Futbol azarkeşlərini daşıyan avtobus yandı .....                        ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb .....                        Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır" .....                        İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB .....                        Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü .....                        Kansler Trampla nə danışdı? .....                        Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf .....                        Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                       
Tarix : 28-06-2021, 15:24
Ankarada Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzi açıldı

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı olub.

Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ümummilli lider Heydər Əliyevin ölkəmizin Ankaradakı səfirliyindəki büstünü ziyarət ediblər. Ulu Öndərin büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Sonra Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı mərasimi keçirilib.

Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Daha sonra “Cıdır düzündə konsert” adlı videoçarx nümayiş etdirilib.

Rəsmi açılış mərasimi çıxışlarla davam edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!