Zəngan səmasında parlayan ulduz .....                        3 uşaq atası özünü asdı .....                        COP29-da bağçalar işləməyəcək? - Rəsmi .....                        Donald Trampa ilk o zəng etdi .....                        İsrailin mərkəzi bombalandı .....                        COP29-da kimlər qatarlardan pulsuz istifadə edəcək? .....                        Hərbçimiz özünü öldürdü .....                        Lənkəran "gənclər paytaxtı" oldu .....                        Türk dünyasının liderləri Azərbaycana gəlir .....                       
Tarix : 26-11-2019, 08:12
Azərbaycan-İsrail əlaqələri daha da genişlənir

Noyabrın 24-də İsrailin paytaxtı Tel-Evivdə “İsrail-Azərbaycan beynəlxalq assosiasiyası “Aziz”in III qurultayı keçirilib.
Butov.az Trend-ə istinadən xəbər verir ki, Qurultayın işində Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Nümayəndə heyyətinin tərkibində Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi şöbəsinin baş məsləhətçisi Mətanət Baqiyeva, Quba RİH-nin Qırmızı Qəsəbə üzrə nümayəndəsi Pisax İsakov, Ümumdünya Yəhudilər Konqresinin vitse-prezidenti Matvey İlizarov və Dövlət komitəsinin əməkdaşları təmsil ediblər. Qurultayı Aziz-in idarə heyətinin üzvü Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb. Qurultayda giriş sözü ilə çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin işi barəsində, yeni layihələr və planlar barədə danışıb.
Dövlət Komitəsinin sədri Fuad Muradov son illərdə Azərbaycan-İsrail əlaqələrinin daha da inkişaf etdiyini və bu istiqamətdə “Aziz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının böyük rol oynadığını bildirərək İsraildə fəaliyyət göstərən Azərbaycan diasporunun bu işdə fəal iştirak etdiyini deyib. Qurultayda çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan və İsrail arasında hökumətlərarası səviyyədə uğurlu qarşılıqlı əlaqələrdən və bu sahədə mövcud olan potensiallardan danışıb. O Assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirərək qurultay iştirakçılarına Azərbaycan və İsrail dövlətləri və xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzu etdi. İsrail tərəfdən İsrail Knessetinin deputatı Mark İfraimov çıxış edərək nümayyəndələri salamladı və İsrail-Azərbaycan əlaqələrinin mövcud vəziyyətindən və prespektivlərindən danışıb.
Qurultayın təşkilat komitəsinin sədri Yuriy Boçarov idarə heyətinin hesabat məruzəsi ilə çıxış edib. Məruzədə assosiasiyanın fəaliyyəti barədə və gələcədə qarşıda duran vəzifələr barədə qurultay iştirakçılarına məlumat verilib.
Lev Spivak yenidən yekdilliklə Assosiasiyanın sədri seçilib. Yenidən Assosiasiyanın sədri seçilmiş Lev Spivak göstərilən etimada görə qurultay iştirakçılarına öz minnətdarlığını bildirərək assosiasiyanın fəliyyət istiqamətləri və qarşısında duran vəzifələrdən danışıb.
Qurultay İsrailin məşhur musiqi kiollektivlərinin iştirakı ilə konsert proqramı ilə yekunlaşıb.
Azərbaycan-İsrail əlaqələri daha da genişlənir
Azərbaycan-İsrail əlaqələri daha da genişlənir


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!