“Ermənilər 30-dan artıq azərbaycanlını qətlə yetirmiş, 3 ailənin evindən heç kəs çıxa bilməmiş, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılmışdır...” Xocalı rayonunun hələ də faktiki olaraq Rusiya “sülhməramlı” kontingentinin himayəsindəki separatçı və işğalçı erməni rejiminin nəzarətində qalan Meşəli kəndindəki qətliamdan 30 il keçdi....
Moderator.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsindəki “Laçın” profilində yayılmış paylaşımda belə deyilir:
“1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində erməni terrorçuları tərəfindən amansızlıqla qətlə yetirilmiş əslən Laçın rayonunun Fərraş və Arduclu kəndlərindən olan şəhidlərimiz:
1.Kazımov Xəlil Mahmud oğlu - Fərraş kəndi.
2.Allahverdiyev Vidadi Müsül oğlu.
3.Orucov Miryusif Kərim oğlu.
4.Novruzov Novruz Məhərrəm oğlu.
5.Novruzova Adilə Məhəmməd qızı.
6.Novruzov Allahverdi Novruz oğlu.
7.Novruzova Rahilə Novruz qızı.
8.Novruzova Rübabə Novruz qızı.
9.Quliyev Qənimət Əbi oğlu.
10.Quliyeva Ruba Hacı qızı.
11.Quliyev Mətləb Qənimət oğlu.
12.Quliyev İsmayıl Qənimət oğlu.
13.Nurməmmədov Hüseyn İrza oğlu.
14.Nurmmədova Pakizə İslam qızı.
15.İbadullayev Əli Nəbi oğlu.
16.Mehrəliyev Əli Mürsəl
17.Hümbətov Bəhlul Müseyib oğlu.
18.Mahmdova Sürəyya Alış qızı.
19.Qasımov Ənvər Bahadır oğlu - Arduşlu kəndindəndir. Öz füsunkar təbiəti, buz bulaqları, yaşıl ormanları, azman meşələri ilə dağlar qoynunda binə tutmuş Meşəli kəndi yer üzündən silindi. Dekabrın 23-də (1991-ci il) səhər saat 7 radələrində erməni qüvvələri kəndi mühasirəyə almış və son evədək yandırmışlar. Çox böyük insan tələfatı olmuşdur. İlkin məlumata görə, ermənilər 30 nəfərdən artıq azərbaycanlını (qocaları, qadınları, uşaqları) qətlə yetirmiş, bir çoxunu isə vəhşicəsinə yandırmışdır. İtkin düşənlər olmuşdur. Kənd sakinlərindən 3 ailənin evindən heç kəs çıxa bilməmiş, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılmışdır.
Meşəli faciəsi bir daha göstərdi ki, ermənilər keçmiş Dağlıq Qarabağı azərbaycanlılardan tam təmizləmək üçün Moskvadan və İrəvandan xüsusi göstəriş alıblar...
Meşəlidə faktiki genosid törədildi. Günahsız adamların meyitləri iki gün ərzində vertolyotlar vasitəsilə daşındı.
Allah bütün şəhidlərə rəhmət eləsin!..”
Zəruri arayış:
Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənddir.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Tarixi. Coğrafi mövqeyi...
Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır.
Kənd Qırxqız dağlarının ətəyində, Badara çayının yaxınlığında, Qırxqız zirvəsinsən hava xətti ilə 10-15 km məsafədədədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. Uzun müddət ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. Yalnız 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılmış, əhalisi didərgin düşmüşdür...
Sultan Laçın
Bütöv.az