alim beynəlxalq nəşriyyatın redaksiya heyətinin fəxri üzvü seçilib
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun renium ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyasının rəhbəri, kimya üzrə elmlər doktoru Elza Salahovanın çap olunan elmi məqalələri Böyük Britaniyanın “London Journals Press” nəşriyyatının redaksiya heyətinin marağına səbəb olub.
Butov.az xəbər verir ki, İnstitutdan AZƏRTAC-a bildirilib ki, Elza Salahova 2019-cu ilin noyabrından bu nəşriyyatın redaksiya heyəti tərəfindən “Franklin fəxri üzvü” seçilib və alimə həmin jurnalda elmi-tədqiqat işlərinin dərc edilməsi, nəşriyyat ilə elmi əməkdaşlıq təklif olunub.
Alimin cari ilin yanvarında “Renium-selenium-mis Nano-təbəqələrinin morfologiyası” (“Morphology of Rhenium-selenium-copper Nano-Films”) adlı məqaləsi fəxri üzv kimi güzəştli şərtlərlə “London Journal of Research in Sciences-Natural and Formal, C-Chemical Science and Engineering” jurnalında dərc edilib.
Dünyanın nüfuzlu nəşriyyat evlərindən biri sayılan “London Journals Press” nəşriyyatı “COPE və Research Councils United Kingdom” standartları çərçivəsində bir çox sahələrin aparıcı mütəxəssisləri ilə əməkdaşlıq edir, onların elmi məqalələrinin güzəştli şərtlərlə çap olunmasına şərait yaradır.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!