Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 28-12-2021, 15:51
“Şəki Şərab” MMC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinin qalibi ilə müqavilə imzalanıb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsi elan edilib.

Bütöv.az-ın məlumatına görə, dekabrın 24-də müsabiqəyə yekun vurulub, Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Dekabrın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Rusiyanın “Abrau-Durso” PSC arasında “Şəki Şərab” MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 1 920 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4 500 000 manata yaxın məbləğ təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” MMC həmçinin, müəssisənin ümumi məbləği 535 000 manat olan əməkhaqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarının ödənilməsini təmin edəcək. “AzAbrau” MMC Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.

Qeyd edək ki, “Şəki Şərab” MMC altı hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 milyon butulka şərab istehsal etmək imkanına malikdir. “Abrau-Durso” PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir. Müəssisənin şərabçılıq sahəsində tanınmış “Abrau-Durso” PSC tərəfindən özəlləşdirilməsi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, müasir texnologiyaların tətbiqində, şərab məhsullarının ixracının genişləndirilməsində xüsusilə əhəmiyyətlidir. “Abrau-Durso” PSC-nin prezidenti Pavel Titov:

“Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük”, - deyə qeyd edib.

İnvestisiya müsabiqəsinin qalibi “AzAbrau” MMC Rusiya Federasiyasının “Abrau-Durso” PSC tərəfindən təsis olunub və onun törəmə müəssisəsidir. Böyük şərabçılıq və biznes təcrübəsinə malik şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan “Abrau-Durso” Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. “Abrau-Durso” Rusiyada beş tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. Dörd şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 milyon butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin üç böyük üzüm bağı, 6 500 hektardan çox torpaq sahəsi və “Abrau-Durso” brend mağazaları vardır.



Paylaş



Bölmə: Xəbər / Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!