Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
Tarix : 24-02-2022, 16:08
Şamaxıda Xocalı qurbanları anıldı - FOTOLAR
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şamaxı rayon Mədəniyyət Evində tədbir keçirilib.

Butov.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə icra başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi iştirakçılarının bir qismi iştirak ediblər.

Şamaxı RİH başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu qeyd edib, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımın beynəlxalq aləmə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib.

Milli Məclisin deputatı Tamam Cəfərova tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin ölkəmizə qarşı daim ərazi iddiasında olmaları, məkrli və təcavüzkar siyasət yürütmələri torpaqlarımızın iyirmi faizini işğal etmələri, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla xeyli sayda dinc sakinləri qətlə yetirmələri və əsirlərə qarşı qeyri-insani hərəkətlər etmələrini qeyd edib.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, medallarla təltif olunan bir neçə Vətən müharibəsi iştirakçısına medallar təqdim olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!