Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 27-05-2020, 15:31
28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib

Mayın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr edilmiş onlayn simpozium təşkil olunub.
Butov.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “28 May 1918: Şərqin ilk cümhuriyyəti Can Azərbaycan və geosiyasi əhəmiyyəti” adlı simpozium TADİV-in sədri, Girəsun Universitetinin sabiq rektoru, professor Aygün Attarın moderatorluğu ilə keçirilib.
Tədbirdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici siyasət şurasının üzvü İsmayıl Safi, Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri Sinan Oğan məruzə ilə çıxış ediblər.
Məruzəçilər 102 il əvvəl mürəkkəb bir şəraitdə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti kimi dünyəvi və demokratik dövlət quruluşun yaradılmasını böyük tarixi hadisə adlandırıblar. Bildirilib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın qədim dövlətçilik ənənələrini davam etdirən Cümhuriyyət qurucuları böyük işlər görə biliblər. Azərbaycanın dövlət bayrağının, gerbinin təsis edilməsi, fundamental insan haqlarının təmin olunması, milli ordumuzun, sərhəd dəstəsinin, Bakı Dövlət Universitetinin yaradılması, savadlı milli kadrların hazırlanması məqsədilə gənclərin xaricə təhsil almağa göndərilməsi bunun parlaq nümunələridir.
Tədbir zamanı Cümhuriyyətin elan olunmasında və fəaliyyətində Türkiyənin rolu yüksək qiymətləndirilib. 1918-ci ilin sentyabrında ordumuzun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad edərək, qədim tarixi paytaxtımızın Azərbaycan xalqına qaytarılması bir daha yada salınıb. Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, dünyanı dəyişə biləcək bir dəyər olduğu diqqətə çatdırılıb. Azərbaycanın həm o vaxt, həm də indi beynəlxalq aləmdə malik olduğu qeyd edilib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox fəallıq göstərilməsinin vacibliyi bildirilib.
Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərməsində Türkiyə ilə qardaşlıq münasibətlərinin böyük rolunu heç vaxt unutmayacaq və 102 ildən sonra yenə də qardaş Türkiyə ilə bir yerdə olmağımız çox böyük lütfdür.
Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi münasibətilə ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi, bu yubileylə bağlı təsis edilən medalın ilk müstəqil respublikanın qurucularının varislərinə, o cümlədən Türkiyədə yaşayan varislərə təqdim olunduğu xatırlanıb. Komitə sədri Türkiyə dövlətinin Cümhuriyyətin qurucularının varislərinə münasibətini yüksək qiymətləndirib və 2018-ci ildə qardaş ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin görkəmli siyasi və dövlət xadimi, türk dünyasının böyük liderlərindən biri olan Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığı, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə ətraflı məlumat verən komitə sədri “Türkiyə-Azərbaycan” jurnalının nəşrindən də danışıb.
COVID-19 pandemiyası dövründə Azərbaycan və Türkiyənin birgə hərəkət etməsinə də toxunan komitə sədri qardaş ölkədə müvəqqəti çətinliklərlə üzləşmiş azərbaycanlılara Türkiyə hökumətinin diqqət və qayğısını, oradakı diaspor təşkilatlarının respublikamızın Ankaradakı səfirliyi və İstanbuldakı baş konsulluğu ilə birgə fəaliyyətini qeyd edib.
Pandemiya dövründə Dövlət Komitəsinin gördüyü işlər barədə ətraflı məlumat verən F.Muradov, eyni zamanda, xaricdə olan hər bir azərbaycanlıya dövlətimizin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğıdan, dövlətimizin dəstəyi ilə yaradılmış Azərbaycan evlərinin bu mərhələdə soydaşlarımızın əsl evinə çevrilməsindən danışıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının roluna diqqəti cəlb edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!