Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 17-06-2021, 12:12
BMT işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycana dəstəyini davam etdirəcək

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzainin həmsədrliyi ilə 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin ilk iclası keçirilib.

Butov.az xəbər verir ki, Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri ölkənin BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığını və qlobal proqramların icrasına töhfə verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir. Bu ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi ilə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Hökuməti adından hesabatın təqdimatı keçiriləcəkdir.
İclasda Çərçivə Sənədinin ölkəmizdə DİM-lərin maliyyələşdirilməsində mühüm alət olmaqla, aparılan islahatlara və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradacağı qeyd olunub.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai təşkilatın pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılmasında və işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini bildirib, ölkənin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbirdə Çərçivə Sənədinin 2021-ci il üzrə icrasına dair birgə iş planları təsdiq edilib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!